ANA SƏHİFƏ / MƏMLƏKƏT

AzTV-də böyük qalmaqal - 9 nəfər işdən çıxarıldı

8673    |   2020-05-22 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun bir neçə əməkdaşının oğurluq etdiyi üçün işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 9 sürücü QSC-dən yanacaq oğurluğu edib və buna görə də işdən azad ediliblər:

"Həmin sürücülərin törətdiyi əməllər konkret faktlarla - avtomobillərə quraşdırılan avadanlıqlarla sübuta yetirilib. Hazırda QSC həmin şəxslərdən 8-i barəsində Səbail Rayon Polis İdarəsinə və digəri barəsində isə Laçın Rayon Məhkəməsinə müraciət göndərib".

"Bu gün dövlətdə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamağın özü belə qanunu pozmaq deməkdir. Bəli, karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişlər var. Amma bu, o demək deyil ki, kimsə çalışdığı iş yerində oğurluq edə, şirkətə maddi ziyan vura bilər. Özü də, müraciətdə adları çəkilən sürücülərdən biri (red. Məmmədov Anar Vaqif oğlu) təxminən 1 il əvvəl də xidməti maşından yanacaq çəkdiyi zaman əməkdaşlar tərəfindən saxlanılıb. Amma ailə vəziyyəti nəzərə alınaraq işdən azad edilməyib, töhmət verilib və yenidən işə qaytarılıb. Lakin o digər 8 nəfərlər birlikdə yenidən bu əmələ at atıb. Onu da əlavə edək ki, bu hadisə sürücülərin məvacibinin 50 faiz artırılmasından sonra baş verib. Hazırda iş üzrə araşdırma gedir və nəticə olan kimi QSC bu barədə ictimaiyyətə açıqlama verəcək", - deyə AzTV-dən bildirilib.



İmza:

Çimərliklərdə sıxlıq davam edir - Nəzarət tədbirləri gücləndirilib

Bu istiqamətlərdə xəttə əlavə avtobuslar buraxılacaq

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər - VİDEO

Yüzlərlə ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirildi - SİYAHI

Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib - FOTO

Çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirilir

İlham Əliyev Təhsil Nazirliyinə yeddi milyon manat ayırdı - SƏRƏNCAM

Ezamiyyət vərəqəsinin tələb olunması nəzarət etmək üçün düzgün addımdır - Şahmar Mövsümov

Bu gün metronun açılması müzakirə olunmur - RƏSMİ

Hazırki epidemioloji vəziyyət toylara imkan vermir - Şahmar Mövsümov

Şahmar Mövsümov: Toplaşmalar artdıqca karantin qaydaları pozulacaq və yoluxmalar çoxalacaq

Növbəti həftədə açıq havada kafe və restoranların fəaliyyəti bərpa oluna bilər

SON XƏBƏRLƏR
2020-08-09
2020-08-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.8%)
Pullsuz (12.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK