ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DƏRDİNİ GİZLƏDƏN ADAM

5414    |   2020-05-08 09:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bir dəfə səhər-səhər işə gəlib masanın arxasında əyləşəndə mənə dedilər ki, səni bir nəfər axtarır. Və o bir nəfər də elə həmin an otağımıza daxil oldu və özünü təqdim elədi:

- Qorxmaz Abdulla, yazıçı-publisist!

Sözün düzü, bu imza mənə çox tanış idi. Ən azından onun müxtəlif qəzetlərdə imzalarına tez-tez rast gəlmişdim. Öz doğma vətəni Cəbrayılla bağlı publisist yazılarını oxumuşdum. Və o yazıların da ruhu, dili, üslubu və şirinliyi məni heyran eləmişdi...

... Əlindəki yazını mənə tərəf uzatdı və dilləndi ki, sizin bu yaxınlarda bir yazınız çap olunub: "Dizayner məsul katibdirmi?”. Bax, həmin yazıyla bağlı öz fikirlərimi, düşünclərimi yazmışam. Qələmə aldığınız mövzu mənim ürəyimcədir. Mən də o yazının nöqtəsinə, vergülünə toxunmadan qəzetimizin növbəti nömrəsində çapa hazırladım...

Bax, həmin gündən bizim aramızda bir isti münasibət və bir səmimiyyət yarandı. Gördüm ki, vətən dərdi, yurd dərdi, el-oba dərdi onu çox narahat edir. Öz yurdundan, yuvasından perik düşəndən sonra Bakıya üz tutub. Özü də Yeni Günəşlidə yaşayır. Mənim də Yeni Günəşlidə yaşadığımı biləndən sonra sevindi. Dedi ki, görüşə bilməsək də, heç olmasa telefon əlaqəsi yaradarıq...

Bu günlərdə Qorxmaz Abdulla mənə telefon açmışdı. Bir az Cəbrayıldan danışdıq, bir az Füzulidən söhbət açdıq, bir az da Cəbrayılın çinarlıqlarını, buz bulaqlarını, gözəl mənzərələrini xatırladıq. Və dedi ki, bu yaxınlarda mənim 80 yaşım tamam olur. Amma sözün düzü, ona heç 80 yaş vermək olmaz. Ən azından ona görə ki, maşallah, çox qıvraqdı, həm də həmişə ovqatı nikbin olur.

... Hər adam belə 80 yaşda gümrah və sağlam qalmır. Onun gümrah və sağlam qalmasına ürəyinin təmizliyi, səmimiyyəti, heç kimin paxıllığını çəkməməsi və ən nəhayət, dupduru bulaq suyu kimi təmiz olmasıdır. Ümumiyyətlə, yumoru, duzu, şirinliyi olan adamlar heç vaxt başqaları kimi tez qocalmırlar. Onların ömrünü bax, beləcə, o yumor, o şirinlik, o duzluluq uzadır...



Qorxmaz Əvəz oğlu Abdullayev 1940-cı ildə Cəbrayıl rayonunun Papı kəndinə anadan olub. M.Qorki adına (indiki akademik M.Mehdizadə) şəhər orta məktəbini bitirib. Və sonradan müxtəlif yerlərdə çalışıb. Və düşünüb ki, ali məktəbə qəbul olmaq lazımdır. Hərbi xidmətdən qayıdandan sonra V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) filologiya fakültəsinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Təyinatla Cəbrayılın Quyucaq kəndinə gəlib. Orda bir müddət işləyəndən sonra Şükürbəyli və Daş Veysəlli kənd məktəblərində müəllim işləyib. Harda çalışıbsa, harda işləyibsə, orda bir müəllim, bir ziyalı kimi hamının hörmətini qazanıb. Əlbəttə, yaxşı müəllim olmaq olar, yaxşı insan olmaq isə ikiqat xoşbəxtlikdir. O, şagirdlərin və valideynlərin nəzərində, xatirəsində həmişə yaxşı müəllim, yaxşı insan kimi qalıb. Heç vaxt kiminsə yanında başıaşağı olmayıb. Əksinə, həmişə başını uca tutub...

Sonralar o, mətbuat sahəsinə qədəm basıb. Bir-birindən gözəl zarisovkalar, oçerklər, yumoristik yazılar, müsahibələr, bədii-publisist və elmi-metodik məqalələr qələmə alıb. Hər birini də oxucular çox böyük həvəslə izləyiblər. O, mətbuatda müxbir, xüsusi müxbir, şöbə müdiri, məsul katib, redaktor müavini vəzifəsinə qədər yüksəlib. Amma onun üçün ən böyük vəzifə, ən böyük şərəf istedadlı və iti qələm sahibi olması idi...

Zarafat deyil, 50 il Azərbaycan mətbuatında bir-birindən gözəl və rəngarəng yazılar qələmə alıb. İndiyədək onun 15 kitabı, 5 povesti işıq üzü görüb. Bu kitablarda vətən uğrunda döyüşən, şəhid olan igidlərin obrazı yaradılıb, qaçqın və köçkünlərin əzablı və əziyyətli, iztirablı həyatı təsvir edilib. Onun "Səni harada axtarıram”, "Sənsiz...səninlə”, "Gecə yaman uzunmuş”, "Mən səndən ayrılmazdım”, "Azərbaycan muğamatı şagirdlərin vətənpərvərlik məktəbidir”, "Burdan bir atlı keçdi”, "Orta məktəblərdə musiqi dərsləri”, "Ömürdən o üzə uzanan yollar”, "Nəğmələrə dönən lal haraylar”, "Ötən günlərimdən yadda qalan məqamlar” kitabları oxucular tərəfindən böyük sevgiylə, məhəbbətlə qarşılanıb.

Allah-Təala yazıçı-publisist Qorxmaz Abdullanı çox istəyir. Ona görə ki, Ulu Yaradan Qorxmaza üç istedad bəxş edib: xanəndəlik, yazıçı-publisistlik və bir də pedaqoqluq! Bu üç sənətin hər biri onu zaman-zaman üzü işığa, üzü üfüqə və üzü günəşə sarı aparıb. Onun çox gözəl və qeyri-adi məlahətli səsi var. Bu da təsadüfi deyil. Çünki Qorxmaz Abdulla Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində oxuyub. Onun şirin səsi Qubadlıda, Zəngilanda, Füzulidə, Cəbrayılda çoxlarının yadında qalıb.

İlk baxışdan adama elə gəlir ki, Qorxmaz Abdulla çox qaraqabaq, qanıacı və adama yovuşmaz insandı. Ancaq elə ki, bu ziyalı, bu insanla çox yox, yarım saat söhbət edirsən, görürsən ki, onun içi necə işıqla doludur, onun varlığı yumordan və şirinlikdən yoğrulub. Bax, belə insanlarla hara desən getmək olar. Dostluq da eləmək olar, duz-çörək də kəsmək olar...

Qorxmaz Abdulla 35 il qüsursuz olaraq dövlət qulluğunda çalışıb. Müxtəlif fəxri fərmanlar və təşəkkürnamələr alıb. Və onunu üçün ən böyük mükafat yazıçı-publisist kimi qiymətləndirilməyidir. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Araz” ədəbi, "Qızıl qələm”, "Həsən bəy Zərdabi”, "Şərəf” ali media mükafatlarının laureatıdır və Prezident təqaüdçüsü olub.

Bu adam nə qədər istedadlıdırsa, nə qədər qabiliyyətlidirsə, bir o qədər sadə və səmimidir. Dağ boyda vətənindən didərgin düşüb – Cəbrayılı itirib... doğma kəndini itirib... dədə-baba torpağını itirib... Amma bu dərdi, bu kədəri heç vaxt qabartmayıb, yurd həsrətini də, vətən dərdini də elə içində çəkər və dərdini həmişə gizlədər. Mən dərdini gizlədən adamları qürurlu görmüşəm... vüqarlı görmüşəm... heç kimə əyilmədiyini görmüşəm... Elə uca dağ kimi, uca çinar kimi dayanıb o dərdin qabağında tərpənmir ki, tərpənmir. Və bu dərdli adamlar öz içindəki kədəri, ağrı-acını heç vaxt Qorxmaz Abdulla kimi başqasına ötürmür. Əksinə, onlar başqasına sevgi verir, gülüş bəxş edir və onlara qəlbinin işığını ərməğan edir.

Qorxmaz Abdulla, 80 yaşın mübarək! Ay dərdini gizlədən adam, gün o gün olsun ki, bu ağır dərddən çıxasan, 85-i, 90-nı doğma kəndində, doğma Cəbrayılında qeyd edəsən və səni sevənlər də yığışa masanın ətrafına. Tut arağını demirəm, elə Cəbrayılın buz bulağından su içib sənə can sağlığı arzulayalar. Bir daha 80 yaşın mübarək, qardaş!



İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK