ANA SƏHİFƏ / KRİMİNAL

Bağ evində narkotik əkib-becərən keçmiş məhkum saxlanılıb

35803    |   2020-07-11 19:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Anar Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, ona məxsus Ləhiş bağları sahəsindəki evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 11 kiloqram olan 201 ədəd çətənə kolu və 720 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Anar Əliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. İstintaq tədbirləri davam etdirilir.




İmza:

Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib

Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib

Paytaxtda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb

Sumqayıtda kişi hamilə arvadını dənizdə boğaraq öldürdü - TƏFƏRRÜAT

Polisdən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - VİDEO

Azərbaycanda kişi qohumunu amansızlıqla qətlə yetirdi

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

Lənkəran sakinini döyərək, 70 min manatlıq qızılını əlindən alanlar tutulub

"İnstagram"da narkotiki təbliğ edən şəxs həbs olunub - VİDEO

Azərbaycanda kişi sevqilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

SON XƏBƏRLƏR
2020-08-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK