hacklink Adalet.az | AY ÖLKƏSİ Adalet.az | AY ÖLKƏSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AY ÖLKƏSİ

Ailə xatirinə bir adamı, icma xatirinə ailəni, ölkə xatirinə icmanı, Ruh xatirinə bütün bir aləmi qurban ver! (Qədim Sanskrit şerindən)

32875    |   2007-11-17 04:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Qadın olmaq... Qadın olmaq çətindir, bəs lider olmaq? O da çətindir. Qadın lider olmaq? Ay aman, müsibətdi. Bəs Şərq ölkəsində qadın olmaq, lider olmaq, qadın lider olmaq necə? Cavab verə bilmirəm...
   
   ***
   
   Paris. Məşhur Monmartrda pilləkənlərin üstündə oturub əqidə dostundan sevgi sözləri eşidir, evlilik təklifi alır. Amma əqidə dostu başqa dinə mənsubdu. Onun vətənində isə belə günahları bağışlamırlar. Onun böyük, bir zaman qüdrətli, indi isə ingilis aslanının pəncələri altında inləyən vətəni - Hindistan. Ancaq mənsub olduğu ailə də başqa ailələrə bənzəmir. Ailə onu anlayacaq...
   
   ***
   
   Onun atası Hindistanın görkəmli siyasi və dövlət xadimi, ölkəsinin istiqlaliyyəti uğrunda savaşın rəhbərlərindən biri və ilk baş naziri idi. İstiqlal uğrunda savaş bu ölkədə əsrlərlə davam etmişdi. Britaniya ağalığına qarşı mübarizə sözü ancaq dildə asan görünə bilər. Böyük olsa da cəhalət və səfalət girdabında çabalayan Hindistanın müstəmləkə zülmünə müqaviməti güc nisbətində uduzurdu. XX əsrin əvvəllərində müqavimət hərəkatı güclənməyə başladı. Və parlaq şəxsiyyətlər gündəmə gəldi. Millətlərin həyatındakı əzəmətli dövrlər haqqında, dahi kişilər və qadınlar haqqında, keçmişdə baş vermiş hadisələr haqqında oxuyanda hərdən özümüzü həmin dövrə qaytarmaq istəyirik. Və tarixin gedişatını dəyişən fərdlərin özəlliklərini öyrənmək istəyirik. Adi kişilər və qadınlar adətən qəhrəman olmurlar. Onları düşündürən gündəlik ruzidi, uşaqlarıdı, təsərrüfat qayğısıdı və buna bənzər başqa şeylərdir. Ancaq bəzən elə bir vaxt gəlib çatır ki, o zaman bütün xalqın qəlbi böyük əməllər eşqinə inamla dolur və bu vaxt ən adi kişilər, qadınlar belə dönüb qəhrəman olur. Tarix mühüm hadisələrlə dolğunlaşır.
   
   Təbii ki, onların ailəsi sıradan bir ailə deyildi. Neçə nəsil Londonda oxumuş, vəkillik ixtisası ilə vətənə dönmüş və dönüşdən sonra vətəndəki acı gerçəkliklə üzbəüz qalmışdılar. erçəklik onları öz zəngin və rahat həyatlarını bir tərəfə qoyub xalqın səfalətinə baxmağa vadar etmişdi. Həbsxanalar, sürgünlər, təzyiqləri göz önünə almağa vadar etmişdi. Hər şeyə rəğmən mən bu insanları xoşbəxt sayıram. Çünki bir millətin, bir xalqın, bir dövlətin azadlıq mücadiləsi tarixinə onların adı yazılıb.
   
   ***
   
   Çox zəngin ailənin tək övladı. Doğulanda ona vətəninin şərəfinə "Ay ölkəsi" - İndira adı vermişdilər. (Hind dilində bu adın səslənişi və yazılışı necədir, bilmirəm, yəqin ki, Hindiraydı. Bəlkə də Avropa dilləri təhrif edib, biz də belə qəbul etmişik. 55-ci ilin iyunundan sonra isə Bakıda doğulmuş nə qədər qızları onun şərəfinə İndira adlandırıblar. Həmin vaxt Cəvahirləl Nehru qızı ilə birlikdə Bakıda olub).
   
   İndira Qandi 1917-ci ilin 19 noyabrında dünyaya gəlib. Dünya isə həmin vaxt böyük sarsıntılar içində idi. Cahan müharibəsi gedirdi, Rusiyada Sosialist inqilabı olmuşdu. Atasının həbsxanadan yazdığı məktubda buna işarə var: "Sənin doğulduğun il, 1917-ci il tarixdə ən gözəl illərdən biriydi. Bu elə bir iliydi ki, qəlbi yoxsullara məhəbbət və şəfqətlə dolu dahi rəhbər öz xalqını tarixə heç zaman unudulmayacaq nəcib səhifələr yazmağa sövq etdi. Elə sən doğulan həmin ayda Lenin Rusiyanın və Sibirin simasını dəyişdirən böyük inqilaba başladı. Bu gün də Hindistanda iztirab çəkənlərə məhəbbətlə dolu olan və onlara yardım əli uzadan başqa bir dahi rəhbər xalqın yenidən azadlığa nail olması naminə və məzlumların ağır əsarət yükündən xilas olması naminə xalqımızı böyük əməllərə ruhlandırdı. Bapuci (Mahatma Qandi-müəllif.) həbsxanada yatsa da onun sehrli sözünün qüdrəti Hindistanda milyon-milyon adamın qəlbinə yol tapır. Kişilər də, qadınlar da, hətta balaca uşaqlar da özlərinin qapalı aləmciyini tərk edib Hindistanın azadlıq əsgərlərinə çevrilirlər. Hindistanda bu gün biz tarix yaradırıq. özlərimiz önündə o tarixin necə baş verdiyini görmək və şəxsən bu böyük səhnədə bir qədər iştirak etmək səadəti sənə də, mənə də nəsib oldu".
   
   Əslində onun bioqrafiyasına çoxları həsəd apara bilərdi. Varlı ailədə doğulmaq, xaricdə təhsil almaq, istədiyini geyinmək, kasta qanunlarını pozub başqa dindən olan, amma sevdiyin birisinə ərə getmək... Amma bu Ayın görünən tərəfi idi. örünməyən tərəfdə isə o qədər ağrı-acı var idi ki. Uşaq yaşlarından həbsxanada yatan ata-anasıyla qısa görüşlər, xaricdə təhsil alanda onlara həqarət edən ağların hücumlarını dəf etmək, öz zərif vücuduna gözəl geyimlər yox, əl yapımı, yerli hind malı, qaba kətandan sarilər geyinmək (o vaxtlar Hindistanda belə bir hərəkat da vardı. İngilislərə etiraz məqsədilə onların ucuz və keyfiyyətli malını yox, baha olsa da, kobud olsa da yerli mal almaq). Sevdiyi adama gəlincə isə, cahil adamlar onu lənətləyirdilər, kasta qanununu pozduğuna görə. Hətta indiyə qədər Qandi ailəsinin faciəsini bu nigahla bağlayanlar da var. İndira Nehru və Feroz Qandi Allahabadda bir mitinqdə tanış olmuşdular. Azadlıq romantikası, gənclik sevdası bütün sədləri aşa bilmişdi. Bu evlilikdən iki oğlu vardı - Raciv (sonradan Hindistanın baş naziri) və sevimli Sancay.
   
   1947-ci ildə Hindistan istiqlaliyyət qazandı. Cəvahirləl Nehru ölkənin baş naziri oldu. Nehru qızının aktiv siyasətlə məşğul olmasında maraqlı idi. İlk vaxtlar şəxsi köməkçisi sifətiylə bütün xarici səfərlərə aparırdı. Bir müddət sonra İndira hakim partiya sayılan Hindistan Milli Konqresinin sədri seçilmişdi. Atasının xəstəliyi dövründə partiya funksionerləri və kabinet arasında vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. Mətbuat naziri, atasının ölümündən iki il sonra isə baş nazir oldu. Hakimiyyətə gələn kimi 14 iri bankın milliləşdirilməsi ölkədə mühafizəkar qüvvələri hərəkətə gətirmişdi. Və Konqresin radikal liderləri İndiranı partiyadan xaric də etmək istəmişdilər. Bu alınmayanda isə partiyanı ikiyə bölmüşdülər - hakimiyyətdəki Konqres və müxalifətdəki Konqres. Amma hər halda 48 yaşında ölkənin mütləq hakimiyyətini əlində cəmləşdirən bu zərif xanım onu əhatə edən güclü cinsin nümayəndələrinə öz iradəsini göstərə bilmişdi. (Bir haşiyə. Mən kişilərin güclü adlandırılmasının əleyhinəyəm. Onların olsa-olsa fiziki göstəriciləri üstün sayıla bilər. Ruh və iradə baxımından isə qadınlar daha güclüdür). Həmin illər İndira Qandinin siyasi karyerasının ən uğurlu dövrü idi. Amma ölkədə iqtisadi vəziyyətin get-gedə ağırlaşması, daxili gərginliyin artması, separatizm meylləri Qandinin nüfuzuna ciddi zərbə vururdu. Hələ üstəlik müxalifət onun seçkiləri saxtalaşdırması haqqında məhkəmə sənədi də əldə edə bilmişdi. Buna cavab olaraq Qandi Konstitusiyada kardinal dəyişikliklər etdirir, ölkədə fövqəladə vəziyyət elan olunur. Ən böyük narazılıq isə dövlətin ailə planlaşdırılması proqramından idi (insanları məcburi şəkildə qısırlaşdırırdılar). Əhalinin sürətlə artması dövləti radikal addımlar atmağa sövq edirdi. Hər halda ya vəlvələdən, ya zəlzələdən 1977-ci il seçkilərində İndira Qandinin partiyası uduzdu. Ardınca ağır ittihamlarla həbsə atıldı. Dostluq etdiyi Sovet İttifaqı ona arxa durmadı. Yardım ehtiyacı ilə Moskvaya gəlsə də siyasi hakimiyyət onunla görüşdən qaçdı. O, ruslardan incidi və yenidən hakimiyyətə qayıdanda bunu onlara xatırlatdı.
   
   ...Mən onun Sovet İttifaqına gəlişlərini xatırlayıram. Çox təntənəli görüşlər olurdu. Brejnevin ona böyük məhəbbətlə "Doroqaya İndira Qandi" deməsini də xatırlayıram. Bir də yadımdadır ki, burdan ora kimsə gedəndə , ya ordan bura kimsə gələndə televizorda Hind filmləri göstərirdilər. O vaxt televiziyaların proqram siyasəti həm də dövlətin siyasəti idi.
   
   77-ci ildə seçkiləri uduzsa da, həbsə atılsa da, görünür İndiranın ulduzu sönməmişdi. 80-ci ilin yanvarında yenidən hakimiyyətə qayıtdı və artıq özünü əvəz edəcək birisi haqqında düşünməyə başladı. Namizəd vardı - kiçik oğlu, sevimli Sancay. Əhlikef Racivdən fərqli olaraq Sancay iddialı, güclü bir siyasətçi ola bilərdi. İndira ona böyük ümidlər bəsləyirdi. Amma... Anasının ikinci dəfə hakimiyyətə dönüşündən az sonra Sancay təyyarə qəzasında həlak olur. (Bəlkə də bu qəzaya əməlli-başlı kömək eləmişdilər). Həmin vaxt toparlanıb yenidən öz dəmir iradəsini göstərmək, Racivi hakimiyyətə hazırlamaq ondan böyük güc tələb edirdi. İlk olaraq idman sahəsini və ölkədə keçiriləcək yarışların təşkilini oğluna tapşırır. Yük nə qədər ağır olsa da hakimiyyətdən heç kəs elə-belə əl götürmək istəmir. Hindistan kimi geridə qalmış, milli münaqişələrin qaynadığı, müstəmləkə sisteminin ağır irsini daşıyan ölkələrdə olsa belə. Oğlunu məcburən siyasətə gətirən ana hər halda onu irəlidə nə gözlədiyindən xəbərdar idi. Amma o cür faciəli ölümü düşünürdümü? Xatırlayırsınızmı məşhur kinokadrları? Canlı bomba qadın, əlində gül çələngi Raciv Qandiyə yaxınlaşır. Boynundan asır...Amma bu 1991-ci ildə olacaqdı.
   
   C.Nehrunun istəkli qızı ömrü boyu bütün əzizlərinin ölümünü gördü (məktublarında onu nəvazişlə Priadarşini - gözümün nuru adlandıran ata heç şübhəsiz onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamışdı. Həbsxanadan yazılan məktublar İndira üçün böyük həyat məktəbi olmuşdu. Bu məktublar kitab halında çap olub və oxuyub həsəd aparmışam. Ata öz kiçicik qızına tarixi, fəlsəfəni öyrədir, Vətəni sevməyi öyrədir, inqilabı öyrədir. Deyir ki, "Hindistan özü də hələ məhbusdu və onun azadlığı hələ qarşıdadı. Hindistan azad deyilsə, bizim azadlığımız nəyə dəyər?" Epiqrafda verdiyim şeri Nehru tez-tez qızına xatırladır. Onların ailəsi belə qurbanları çox verdi). Anası çox gənc vəfat etdi, əri cavan öldü, atası, sevimli kiçik oğlu, həyatında qalan bircə Raciv və nəvələri idi. 80-ci ildə hakimiyyətə qayıdan İndira ölkəni çalxalayan dini və etnik konfiliktləri çözmək məcburiyyətində idi. Pəncabda separatçı qüvvələr dövlət məmurlarını qətlə yetirir, vahimə, qorxu yaradırdılar. Silahlı siqh qruplaşmalarının Amritsardakı Qızıl Məbədi ələ keçirib burdan dövlətə öz şərtlərini diktə eləməsi səbri daşıran sonuncu damla oldu. 84-cü ilin iyununda İndira Qandi hərbi hissələrə Qızıl Məbədi terrorçulardan təmizləmək əmri verdi. "Mavi ulduz" adlanan əməliyyat zamanı mindən çox insan həlak olmuşdu. Mavi ulduz Hind Ayının ulduzunu söndürdü. 1984-cü ilin oktyabrında evindən çıxıb jurnalistlərə görüşə tələsən İndira Qandiyə öz cangüdənləri (onlar da siqh təriqətinə mənsub terrorçuymuşlar) 20 güllə vurdular. Ay batdı...
   
   ***
   
   Əslində cəmiyyəti qadınlar idarə edir. Amma eqoist kişi zehniyyətini məğlub edib birinci şəxs olmaq hər qadına nəsib olmur. Kişi cəmiyyəti qadının ağlını həzm edə bilmir və bağışlamır. Tarix isə öz işindədir. Belə qadınlar olub, olacaq. Noyabrın 19-da 90 yaşı tamamlanan İndira Qandi kimi. Dövlətin, millətin yaralarını sarmaqla bərabər, o həm də geri zəkalı insanlarla mübarizə aparmağa məcbur idi. Qadın olmaq çətindir...
   
   P.S. Bu gün tarixin başqa bir mühüm hadisəsinin də ildönümüdü. Milli Dirçəliş günü öz yerində, "525-ci qəzet" 15 illik yubileyini qeyd edir. Milli Dirçəlişə gedən yol təkamüldən, maarifçilikdən keçir. Bu yerdə qəzetlərin rolu danılmazdır. "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidi 24 ildir ki, tanıyıram, özümə dost bilirəm (Rəşad qadın ağlını qiymətləndirməyi bacarır), 15 ildi də "525-ci qəzet"in oxucusuyam. Mətbuat tarixi həm də xalqın və dövlətin tarixidi. Bu 15 ildə yaşadığımız təbəddülatlar qəzetdə öz əksini tapıb. Qarışıq zamanda 15 il az vaxt deyil. Təbii, onlara düşündürən yazılar, ağıllı oxucu bolluğu arzu edirəm. 8 milyonluq bir məmləkət üçün kiçik tirajlar böyük ayıbdı. ələcəklərini keçmişlərindən daha gözəl, daha əzəmətli eləməyi arzu edirəm. Tez-tez narahat etdiyim Yusif Rzayevə təşəkkür edirəm. Sözə hörmət edən bütün şəxslərə təşəkkür edirəm. Söz hər şeyin başlanğıcıdır. Qadın kimi...


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-11
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK