ANA SƏHİFƏ / MARAQLI

Türkiyədə qadağadan sonra toylar belə keçiriləcək - FOTO

15151    |   2020-05-10 22:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyədə koronavirusa qarşı mübarizə tədbirlərinin bir hissəsi olaraq, toylarda iştirakla bağlı yeni qaydalar tətbiq olunub.

"Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, artıq bu barədə təlimatlar bütün şadlıq evlərinə göndərilib.

Yeni qaydalara əsasən, toylarda 1,5 metr uzunluğu olan çubuqlardan tutmaqla yallı gediləcək.

Toylarda səkkizvə ya 10 nəfərlik masaların arxasında yalnız dördnəfər otura biləcək. 600 nəfərlik salonda 200-250 qonağın iştirak edəcəyi toy və nişan mərasimləri keçiriləcək.

Salona daxil olmazdan əvvəl hamının temperaturu ölçülməlidir. Maska taxmayan qonaqlara salona girməyə icazə verilməyəcək və arzu edənlərə girişdə şəxsi mühafizə vasitələri paylanacaq. Hər toydan əvvəl və sonra salonlarda dezinfeksiya işləri aparılacaq.

Bəylə gəlinə hədiyyə veriləcək zinət əşyaları artıq onların yaxalarına taxılmayacaq, bunlar zərflərin içində sandığa qoyulacaq.

Gəlin və bəylə əl sıxma və ya qucaqlaşmaq qadağan edilir. Toy boyunca gəlinə və bəyə yaxınlaşanlarınmaska ​​taxmaları tövsiyə olunur.(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK