ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DÜNYANIN RƏNGİ

16954    |   2020-07-11 10:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Dünya hansı rəngdədi, hansı biçimdədi, hansı görkəmdədi, bunu onu duyanlar, onun varlığını dərk eləyənlər daha yaxşı bilirlər. Və dünyanı da yaxşı rəngə, xoş duyğulara boyayan ağıllı, müdrik, ziyalı insanlardı. O ziyalı insanlar ki, dünyamızı sevə-sevə yaşayır, sevə-sevə yaradır və sevə-sevə də nazını çəkir. Bu insanlar böyük kütlə tərəfindən həmişə hörmətlə qarşılanırlar. Çünki onlar işıqlıdılar, nurludular və həmişə əllərindən yaxşılıq, xeyirxahlıq və savab işlər gəlir...

Mən o böyük ziyalını təxminın 15 il bundan əvvəl bir görüşdə tanımışam. Onda böyük şair, böyük insan Zəlimxan Yaqubla Bakının Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbdə görüş keçirilirdi. Görüşün iştirakçıları da möhtəşəm idi... ssenarisi də möhtəşəm idi... bədii parçaların və şairin şeirinin səsləndirilməsi də möhtəşəm idi... O tədbirdə hər şey möhtəşəm idi. Və bu möhtəşəm tədbir sonda gözəl bir çay süfrəsiylə tamamlandı.

Tədbirdə iştirak edən BDU-nun kafedra müdiri, professor Pənah Xəlilov, millət vəkilləri, professorlar Şamil Qurbanov, İsgəndər Quliyev bu anları möhtəşəmliyindən danışdılar. Professor Pənah Xəlilov dedi ki, bu görüşü kim təşkil edibsə, onun ssenarisini kim yazıbsa, şeirləri kim səsləndiribsə, hamısı möhtəşəmdi. Hətta bu çay süfrəsini də o qədər gözəl və səliqəli yaradıblar ki, adam bu mədəniyyətə təəccüblənir. Pənah müəllim məktəbin direktoru Səməndər müəllimdən soruşdu ki, bu tədbiri kim təşkil edib? O da əlini uzadıb direktor müavini Rüxsarə Əlizadəni göstərdi. Dedi ki, gördüyünüz bütün nə varsa, hamısı bu xanımın ideyasının və təşəbbüsünün bəhrəsidir. Pənah müəllimin çöhrəsinə təbəssüm qondu: "Bax, belə vətənpərvər, ziyalı müəllimlər alqışlanmalıdır. Onlar həm öz təşəbbüsləriylə şagirdlərin yaddaşında iz qoyur, həm də bizi sevindirirlər. Eşq olsun belə müdrik, ağıllı və təcrübəli Azərbaycan pedaqoqlarına! Buna görə mən Rüxsarə müəlliməyə təşəkkürümü bildirirəm”.

Bax, onunla - Rüxsarə Əlizadə ilə tanışlığım həmin gündən başlandı. Həmin gündən bir daha yəqin etdim ki, Azərbaycan təhsilində öz peşəsini sevən, işinin vurğunu olan, hər şeyə yaradıcılıqla yanaşan və fərqli bucaqdan baxan belə bir istedadlı pedaqoq var. Sonradan mən Rüxsarə müəllimənin ideyası ilə hazırlanmış bir neçə ədəbi-bədii kompozisiyanın da şahidi oldum. Bir daha yəqin etdim ki, o heç də əvvəlki möhtəşəm tədbiri təsadüfən gerçəkləşdirməyib. Yəni sonrakı ədəbb-bədii kompazisiyalar da öz möhtəşəmliyilə, orijinallığıyla və qeyri-adiliyilə fərqlənirdi. Təbii ki, bu da böyük ziyalının istedadı, pedaqoji təcrübəsi və ən nəhayət, öz peşəsinə əvəzsiz sevgisi ilə bağlı idi. Sevgi olan yerdə həmişə insanın istedadı, yaradıcılığı və bədii təxəyyülü özünü bu və ya digər formada əks etdirir.


Rüxsarə Əlizadə Bakı Dövlət Universitetinin Mexanika və riyaziyyat fakültəsini bitirib. Uzun illərdir ki, Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində çalışır və informatika fənnindən dərs deyir. O həm təşkilatçı, həm də müəllimə kimi şagirdlərin yaddaşında əbədi iz qoyub. Çünki Rüxsarə müəllimə hər bir şagirdlə öz dilində, öz biçimində və öz düşüncəsində danışmağı bacarır. Elə onun dərs dediyi şagirdlər də məhz bu məziyyətlərinə görə müəlliməni daha çox istəyirlər. Ali məktəbi bitirib müxtəlif vəzifələrdə çalışan çoxlu sayda şagirdləri var. Və onlar bu gün də öz müəllimlərini yaddan çıxarmır, axtarır və təşəkkürlərini bildirirlər.

Müəllim cəmiyyətin düşünən beyni, görən gözü, döyünən ürəyidi. Və uzun illər Rüxsarə Əlizadə həmişə çalışıb ki, bu dəyərləri, bu cizgiləri yaşatsın. Daha doğrusu, elə yaşadır da. Əgər yaşatmasaydı, o, şagirdləri və doğma kollektivi tərəfindən bu qədər sevilməzdi. Bilirsiniz onu sevdirən hansı məziyyətləridi? Onu sevdirən sadələyi, səmimiliyi və hər kəslə öz doğması kimi davranmasıdı. İnsanlar bu doğmalığı, bu səmimiyyəti görəndə həmişə o adamlara daha yaxın olur, hətta dərdini, kədərini onunla bölməyə can atırlar.

Hər bir ailənin öz kökü, öz keçmişi, öz yadda qalan xarakteri var. Rüxsarə Əlizadə də kökü, keçmişi və yüksək mədəniyyəti olan bir ailənin övladıdı. O ailə ki, ziyalı ailəsidi, müəllim ailəsidi və insanlara həmişə sevgi, məhəbbət və səmimiyyət aşılayıb. Təbii ki, belə bir ailədə böyüyən, tərbiyə alan xanım da elə belə olmalıydı: ziyalı, sadə, səmimi və hamıya segi ilə yanaşan!

Eşitdim ki, bu yaxınlarda Rüxsarə Əlizadənin ad günüdü. Heç özünün də xəbəri yoxdur ki, mən bu xanım haqqında yazı qələmə alıram. Amma onun nəcibliyi, istedadı və ən nəhayət, səmimiyyəti məni tərpətdi ki, onun barəsində ürəyimdən keçənləri qələmə alım və sevgili oxuculara çatdırım. Ən azından ona görə ki, mən də o tədbirlərdə bir stəkan çay içmiçəm. Və o bir stəkan çay heç vaxt yadımdan çıxmır.

Yazını qələmə almamışdan məktəbin direktoru, dostum və qonşum, böyük ziyalı Səməndər Məmmədovla telefon əlaqəsi yaratdım. O da Rüxsarə Əlizadəni anadan olması münasibəti ilə təbrik elədi. Dedi ki, düz 20 ildir bir yerdə işləyirik. Məktəbin ən ağır yükü bu 20 ildə çox vaxt onun çiyninə düşüb. Bir dəfə də sifətini turşutmayıb ki, bu qədər işi mənə həvalə edirsən. Əksinə, nə tapşırıq verilibsə, hamısını çox möhtəşəm bir formada təşkil edib. Həm görüşə gələn, həm də görüş iştirakçıları razı qalıblar. Bu da təsadüfi deyil. Çünki Rüxsarə müəllimə kreativ ideyalar müəllifidir. Hansı tədbiri keçirirsə, öz orijinallığı və qeyri-adiliyi ilə yadda qalır. Bu gözəl və səmimi insanı bir daha öz adımdan və pedaqoji kollektiv adından ad günü münasibəti ilə təbrik edirəm. Qoy canı sağ olsun və həmişə də öz işini bax, belə yüksək səviyyədə görməyi bacarsın.

Rüxsarə Əlizadə özü də gözəl ailə başçısıdır. İki övladı var. Hər ikisi ali təhsillidir. Oğlu xaricdə işləyir, qızı isə beynəlxalq təşkilatların birində çalışır. O, öz istedadı, bacarığı, peşəkarlığı ilə fərqlənməyi həmişə bacarıb. Ona görə də dəfələrlə Bakı Şəhər Təhsil İdarəsi və digər qurumlar tərəfindən təhsildəki uğurlara görə Fəxri Fərmanlarla təltif edilib. Ən böyük təltif isə dərs dediyi şagirdlərin və məzunların ona olan məhəbbəti, istəyidir.

O həmişə müəllim adını, müəllim şərəfini, müəllim qürurunu uca tutub... O, həmişə seçdiyi və sevdiyi peşəsinə məhəbbətlə yanaşıb... O, həmişə dəqiqliyi, səmimiyyəti və diqqəti sevib. Və yaşadığı arxada qalan bu illər üçün heç vaxt heyfislənməyib, təəssüflənməyib. Əksinə, qürur duyub ki, arxada qalan o illər bir xatirəyə çevrilməklə ona cəmiyyətdə, yaşadığı həyatda, işlədiyi kollektivdə sevgi və məhəbbət gətirib. O insan ki, bütün dünyanın varlıqlarını sevir, o adamlar da həmişə o insanı sevirlər. Deməli, Rüxsarə Əlizadə yaşadığı ömür üçün qürur duymaqla yanaşı, həm də insanların çox böyük sevgisini qazanıb...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-08-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK