ANA SƏHİFƏ / İDMAN

“Qəbələ”dən rekord göstərici – UEFA reytinqi

6882    |   2020-05-17 15:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qəbələ” hazırkı UEFA reytinqində 148-ci yerdə qərarlaşıb.

Qol.az xəbər verir ki, bu haqda klubun saytının yaydığı məlumatda bildirilir.

Son 5 avrokubok mövsümünün nəticələrinə əsasən tərtib olunan siyahıda "qırmızı-qaralar” 7,500 xala malikdir. Komanda 2015/16 və 2016/17 mövsümlərinin hərəsində 2,000, 2017/18 və 2018/19 mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə çıxışını başa vuran "Qəbələ” aktivinə daha 1,500 xal əlavə edib. Bununla da əmsalını 7,500-ə çatdıran komandamız 148-ci sırada yer alıb.

Bu, klub tarixinin rekord göstəricisidir. "Qəbələ” cari mövsümədək heç vaxt belə yüksək mövqedə qərarlaşmayıb.

Avrokuboklarda debüt etdiyi 2014/15 mövsümündə siyahıya daxil edilən "qırmızı-qaralar” debütdə 358-ci yerdə qərarlaşıb. Növbəti il 253-cü, sonradan 185-ci olan "Qəbələ” hər dəfə xal hesabını da artırıb.

2017-ci ilin yayından etibarən klub reytinqinin hesablama metodu dəyişdirilib. Nəticədə həm xallar azalıb, həm də geriləmə qeydə alınıb. Həmin vaxt mövsümü 191-ci sırada tamamlayan "Qəbələ” ötən yay 173-cü yerə qədər yüksəlib. Bu, klub tarixinin rekordu idi ki, cari mövsümdə həmin göstərici 25 pillə də yaxşılaşdırılıb.


"Qəbələ” UEFA reytinqində

2014/15 – 2,750 (358-ci yer)

2015/16 – 5,225 (253-cü yer)

2016/17 - 7,800 (185-ci yer)

2017/18 - 5,250 (191-ci yer)

2018/19 - 6,250 (173-cü yer)

2019/20 – 7,500 (148-ci yer)




İmza:
SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK