ANA SƏHİFƏ / MƏMLƏKƏT

Qaradağlı səhra hospitalının “40 qız”ından biri –Elyanə Hüseynovanın arzuları...

21947    |   2020-07-04 09:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hüseynova (Qurbanova ) Elyanə Şöhlət qızı.... Çoxunuza tanış gəlmədi, doğrumu? Amma hamımız tanımalıyıq. Hamımız onu örnək göstərməliyik, hamımız qızlarımızın ona oxşamasına çalışmalıyıq. Çünki o illərin gənc qızlarının bir çoxu kimi Elyanə xanım da özü üçün, öz gələcəyi üçün düşünməyi, özünə gün-güzəran qurmağı ağlının uçundan da keçirmədi... Özünü oda atdı. Özünü odun –alovun ən gur yerinə, müharibənin ən qaynar nöqtəsinə layiq gördü.... Axı vətən dardaydı...

Elyanə xanım 1968-ci ildə doğma rayonu olan, hazırda uzaqdan yalnız tüstüsünü gördüyü Ağdamın Şell-Qasımlı sovetliyinə məxsus Poladlı kəndindəndir. Orada doğulub. Böyüyüb, orta təhsilini başa vurub. Hələ orta məktəbdə oxuyarkən tibb bacısı olacağını qətiləşdirib. Böyük Vətən müharibəsinə həsr edilmiş filmlərə baxdıqca, müharibədə o cəsur qızları gördükcə, ağ xalata da, ağ papağa da qəlbində qarşısıalınmaz bir bağlılıq hiss edib. Bir dəfə "Azərbaycan qadını” jurnalında təxminən bu cümlələrə rast gəlmişdi” 10 min nəfərdən çox azərbaycanlı qızı birbaşa odlu cəbhələrdə idi. Kimisi əlinə silah götürmüşdü, kimisi şəfqət bacısı kimi igidlərin döyüşlərdə aldığı yaralara məlhəm qoyurdu, onları yenidən həyata qaytarırdı. Ziba Qəniyeva, Aliyə Rüstəmbəyova, Dürrə Məmmədova və başqa Azərbaycan qızlarının adı İkinci Dünya müharibəsinin ən fəal iştirakçıları sırasında çəkilir”. 

Bax elə buradan başlamışdı Elyanənin şəfqət bacısı olmaq istəyi. Nə biləydi taleyin amansız gərdişinin onun yurdunun başına açacaq oyunları...

Ağdam rayonuna lap yaxın olan Dağlıq Qarabağ Muxtar Vilayətin mərkəzində- Stepanakert (Xankəndi) şəhərində yerləşən tibb texnikumuna imtahan verib qəbul olanda sevinci yerə-göyə sığmadı. Nə xəyallar qururdu...

Amma texnikumu bitirər –bitirməz Qarabağda bir müharibə ocağı alovlanmağa başladı. Hər gün erməni qəddarlığı, hər gün soydaşlarımızın qətli, qan, ölüm, işgəncə xəbərləri qeyrəti olan vətəndaşlarımızı səfərbərliyə, döyüşə haraylayırdı. Elyanəni ən çox narahat edən isə ard-arda kəndlərinə gələn şəhid tabutları idi... Atasız qalan uşaqların, oğulsuz qalan anaların, qardaşsız qalan bacıların göylərə bülənd olan ah –naləsi onu xalqına xidmət göstərməyə tələsdirirdi. Beləcə, bir gün -19 yaşlı Elyanə sənədlərini Qaradağlı səhra qospitalına təqdim edir. 1992-1993-cü illəri ömrünün ən məşəqqətli dövri kimi yaşamağa başlayır . Qaradağlı səhra qospitalında tibb işçisi olaraq fəaliyyətə atılır.

Elyanə xanım ilk dəfə gənc, necə deyərlər, "lay divar” oğulların ölümünü burda gördü. Bəlkə də, bir elin, bir nəslin, bir evin çırağı idi onlar...Bəzən yaralı əsgərlər hospitala vaxtından gec çatdırılırdı, bəzən çarəsiz yaralını xilas etməyə güc yetmirdi. İgidlər Elyanənin gözləri qarşısında mətanətlə şəhadətə addımlayırdılar. Həmin gün gənc tibb bacısının sanki dünyası dağılırdı. İş yoldaşlarının , çiyin-çiyinə hər əziyyətə qatlaşan digər tibb bacılarının yanında özünü sıxırdı. Ağlamırdı, sızlamırdı...elə ki, bir balaca tək qaldı, o igidlərə ağı deyib ağlayırdı, yas tuturdu.

Sevincli günləri də az olmurdu. Bəzən qan verdiyi əsgərin sağaldığını görəndə, reanimasiyadan birbaşa palataya köçürülən əsgərin gözünü açıb elə ilk kəlmədən: "Həkimə deyin, mən yaxşıyam, məni burda çox saxlatmasın, döyüş dostlarım məni gözləyir, mən müharibəyə getməliyəm” deyəndə Elyanənin sevincdən gözləri yaşarırdı. (İndi amneziyadan əziyyət çəkməsinə baxmayaraq. Orda elə həftə olmazdı ki, əsgərlərə qan verib onların həyatını xilas etməsin.

Elyanə Hüseynova danışır:

-Ağdam hospitalında 40 nəfər qadın tibb işçisi vardı . Həmin qadınların şücaəti dillərdə əzbər idi. Onların çoxu qanlı döyüş meydanlarına gedir, yaralıları, həlak olanları çıxarır, hospitala daşıyırdı. Gecəli-gündüzlü yaralıların yanında olurduq. Beləcə, hospital orda çalışanların dogma evi-eşiyi olurdu. Yadımdadır, tibbi personalın özündən yaşca kiçik olan qadın işçilərinə həmişə diqqət göstərən , qayğılarına qalan, ana nəvazişi göstərən Elmira Rəsulova adlı bir xanım vardı . Bir dəfə hospitalın fəaliyyətindən reportaj hazırlayan bir jurnalist gördüyü mənzərələri qəzetdə " 40 qızı olan ana” başlığı ilə dərc etmişdi. Belə kollektivdə calışmaq da adama şərəf verirdi, başıucalığı gətirirdi. Elmira Rəsulova, Mətanət həkim, Ayna, Tünzalə, Nəzakət, Nəsibə, Natəvan, Təranə, Mədinə, Şəhla, Rada, Səmayə, Xalidə, Nilüfər, Reyhan, İlhamə, Şükufə ana, Solmaz ana, Ağca xanım və başqaları döyüş meydanında da kişi kimi idilər. Cəsur, qorxmaz, vətən üçün əlindən gələni əsirgəməyən! O vaxt işinin öhdəsindən ləyaqətlə gələ bilən tibb bacılarına komandanlıq tərəfindən hərbi rütbələrdə verilirdi. Mən baş cavuş rütbəsinə layiq görülmüşdüm.

Unutmamış deyim, Məleykə Əhmədova vardı,  tibb bacısı, əslən İrəvandan idi, 3 qardaşı şəhid olmuşdu. Onun əsgərlərə göstərdiyi qayğı, xidmət onu tanıyanların heç birinin yaddaşından silinməyəcək! Mən müharibədən sonra ailə qurdum və Rusiyada yaşamağa başladım. O zamandan Məleykə haqqında heç bir xəbər ala bilmədim. Çox sonralar eşitdim ki, müharibədə aldığı psixoloji sarsıntılar onun həyatını sona çatdırıb. Çox üzüldüm, Allah rəhmət eləsin...

-Elyanə xanım, müharibə başlasa yenə gedərdiniz hospitala işləməyə?

-Baxmayaraq xəstəyəm, baxmayaraq vətəndən uzaqlardayam, bu gün səfərbərlik olsa, müharibə başlasa, yenə öndə gedənlərdən biri mən olacağam. Niyəsini soruşmayın, bu xəstə canım da qurban olsun, yurduma-yuvama, kəndimizə-evimizə... Yaşlandıqca, qəriblikdə qaldıqca yurdumun xiffətini daha çox çəkirəm... çox..

 Bir gün o yurda dönəcəyimə o qədər əminəm....Qayıdacağıq. Mütləq yurdumuza dönəcəyik! Dönməliyik!

Əntiqə Rəşid




İmza:

Bu istiqamətlərdə xəttə əlavə ekspres avtobuslar buraxılıb - BNA

Qəbələdə çayların yaxınlığına atılan tullantıya görə bələdiyyə sədri cərimələndi

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 109 mənzil təqdim edildi

Premium markalı yanacağın qiyməti qalxdı - SƏBƏB

Maskotlar vətəndaşları məlumatlandıracaq

1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətindədir

54.8 milyon manatlıq saxta və əsasız pensiya işləri ləğv edilib - Nazir

Sahil Babayev: Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub

FHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət etdi - VİDEO

Ezamiyyələr icaze.e-gov.az portalına əlavə olunacaq

SMS icazə ləğv olundu

Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK