hacklink Adalet.az | İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... Adalet.az | İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI...

31836    |   2009-04-25 00:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əslində bu yazını məxsusi yazdım. Hər iki ölkədə həssas bir durum var. Hər iki ölkənin xalqı bu durumdan çox rahatsızdı. Ona görə mən dərin eşqlə sevdiyim və dəfələrlə getdiyim bu şəhərə mart ayının sonlarında etdiyim bir səfər haqqında yazmaq qərarına gəldim. Allaha şükür ki, indi İstanbula getmək çox asandı, biletini alırsan, elə öz ölkəndə olduğun kimi rahat gəzib-dolaşa bilirsən. Görünür, bizim rahat gəzib-dolaşmağımız kimlərisə çox narahat edir. Yazının içində məxsusi olaraq Türkiyə türkcəsindən istifadə etmişəm, bunu da mənə eyib tutmayın. Mən bu şəhərə aşiqəm.
   
   
   
   İmkansız şey
   
   Şiir yazmaq
   
   Aşıqsan əyər
   
   Və yazmamaq
   
   Aylardan Nisansa.
   
   
   
   İndi Aprel ayıdı.
   
   
   
   ***
   
   
   
   ... Bu şəhərə neçənci səfərimdi? Unutdum artıq. Və hər səfərimdə içimdəki xəritəyə yeni-yeni əlavələrim olub, kəşflərim olub. Heyranlığım, təəssüflərim olub. Mən bu şəhərə hər fəsildə gəlmişəm. Könlümün hər fəslində də bu şəhər var. Amma bu dəfə durum fərqlidi. Səfərimin özəl səbəbləri var, çox özəl...
   
   Təyyarəyə minik başlanır. Gördüyüm qədəri heç boş yer yoxdu. Vətəndaşlarımız ongünlük tətildən iyi yararlanırlar. (Deyəsən uçaqdakı kresloma oturan kimi keçdim Türkiyə türkcəsinə). Yata bilsəm yaxşı olardı deyə düşünürəm. Ürəyimdə sağ-salamat yerə enməyimiz üçün sidq ürəkdən dua edirəm. Yanımda oğlum da var axı, daha doğrusu, mən onun yanındayam. İstanbul hava alanında bizi onun devrə arkadaşı qarşılayacaq (bizim dildə desək tələbə yoldaşı). Qürur duyuram - hər zaman mənim gəzdirdiyim bu cocuq adam oldu artıq, anasını gəzdirir. Bir də dərin zövqlə dalımca yaşarmış, dolmuş gözlərlə baxan eşimi xatırayıram. Kişilər bir azacıq yaşlanandan sonra cocuğa dönürlər. Belə ağlayarsan ha dalımca, gəncliyimdə məni çox ağlatmısan...
   
   İstanbul bizi tutqun, yağmurlu çöhrə ilə qarşılayır. Deyəsən sərhəd söhbəti iqlimə də təsir edib axı. Of,burda da bu siyasi fikirlərdən qurtula bilmirsən, canım, bəsdi də. Oğlum baqajı götürür, nəsə çamadan mənə bir az yad gəlir. Beynimdə o qədər fikir var ki, buna əhəmiyyət vermirəm. Pasport işləmləri tamamlanandan sonra o tərəfdə komissar Adil Polad (yəni oğlumun devrə arkadaşı) bizə əl edir. Bu cavan oğlanın belə şəstlə, arın-arxayın gəzməsi, əynindəki uniforma, çiynindəki paqon, belindəki tapança ilə bağlıdır. Türkiyədə polisin hörməti çoxdur. Makam arabasında bizi yerləşəcəyimiz "Polis Evi"nə aparırlar. (Məlumat üçün deyim ki, Türkiyədə dövlət işində xidmət edən bütün məmurların öz kafeləri, otelləri, pansionatları və s. var. Onlar burdan yarıbayarı, ucuz qiymətə yararlana bilirlər). Yolboyu İstanbuldakı yenilikləri seyr edirəm.
   
   - Polis Evi nerdə?
   
   - Sarıyerdə, abla.
   
   - Sarıyer lüks mekan...
   
   - Əvət.
   
   Getdi Aqil Abbasın paracıqları deyə düşünürəm. Maşın Bosforun kənarındakı beş-altı mərtəbəli, sadə görünümlü binanın qarşısında durur.
   
   - Burası, efendim.
   
   ... Oğlanlar resepsionda bəzi işləmləri həll edənə qədər mən içəriyə bir göz atıram. Təmir getdiyindən ətrafda bir qarışıqlıq var. Amma ürəyə yatımlı, xudmani bir yerdi.
   
   - Odalarımız tamiratdan yenice çıkdı. İlk müsafir siz oluyorsunuz- deyirlər nəzakətlə.
   
   Bax, mənim Türkiyə insanında ən çox sevdiyim məziyyət elə budu - nəzakət. Hara getsən, nə soruşsan, nə desən diqqətlə qulaq asarlar, anlamasalar da çox ədəb-ərkanla bir "əfəndim" deyərlər.
   
   Qalxırıq otağımıza. Oğlum dostu ilə baqajımızı qaldırır. Valizi açırıq və... məşhur filmdə olduğu kimi "bu mənim çamadanım deyil" deyirəm. Vurnuxma başlayır, gənclər ora-bura telefon açırlar. Yenidən hava limanına qayıtmaq lazım gəlir. Bir az sonra qayıdacaqlarını deyib gedirlər. Mən də pəncərədən Boğazı seyr edirəm.
   
   GƏMİLƏR GEDƏR UZAQLARA, HEYY GƏMİLƏR GEDƏR... VƏ MADƏM... ay aman, bu uşaq harda qaldı. İçimdəki həyəcan artmağa başlayır, neçə saat keçib, gəlmək bilmir. Özümü də, məni bura gətirən səbəbləri də lənətləyə-lənətləyə aşağı, resepsiona enirəm.
   
   - Sizdə komissar Poladın cep numarası varmı?
   
   - Yok, efendim, nədən?
   
   - Oğlum gideli kaç saat oldu.
   
   - Təlaşlanmayın, hanım efendi, burası İstanbul. Trafiyi biliyorsunuz.
   
   İndi də foyedə var-gəl edə-edə ağlıma min cür fikir gəlir. Belə neçə saat keçir, bilmirəm. Tuncay qayıdıb gələnə qədər bu hal davam edir. Onu ürəyimdə şükür edə-edə, ağlamsına-ağlamsına qarşılayıram. Deyəsən üzümün ifadəsi onu da çaşdırıb.
   
   - Nə olub? Yaxşı, gəl buralarda bir az gəzək- deyir.
   
   Şəhərə axşam çökməyə başlayır. İstanbul axşamları da bir başqa oluyor... Hələ Boğaz kənarındaysan, bir başqa. Polad Ələmdar kimi bir skamyada oturub Boğaz körpüsünə baxıram. Və İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... BAŞIMDA ESKİ ALEMLERİN SARHOŞLUU...
   
   
   
   ***
   
   
   
   - Kan tahşisi yapmamız lazım.
   
   - Yapalım, doktor bey.
   
   - Ne zamandan başladı rahatsızlığınız?
   
   - Bir kaç ay oldu.
   
   - Neden gec kaldınız?
   
   - Gecmi?
   
   - Yoo, hayır, merak etməyin. Zann ederim ciddi bir durum yok. Sonuçları alalım da, konuşuruz.
   
   - Tamam...
   
   ... İSTANBULDA, BOAZİÇİNDƏ BİR QARİP İRADƏ TUNCAYIM. TUNCAYIN ANNESİYİM, TARİFSİZ KEDERLER İÇİNDE...
   
   
   
   ***
   
   Elə gözəl bir hava var ki. Günəş insanın hər hüceyrəsini isidir. Və sən də aşiq olduğun bu gözəl şəhərin küçələri ilə addımlaya-addımlaya doktorun hökmünü gözləməlisən.
   
   
   
   Düşünmə,
   
   Arzu et sadə!
   
   Bak, böcekler də öyle yapıyor -
   
   
   
   deyirəm özümə Orxan Vəlinin şəhərində onun sözləriylə. Unut, başındakıları at, tarixə yolçuluğa hazır ol!
   
   
   
   ***
   
   
   
   Hə, bu da Sultan Əhməd meydanı. Bu meydanda iki möhtəşəm came bir-birinə meydan oxuyur. Mübahisə doğura bilər, amma nə qədər memarlıqdan uzaq bir insan olsam da, mənə elə gəlir ki, İstanbulun bütün abidələri Ayasofyanın övladlarıdı. Ayasofya çox möhtəşəmdi və insan oğlunun o zamankı şərtlər daxilində cəmi beş ilə belə bir qüdrət yaratmasına inana bilmirsən. Hər gəlişimdə bu meydanı qarış-qarış gəzsəm də eramızın 537-ci ilində imperator Yustinianı tarixə salmış amillərdən biri olan bu tikilidən aldığım zövqü heç yerdən ala bilmirəm. Mərmər sütunlara söykənib fikirləşirəm ki, ay gidi dünya, bir vaxtlar bu sütunlar Romanın, Afinanın, Efesin saraylarında bəzək olublar, sonra imperatorun əmri ilə yeni paytaxta gətiriliblər. Daha sonra Fateh Sultan Mehmet burda namaz qılıb, sonra da məlum... 30-cu illərdən üzü bəri Ayasofya muzeydi. Dünyanın hər yerindən gəlmiş turistlər uzun-uzadı növbəyə dayanıb bilet alırlar. Elə biz də At meydanında gəzişəndən sonra Ayasofyaya yaxınlaşırıq. Növbəyə baxıb tərəddüd edirəm.
   
   - Bəlkə lazım deyil, adam çoxdu.
   
   - Yox, gedək - deyir Tuncay və növbəyə dayanır. Bu arada bir az o tərəfdə dayanmış rus qadın mənə yaxınlaşır. Pozuq türk dilində:
   
   - Sizi keçireyimmi, orda tanıdıqlarım var. Bana 30 lira verərsəniz...
   
   - Tamam. Tuncay, gəl, növbəsiz keçəcəyik.
   
   Tuncay utana-utana, çəkinə-çəkinə bizə yaxınlaşır.
   
   - Gəl, 10 lirə artıq verəcəyik, gözləməyəcəyik.
   
   - Eeyy, mama, lazım deyil, bu qədər adamın üstündən...
   
   - Burda da mənə qanun-qaydalardan danışma. Görürsən bizimkidi, sovet adamıdı. Orda gözləsək vaxtımız gedəcək.
   
   Qadından rusca hardan gəldiyini soruşuram. Buralı olduğunu deyir. İnanmıram. Yəqin nəyə görəsə qorxur və içəridə artıq aldığı 10 lirənin müqabilində həvəslə abidədən, tikilmə tarixindən danışır. Mane olmuram, qoy danışsın. Yavaş-yavaş yuxarı qalxırıq. Ayasofyada pilləkənlər yoxdu. İmperator ağır çəkili xanımını yuxarı qaldıracaq taxt-rəvanın rahat daşınması üçün buranı məxsusi belə yapdırıb. Amma biz imperator ailəsinə məxsus olmadığımızdan özümüz qalxırıq, amma bir vaxtlar imperatriçanın dayandığı balkonda dayanıb şəkil çəkdiririk.
   
   ... Eyni meydanda iki abidə bir-birinə meydan oxuyur. Sultan Əhmədə gedən turistlərin də sayı çoxdu. Amma ordakı turistlərə tarixdən danışmırlar. Kim tikib, nə üçün tikib, neçə ilə tikib, memarı kim olub. Bunları deyən yoxdu. Nə olsun muzey deyil, onun da öz hekayəsi var. Demək olardı ki, came 1606-1616-cı illərdə I Sultan Əhməd tərəfindən memar Sədəfkar Məhməd ağaya yapdırılıb. İstanbuldakı ən böyük yapı-kompleksdi. Mədrəsələri, çeşməsi, türbəsi, darüşşifası, hamamı, dükanları olub. Yapıların bəziləri gəlib günümüzə çatmayıb. 260 pəncərəsi var, hündürlüyü 43 metrə çatır. 6 minarəli ilk camedi. Bu 6 minarənin də öz tarixçəsi var. Rəvayətə görə, sultan minarələri altından yapdırmaq istəyib, amma memar "altın" sözünü "altı" kimi anlayıb, elə də tikib. Sonra İslam aləmindən gələn etirazlara görə (Məkkədəki məscidin minarə sayına bərabər olduğundan) sultan Kəbədəki məscidə 7-ci minarəni əlavə edib. Başqa bir rəvayətə görə, İran şahı tikintinin yubanmasına görə sultana qızıl göndərib. (Yəqin ki, kinayə ilə). Sultan da İrandan gələn qızılı palçığa qarışdırıb divara vurmaq əmrini verib. (O da hikkəsindən). Nəzərə alsaq ki, o vaxt İranda Səfəvilər hakimiyyətdə idi bu versiyaya inanmaq olar. O türk, bu türk - düşmən olmasın, neyləsin?
   
   ... Gəzməkdən ayaqlarım sızıldayır.
   
   - Gəl oturaq bir çay içək - deyirəm. İstanbulun bu tarixi yarımadasında azəriceyi iyi anlıyorlar. Çayın parasını verəndə "dörd manat" deyir qarson gülümsəyə-gülümsəyə. "Manat?" Siyasətçilər nə danışıb-konuşurlar bilmirəm, sadə vətəndaş öz işindədi. Alış-verişində, dostluğunda, arkadaşlığında.
   
   ... Hə, bu da Babi-Ali. Yəni Topqapı sarayı. Birinci darvazadan keçəndə bilet istəmirlər. Bu hissədə vaxtilə Osmanlı imperiyasının maliyyə, arxiv idarələri, zərbxanası, vakıflar idarələri yerləşibmiş. Əvvəllər sultanın sarayı Aksarayda, indiki İstanbul universitetinin yerində olub. 1478-ci ildə Osmanlının ən güclü dövrlərində köhnə Bizans sarayının qalıqları üzərində yeni Topqapı sarayı tikilib. Tikilib, sökülüb, dəyişdirilib, hər sultanın özünün əlavələri olub. Topqapını hər gəlişimdə ziyarət eləmişəm. Və mənə maraqlıdı ki, niyə 600 illik dünya imperiyasının baş sarayında qiymətli bir sənət əsəri yoxdu? Niyə Ermitajın, Luvrun, Viktoriya-Albertin, Pradonun bir şöbəsi qədər zəngin deyil? Yəqin təbii qarşılamaq lazımdı. Türk erkekləri hərəmxanalarındakı eksponatların sayını artırmaqla məşğul olublar. Dünyanın hər yerindən qadınları satın alıblar.
   
   Yanımdakı türk erkeyinə (yəni oğluma) ikinci həyətin içindəki qocaman çinarı göstərirəm.
   
   - Bu ağacın koğuşunda şəklini çəkmişdim 13 il əvvəl, yadına gəlir?
   
   - Hə, - deyir - bircə bu ağac yadımdadı.
   
   Muzeyi gəzə-gəzə bir otağa giririk. Lövhədə xəbərdarlıq elanı var. "Başörtüsüz və qısa ətəkdə girmək olmaz". Peyğəmbərimizin kutsal əmanətləri burda saxlanır. Və burda tam 400 ildi gecə-gündüz hafizlər avazla "Quran" oxuyurlar. Qəribə təzaddı, yan otaqlarda saray intriqaları cövlan edib, vəzirlərin başı kəsilib, yeniçərilər sultanları boğub öldürüblər, hərəmdəki körpə şahzadələri qətlə yetiriblər, bu otaqda "Quran" sədası kəsilməyib. Bu günə qədər ənənə yaşayır. Qardaş qardaşa qənim kəsilsə də "Quran" sədası kəsilmir. Yaxşı ki, insanları birləşdirəcək dəyərlər qalıb hələ...
   
   Tarixi İstanbul tramvayına minib geri qayıdırıq. Bu qədər şəhərlərdə olmuşam, hər yerdə tramvay qalıb, Bakıda nəyə mane olurmuş, hələ də anlaya bilmirəm. İstanbul tramvayı hər yerdə tarixə yolçuluq bələdçisidi. Gülhanə parkının yanından keçəndə bir göz atıram. Bu dəfə gedə bilmədim. Beşiktaşda sonuncu durakda enirik, burdan qaldığımız Polis Evinəcən avtobusla gedəcəyik. Bu şəhərin hər yerindən tarix fışqırır. Köhnə, ya yeni, fərq etməz. Dolmabaxça, Çırağan saraylarının, Rumeli hisarının yanından ötüb keçirik. Gözüm yamyaşıl təpənin üstündən Boğaza baxan Orxan Vəliyə sataşır. Görəsən, səhər burdan keçəndə niyə fikir vermədim? Nə gözəl heykəldi, əsl şair obrazıdı. (Bir haşiyə çıxım. İstanbulda heykəlin şəklini çəkməyi unutdum. Yazını hazırlayanda sizə göstərmək üçün internetdəki axtarışlarım nəticə vermədi. Abimizə zəng elədim, Tofiq Abdinə. O da İstanbula telefon açıb bir vaxtlar Türkiyə səfirliyində müşavir olmuş Fəthi Gədiklidən rica etmiş, o da sağ olsun, şəkli bizə göndərib. Hər ikisinə təşəkkür edirəm).
   
   Gərək buralara bir baş çəkim. Hava gözəl olsa səhər gələcəm...
   
   
   
   BENİ BU GÜZEL HAVALAR MAHVETTİ, BÖYLE HAVADA İSTİFA ETTİM.
   
   EVKAFDAKI MƏMURİYYETİMDEN.
   
   TÜTÜNE BÖYLE HAVADA ALIŞDIM,
   
   BÖYLE HAVADA AŞIK OLDUM.
   
   EVE EKMEKLE TUZ GÖTÜRMEYİ
   
   BÖYLE HAVALARDA UNUTDUM.
   
   ŞİİR YAZMA HASTALIIM
   
   HEP BÖYLE HAVALARDA NÜKSETTİ.
   
   BENİ BU GÜZEL HAVALAR MAHVETTİ...
   
   
   
   ***
   
   
   
   Gecə düşür. Boğazın düz kənarında Polad Ələmdar sayağı skamyada oturub körpüyə baxıram. Nə möhtəşəmdi, Allahım, nə gözəldi bu şəhər. İşıqlarıyla, qaranlığıyla, keçmişiylə, bu günüylə...
   
   - Sabah hara gedək? - Tuncayın sualı məni fikirlərimdən ayırır.
   
   - Sabah həkimə gedəcəyik.
   
   - Həkimdən sonra?
   
   - Sabah açılsın hələ... Görək nə deyəcəklər.
   
   - Hər şey yaxşı olacaq!
   
    Olsun, oğlum, olsun. Hər şeyin gözəl olacağına inanmaq çox gözəl.
   
   Hələlik isə...
   
   İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI.
   
   ÖNCE HAFİFTEN BİR RÜZGAR ESİYOR;
   
   YAVAŞ-YAVAŞ SALLANIYOR
   
   YAPRAKLAR AACLARDA;
   
   UZAKLARDA, ÇOK UZAKLARDA,
   
   SUÇULARIN HİÇ DURMAYAN ÇINQIRAKLARI
   
   İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI.
   
   
   
   (Ardı var)
   
   


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK