ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

İmtahan üçün seçilmiş binaların sayı artırıldı

4320    |   2020-05-21 21:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq, imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə keçirəcək.

Mərkəzdən verilən məlumata görə, DİMTəhsil Nazirliyi və yerli icra orqanları ilə birgə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunmasına dair hazırladığı metodiki göstərişləri nəzərə alaraq, təcili və təxirəsalınmaz tədbirlər görür.

DİM əməkdaşları Təhsil Nazirliyinin tabeliyində olan binalara yerində baxış keçirib. Həmçinin, imtahan üçün seçilən təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfə artırılaraq, imtahanın keçirilməsi üçün yararlılıq vəziyyəti yoxlanılıb.

Hazırda imtahan iştirakçılarının sosial məsafə gözlənilməklə zallarda yerləşdirilməsi, mərkəzlərdə sanitar qovşaqların, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası, həmçinin, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması istiqamətində işlər görülür.




İmza:

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Məktəb direktorları və müavinləri ilə virtual görüş keçirildi

İmtahan üçün seçilmiş binaların sayı artırıldı

ADU-da 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə qərar qəbul edilib

Peşə dərslərinin sabahkı cədvəli açıqlanıb

Təhsil naziri Ceyhun Bayramov tələbələrlə videogörüş keçirib

Məktəbli qız şahmat üzrə Avropa çempionu olub

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK