ANA SƏHİFƏ / HÜQUQ

Bir sıra cinayətlərin də dekriminallaşdırılması təklif edilir - AÇIQLAMA

17979    |   2020-04-20 19:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.

Bu barədəOxu.Az-a məlumat verən komitəüzvü Kamal Cəfərov bildirib ki, iclasda Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cəzaların dekriminallaşdırılması ilə bağlı təqdim edilən layihə ikinci oxunuşda müzakirəyə çıxarılıb.

İclasda deputatların səsləndirdiyi təkliflər müzakirə olunub.

Deputat bildirib ki, komitə iclasında başqa maddələrin də dekriminallaşdırıla biləcəyi fikri irəli sürülüb.

"Bir sıra fikirlər də mövcud idi ki, bəzi məsələlərlə bağlı humanistləşdirmə tez ola bilər. Ümumi rəy ondan ibarətdir ki, cənab Prezident tərəfindən indiki mərhələdə belə bir layihənin təqdim edilməsi xüsusi əhəmiyyətə malikdir”, - deyə K.Cəfərov əlavə edib.

Deputat qeyd edib ki, bu layihənin qəbulu, tətbiqi nəticəsində minlərlə şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi və ya cəzasının yüngülləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təklif olunub.

Layihədə 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur. Həmçinin, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır.

Üç cinayətə görə zərər çəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərtilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunur.

30 cinayətə görə sanksiyalara azadlıqdan məhrumetməyə alternativ cəzalar - cərimə, islah işləri və azadlığın məhdudlaşdırılmasıdaxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

Eyni zamanda, hərbi xidmət əleyhinə olan cinayətlərə görə inzibati məsuliyyət müəyyən olunur. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni – "hərbi xidmət əleyhinə olan inzibati xətalar” adlı fəsilin əlavə olunması təklif edilir.



İmza:

“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ

Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb - RƏSMİ

Azərbaycan məhkəmələri xaricdəki mülkləri müsadirə edə biləcək

Oğuzda 13 yaşlı şəxsin meyiti çaydan tapılıb - RƏSMİ

Baş Prokurorluq Goranboydakı hadisə ilə bağlı xəbərdarlıq etdi

Prokurorluq işçilərinə “Əməkdar hüquqşünas” fəxri adı verildi - SƏRƏNCAM

Baş Prokurorun yeni müavinləri - ADLAR

Mingəçevirdə qadının qətli ilə bağlı cinayət işi başlandı - RƏSMİ

İnsan alverindən zərər çəkmiş əcnəbilərin qeydiyyatının aparılması proseduru müəyyən edilib

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Gədəbəy və Samux rayonlarına prokuror təyin olundu

Dövlət Təhlükəsizliyi Xidməti sisteminə işə götürülən işçilərin ştat sayı həddinə dəyişiklik təsdiqləndi - FƏRMAN

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK