ANA SƏHİFƏ / YAZARLAR

SÖZGƏZDİRƏN

23086    |   2013-07-20 09:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zibeyda arvad oturmuşdu çay daşının üstündə və damağında da papiros vardı. Papirosu yavaş-yavaş sümürər, sonra da tüstünü havaya buraxardı. Sanki Zibeydə arvad belə eləməklə bir ləzzət alırdı. Adətən kənd yerində arvadların papiros çəkməyinə çoxları yaxşı baxmazdı. Amma Zibeydə arvadın papiros çəkməsini adamlar normal qəbul eləyirdi. Deyirdilər ki, əri müharibədən qayıtmayıb, üstəlik də yetim qalan 3 oğlunu o çox ağır bir əzab- əziyyətlə boya-başa çatdırıb. Qaşlarını çatıb yenidən papirosa güc verdi. Deyəsən, papirosu birnəfəsə çəkməsi onda öskürək yaratdı. Bir-birinin ardınca öskürdü. Gördü ki, öskürəyi kəsmir, papirosu yerə tulladı və öz-özünə dedi:
- Bu zəhrimarı çəkməsəm, ürəyim partlayar. Yoxsa bu qədər dərdnən, qəmnən yaşamaq olar?!
Zibeydə arvad alıntəri ilə, zəhmətnən yaşayan insan idi. Ancaq sadəcə olaraq, bu arvad bir gün xəbər gəzdirməsə, eşitdiyini kiməsə deməsə, ürəyi partlayardı. Elə bil ki, Zibeydə arvad kiməsə xəbər çatdırmayanda nəsə havası çatışmır. Havası çatışmayanda da canını qoymağa yer tapmırdı. Kənddə ona simsiz telefon deyərdilər. Heç kimin bilmədiyi xəbərləri o çay daşının üstündə oturan və səhərlər, axşamlar papirosu-papirosa calayan Zibeydə arvad bilərdi. Bilən kimi də onun ətrafına yığışan və səhərdən-axşama qədər qeybət eləyən arvadlara danışardı.
... Bu dəfə eşitdiyi xəbəri heç kimə demək istəmirdi. Çay daşının üstündə oturub fikirli-fikirli papirosu tüstülədirdi. Əgər eşitdiyi xəbəri desəydi, gərək onda qan düşərdi. Düzdür, Zibeydə arvad xəbərçi adam idi, amma heç vaxt istəməzdi ki, kiminsə ocağına dava salsın, kiminsə başına müsibətlər gəlsin! O, eşitdiyi xəbərləri də elə ləzzətlə, elə şirin-şirin danışardı ki, bu xəbərləri eşidənlər onun yalan olduğuna inanmazdılar. Deyərdilər ki, əgər Zibeydə arvad danışırsa, deməli o, düz deyir. Zibeydə arvadın düz demədiyi də xəbərlər vardı. Bu xəbərləri o yaz özündən quraşdırır, ya da ondan-bundan eşidərdi. Ondan-bundan eşidəndə də özünü saxlaya bilməz, iki daşın arasında eşitdiyini kiməsə çatdırardı.
...Kənddə çox imkanlı adamın axşam evində oğurluq olmuşdu. Bunu da hamıdan tez Zibeydə arvad bilmişdi. Polisdən də, uçaskovudan da operativ məlumatları o bilirdi. Həmin axşamı da Həsən kişinin evindən oğurlanan 5 kilo qızılı birinci o eşitdi. Heç evin yiyəsi də bu xəbəri bilmirdi. Çünki onlar yay vaxtı olduğuna görə, harasa istirahətə getmişdilər. Həsən kişi varlı-hallı adam idi və çoxlu sayda dükanları, yeməkxanaları, bazarı vardı. O, da hər il yay gələndə ailə-uşağını götürüb ya Kislovodskiyə, ya da Yesuntikiyə gedərdi. Bu yay da kənddən çıxıb Yesuntikiyə getmişdi...
...Oğrular o evi elə günə qoymuşdular ki, sanki orda bomba partlamışdı. Həyətdəki zəncirlənmiş itin də qabağına zəhərə qatılmış ət atmışdılar. İt də o əti yeyəndən sonra, bir-iki dəfə zingildəyib səsini kəsmişdi. O, əti itin qabağına oğrular atmasaydı, it onları parça-parça eləyərdi. Oğrular da çox bic adamlar olmuşdu. Hər şeyi əvvəlcədən düşünüb, fikirləşmişdilər...
Ancaq Zibeydə arvad dözə bilmirdi. Səhər-səhər malı naxıra aparan Zərxanım arvad ona "Sabahın xeyir!" - deyib gedəndə, Zibeydə arvad papirosu ağzından çıxardıb ona əl elədi:
- Aaz, bir az yaxın gəl! Bu axşam kəndə elə bir hadisə baş verib ki, desəm, aləm bir-birinə qatışajaq!
Zərxanım arvad təəccüblə onun üzünə baxdı:
- Bıy, başımıza xeyir, noulub, ay arvad?!
- Nolacaq, yazıq o Həsən kişinin evdə olmamsından istifadə eləyib, mənzilinin altını-üstünə çeviriblər. Deyirlər ki, oğrular evdən 5 kilo qızıl aparıb!
- Ay arvad, boş-boş danışma! Həsən kişi o qədər avamdır ki, evdən gedəndə o qədər qızılı qoyub çıxsın. Bir də sən nə bilirsən ki, 5 kilo qızıl evdən oğurlanıb?!
- Zərxanım, bilmirsən mən bilməyən şeyə qurd düşər. Deyirəmsə, evdə oğurluq olub, deməli mən bunu havadan eşitməmişəm. Özüm görmüşəm...
Zərxanım arvad yenidən təəccübləndi:
- Ay Zibeydə, başına oyun açma, polis-zad bilər, səndən şübhələnər...
- Polis hər şeyi bilir. Mənə serjant dedi ki, evdən 5 kilo qızıl oğurlanıb. Oğurlayan adamı da başına döndüklərim o dəqiqə tapıblar...
Zibeydə arvad bu xəbəri kəndə bir göz qırpımında elə yaydı ki, hamının əli sifətində qaldı. Dedilər paattonnan belə də iş olar?! Bir qoca arvad kənddə hər şeyi hamıdan tez bilir. Özü də nə danışırsa, hamısını düz deyir.
Bir neçə gün keçəndən sonra məlum oldu ki, Zibeydə arvad düz danışırmış. Oğrular yaxalandı, qızıllar tapıldı və məlum oldu ki, evə oğurluğa girən elə Həsən kişinin bacısı oğlu Ziya imiş. Ziyanın da yanında onun dostları: Namiq, Ulduz və bir də Cəbi varmış...
...Yenə çay daşının üstündə oturmuşdu Zibeydə arvad. Yenə ağzında papirosu o yan, bu yana eləyər, bir neçə qullab vurub tüstünü havaya buraxardı. Tüstünü havaya buraxanda dillənərdi:
- Oxqay, necə də ləzzət eləyir?!
O, belə deyəndə yanında söhbət eləyən arvadlar tərs-tərs Zibeydəyə baxardı və deyərdilər:
- Aaz, bu zəhrimarı az çək! Kişilər çəkəndə yenə onu başa düşmək olur. Sən qoja arvadsan, yaşın da 75-i keçib, bir ayağın burda, bir ayağın da gordadı!
Zibeydə arvadsa onların danışığına fikir verməyərək yenidən papirosu sümürür və bildirirdi:
- A bala, gedin işinizlə məşğul olun! Sizin kişiləriniz var, əriniz var. Onların qorxusundan papiros çəkə bilməzsiniz. Amma mənim ərim yoxdu, oğlanlarım da bir şey deməz. Bilirlər ki, mən bu papirosu kefimdən çəkmirəm, dərddən çəkirəm!
Zibeydə arvad belə deyəndə o biri qadınların arasında papiros çəkmək istəyən arvadlara ləzzət eləyərdi. Düzdür, o qadınlar papiros çəkə bilmirdilər, amma istəyirdlər ki, heç olmasa bir dəfə də olsun bu zəhrimarın dadına baxsınlar. Zəhrimarın dadına isə el-obadan utandıqlarına görə baxa bilmirdilər. Ancaq onların baxdıqları Zibeydə arvadın çay daşının üstündə oturub fısqırtdığı papiros idi. O, papirosa da heç vaxt yaxın dura bilməzdilər...
Çay daşının üstündə oturub papiros püləyən Zibeydə arvad bu gün "sveji" bir xəbər almışdı. O xəbər də belə idi ki, Əhməd kişinin oğlunu türmədən buraxıblar. Əhməd kişinin oğluna isə adam öldürdüyünə görə 15 il iş vermişdilər. Cəzasının 10 ilini çəkmişdi. Bu xəbəri kəndə yayanda çoxları inanmadı. Dedilər ki, yenə Zibeydə arvad özündən xəbər icad eləyib. Zibeydə arvadsa donquldana-donquldana:
- Əhməd kişi, bir ətək pul verib, oğlunu buraxdırıb, yoxsa pulsuz-pənəsiz adamı türmədən buraxan kimdi?! - deyirdi. - Allaha and olsun, Əhməd kişinin oğlu Qafar bir-iki günə kəndə gələcək. Onda görəcəksiniz ki, mən yalan danışmıram!
...Bir-iki gün keçdi, Əhməd kişinin oğlu Qafar kəndə qayıtdı, özü də xarici maşında. Dədəsi də yanında idi. Elə bil ki, Əhməd kişinin oğlu Qafar böyük bir qəhrəmanlıq eləmşdi və ad-san qazanmışdı. Beləcə, Zibeydə arvadın xəbərləri özünü doğruldurdu.
Bir gün də xəbər yayıldı ki, filankəsin qızını boşayıblar. Amma bu xəbəri yayan Zibeydə arvad deyildi. Bu xəbər kənddən bir adamın ağzından çıxmışdı. Ağzından çıxardığına da peşiman olmuşdu. Buna görə də xəcalət çəkirdi və utanırdı. Zibeydə arvaddan soruşdular:
- Ay Zibeydə, sən bilərsən, filankəsin qızını boşayıblar, ya yox?!
Zibeydə arvad papirosu ağzında o yan, bu yana eləyərək dərindən bir neçə qullab vurdu və fikirli-fikirli dilləndi:
- Aaz, gedin işinizlə məşğul olun! Camaatın uşağına şəbədə qoşmayın! Əgər mən bilmirəmsə, deməli elə xəbər olmayıb. Bir də ki, ay rəhmətliyin uşaqları, sizin işiniz-gücünüz qurtarıb, inək bir yanda qalıb, dana bir yanda, qoyun-quzu da başqa yanda. Siz də gəlib məndən xəbər soruşursunuz.
...Bir-birinin yanında dayanmış yaşlı arvadların hamısı susdu. Onları təəccübləndirən bu idi ki, Zibeydə arvad özünü elə aparır ki, guya heç vaxt yalan danışmayıb. Guya heç vaxt kiminsə qeybətini eləməyib. Amma Zibeydə arvad yalan da danışmışdı, qeybət də eləmişdi. Bu yalanı və qeybəti Zibeydə arvad cavan yaşlarında görmüşdü. "Qurani-Kərimi" oxuyandan sonra çox şeyə "tövbə" demişdi. Yəni yalan danışmırdı və qeybət də eləmirdi. Ancaq eşitdiklərini kəndə catdırırdı. Tay əvvəlki kimi özündən xəbərlər də quraşdırmırdı. Çünki Zibeydə arvad yaxşı bilirdi ki, belə-belə işlərin axırı yaxşı olmur. Bir xəbər də çıxanda və bu xəbər də bəd olanda, gəlib onun yaxasından yapışırdılar. Ona görə də o belə şeylərdən boğaza yığılmışdı.
...Oturmuşdu çay daşının üstündə və papirosu-papirosa calayırdı. Heç bir şey də danışmırdı. Bircə gəlib-gedənlərin salamını alırdı. Hamı məəttəl qalmışdı ki, kəndin simsiz telefonu olan Zibeydə arvadın niyə matı-qutu quruyub?! Niyə o, heç nə danışmır?!
Artıq bir ay idi ki, çay daşının üstündə oturub papirosu fısıldadan Zibeydə arvad nə papiros çəkirdi, nə də təzə xəbər danışırdı. Elə bil ki, arvad həmin adam deyildi. Kənddə camaat hamısı təəccüblənmişdi. Zibeydə arvad ola, söz gəzdirməyə, ara vurmaya və papiros çəkməyə...
...Bir ay əvvəl ərini yuxusunda görmüşdü. Əri də ona demişdi ki, bu cür əlləm-qəlləm işlərlə məşğul olma! Çünki bu dünyada hər şeyin öz ölçüsü, çəkisi və cəzası var. Sən də bəsdi, qiybət elədin, söz gəzdirdin və papirosu-papirosa caladın! Sənin əlindən utanıb yerə girirəm. Bir də papiros çəksən, qabırğalarını sındırajam!
...Yuxunu görəndən sonra Zibeydə arvad kəndəki nə çay daşının üstündə oturdu, nə papiros çəkdi, nə də söz gəzdirdi. Yavaş-yavaş çəkilib öz evində əyləşdi. Heç qapının ağzına da çıxmırdı. Kimsə onu axtaranda gəlib çay daşına baxırdı və görürdü ki, Zibeydə arvad orda yoxdu. Zibeydə arvad çay daşının üstündən qalxandan sonra və ora gəlməyəndən yataq xəstəsi oldu. Gözləri yollara dikildi və bir gün yatanda yuxuda qara at gördü və o at da onu götürüb apardı...

FAİQ QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK