hacklink Adalet.az | BƏHANƏ Adalet.az | BƏHANƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BƏHANƏ

28567    |   2007-05-05 06:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təxminən 20 il əvvəl Amerikada Tom Klensi adlı bir yazarın "Qırmızı oktyabr" əsəri bestseller elan olundu. Əsərin qısa məzmunu belə idi ki, "Müsəlman qardaşlar" adlı terrorçu qruplaşma Sovet hökumətinin bütün neftçıxarma komplekslərini məhv edir. Neftsiz qalan Sovet İttifaqı İran körfəzi zonasındakı enerji mənbələrini ələ keçirmək üçün qoşununu ora yeridir. Ancaq region çox təbii ki, NATO-nun sayıq nəzarəti altındadır. Və bura gücü çatmayan sovetlər zərbəni başqa istiqamətə yönəldirlər, nəticədə bütün dünyada müharibə başlayır... Məlum məsələdir ki, o vaxt dünya iki qütblü idi. Bu əsərin yazılmasının, reklam olunub yayılmasının bir səbəbi var idi - ideoloji təxribat. Birtərəfli olsa da, həqiqətdən uzaq deyildi. Yüz ildən artıq bir dövr ərzində Şərq ölkələri yağlı tikə kimi gah bu, gah da digər super dövlətin maraq və nəzarət dairəsinə keçirdi. 20 il əvvəl Sovet hökuməti sağ-salamat idi. Onun bir çırtma ilə dağılacağına kimsə inanmırdı, amma əsas bu deyil. 20 il əvvəl yazılmış bu kitabda amerkalı yazar III Dünya müharibəsinin bu dəfə İslam terrorizmi bəhanəsi ilə başlayacağını iddia edir. Deməli, 1945-ci ildən üzü bu yana Amerika və Avropada yeni dünya savaşının Şərqdə gedəcəyinə dair planlar hazırlanır. Və bu gün görə bildiyimiz və bilmədiyimiz bütün olaylar həmin planın uyğulanmasından başqa bir şey deyil.
   
   Amerikanın əsas düşməni sıradan çıxandan sonra hədəf kim oldu? Dünənki müttəfiqi Türkiyə. Cəhalət girdabında boğulan ərəb ölkələrindən fərqli olaraq Türkiyə Cümhuriyyəti onu qurub-yaratmış insanın iradəsi və qanunları ilə yönətilir. Burda birdən-birə İslam inqilabı ideyasını kütlələrə yedirtmək çətin bir iş olduğundan hər şey yavaş-yavaş başladı. Əvvəl çoxpartiyalı sistemin özülü qoyuldu. Ölkə çalxalandı, ordu hərəkətə gəldi, baş nazir Adnan Menderesi asdılar. Sonra 70-ci illər, ortaya sağçı-solçu söhbəti atıldı - 5 min adam öldü, hamısı gənclər. Həbsxanalara düşənlərdən, ölkədən baş götürüb gedənlərdən danışmıram. Yenə ordu hərəkətə gəldi, yeni hərbi çevriliş, yenə ölkəyə xunta damğası. İndi siyasi səhnədə rol oynayan siyasətçilərin böyük əksəriyyəti həmin o solçu-sağçı savaşının şinelindən çıxmış insanlardır. Və o fəlakəti yaxşı xatırlayırlar. Yaxşı xatırladıqlarından da ölkənin yeni bir fəlakətə sürüklənəcəyindən əndişəlidirlər.
   
   Qərblilər isə Şərqdə öz planlarını yürütməkdədirlər...
   
   ***
   
   
   
   1952-ci ildə Misirdə zabitlərin kralı devirib hakimiyyətə gəlməsi ölkənin yeni bir yola qədəm qoyması idi. Camal Əbdül Nasirin dinçi qruplaşmalara münasibəti ziddiyyətli idi - bəzi hallarda onlardan istifadə edir, bəzi hallarda isə onları tamamilə inkar edirdi . Nəticədə dəfələrlə bu qruplar sui-qəsdlər və çevriliş cəhdlərində iştirakçı oldular. Nasirin nisbətən müstəqil siyasətə meyl etməsi, ruslarla yaxınlaşması Qərbi və Amerikanı narahat edirdi. Hakimiyyəti qorxutmaq üçün ən gözəl vasitə Camal Əbdül Nasirə kafir damğasının vurulması və insanların dini heysiyyat hisslərinin qabardılması idi. İnqilabdan həmən sonra Nasirlə görüşən dini liderlər ondan İslam dövlətinin yaradılmasını, Qur?anda yazılanları həyata keçirməyi tələb etmişdilər. Nasirin cavabı isə belə olmuşdu: "23 iyul inqilabı sosial istismara, siyasi despotizmə və Britaniya imperializminə qarşı yönəlib. Demək, inqilab Qur?anda yazılanları həyata keçirir!" Nasir üləmaları, dini tədris ocaqlarını, məscidləri, təbliğat mərkəzlərini dövlət aparatına tabe etdi. Hətta cümə xütbələrində oxunan vəzlərin mətninə senzor baxırmış. C.Ə.Nasirin ayrı çarəsi yox idi. Ölkənin tərəqqisindən qorxuya düşən imperialist qüvvələr İslam faktorundan istədikləri kimi istifadə edirdilər. Əhalinin böyük əksəriyyəti hətta yazmağı-oxumağı bacarmayan bir ölkədə təbii ki, hər bir yeniliyə nə ad desən vermək olardı və Nasir də bəzən güzəştə getməli olurdu. Hər halda xarakter etibarilə mürəkkəb və qətiyyətli bu şəxs böyük dövlətlərin maraqlarına uyğun gəlmədi (deyilənlərə görə, Nasirin ölümünü tezləşdirdilər). 1970-ci ildə onun yerinə hakimiyyətə gələn Ənvər Sadat da basqı altında idi. Dinçilərin birbaşa təsiri ilə Nasirçilər dövlət aparatından, universitetlərdən qovuldular. Hər yerdə İslami qayda-qanunlar yürüdülməyə başladı. Tələbə yeməkxanasındakı menyüdan tutmuş oxunan kitablara qədər, dərslərə qədər hər şey islamçıların nəzarətinə keçdi. Dini məzmun daşımayan bayramlar, bayramların musiqi ilə müşayiət olunmasına qadağa qoyuldu. Razılaşmayanlarla zor dilində danışmağa başladılar. Amma görünür Ənvər Sadat da Amerikanı nəyləsə qane etmədi. 1981-ci ilin oktyabrında hərbi paradda islamçı "Əl-Cihad" qrupunun üzvləri Ənvər Sadatı öldürdülər. Yerinə gələn çox islah olduğundan hələ də orda oturub.
   
   Çoxları fikirləşir ki, Səudiyyə Ərəbistanı sırf din, şəriət qanunları ilə idarə olunur. Təbii ki, hakimiyyət bu faktordan geniş istifadə edir. Amma hətta bu ölkədə də dövlətə müxalif radikal islamçı qruplaşmalar mövcuddur. Və yeri gələndə Amerika bu kartı öz xeyrinə işlədə bilir. 70-ci illərin sonlarında Səudiyyədə bir çox sensasion hadisələr baş verdi. 1964-cü ildən taxta çıxmış kral Feysal ölkəni modernləşdirmək üçün islahatlara başladı. Sosial sığorta, torpaqların bölünməsi, bədəvi ərəblərin oturaq həyata keçirilməsi, sosial təminat haqqında qanunlar imzalandı. Maarif və səhiyyə sisteminə ayrılan vəsait artırıldı, qız məktəbləri açıldı, qadınların ictimai həyata cəlb edilməsi prosesi başlandı. Kral Feysalın vaxtında ölkədə ilk kinoteatrlar və televiziya açıldı. Hətta bu azacıq, qısıtlı yeniliklər də radikal dairələri qəzəbləndirdi. Məktəbə gedən qızları fanatiklərin hərəkətindən qorumaq üçün polisin gücündən istifadə etmək məcburiyyətində qaldılar. 1965-ci ildə krala sui-qəsd olundu, qəsdçilər onun yenilikçiliyini İslama qəsd kimi qiymətləndirirdilər. 1975-ci ildə kral öldürüldü. Ən qəribəsi isə 1979-cu ilin noyabrında oldu. Bir qrup islamçı terrorist Kəbəni tutdu və hökumət qüvvələri ilə qarşıdurma yarandı. Ölkənin başqa yerlərində də islamçı şüarlarla antidövlət çıxışlar başlandı. Təsəvvür edin, rəsmi ideologiyası din olan dövlətdə antidövlət çıxışlar. İslahat edib Amerikanı qıcıqlandırmaq olmaz! Tərəqqi etmək ancaq onlara xas məziyyətdi. Yaxın Şərqdə bütün ölkələrin son tarixində (Tunis, Əlcəzair, Livan, İraq, Suriya və başqalarında) bu və ya digər şəkildə belə hadisələr təkrarlanıb. Cahil insanların dinindən özlərinə qarşı gözəl istifadə edirlər. İslam inqilabı edirlər, qaytarırlar geriyə, əvvəl əba, çadra geyindirirlər, sonra adını islamçı terrorist qoyub başına bomba geyindirirlər. Bundan da gözəl siyasət düşünmək olmaz. İran göz qabağındadır!
   
   
   
   ***
   
   1923-cü ildə Atatürk cümhuriyyəti elan edəndə eyni problemlərlə üz-üzə idi. Bir tərəfdən ölkəni işğaldan qurtarmaq, digər tərəfdən şüurlarda inqilab yaratmaq zorunda idi. Səltənət çökmüş, sonuncu sultan Vəhdəddin ingilislərin yardımı ilə ölkədən qaçmışdı. Atatürk "Hakimiyyət qeydsiz-şərtsiz millətindir" demişdi. Xilafətin sonuncu dayağı Osmanlı imperatorluğu olduğu üçün sultan həm də xəlifə sayılırdı. İngilislər "müsəlmanları çox sevdiklərindən" onları xəlifəsiz qoya bilməzdilər, narahatlıqlarını dilə gətirirdilər. Böyük Millət Məclisi şahzadələr arasında səsvermə yolu ilə yeni xəlifə seçdi. Amerika yeni xəlifəni təbrik etdi, ingilislər susdular, fransızlar "yerində bir qərar" dedilər. Bu arada hər bir müstəmləkəçi dövlət öz müsəlmanlarının içində xəlifəliyə namizədlər axtarmağa başladı. İngilislərin öz xəlifə namizədi, fransız və italyanların öz namizədi, hətta rəsmi ideologiyası allahsızlıq olan rusların da burda öz maraqları var idi. Ərazilərində nə qədər müsəlman yaşayır, onlar da bir tərəfdir. Bu intriqalar Mustafa Kamalı bezdirdi - varsa, yoxsa xəlifəlik sorunu. Vəhdəddin, Hicaz kralı Hüseyn və hətta Misir kralı Fuad, hamısının da arxasında ingilis barmağı. Bütün bunlar gənc cümhuriyyətin canını sıxmaqda idi. Xarici ölkələr guya xəlifəni dövlət başçısı kimi qəbul etdiklərindən Mustafa Kamalın kadrlarına sayğısız yanaşırlar. Londondan gəlmiş elçi ilk olaraq xəlifə ilə görüşmək istəyini bildirir. Böyük Britaniya ərazisində yaşayan müsəlmanların xəlifəyə olan ilgisi baxımından. Fikir verirsinizmi, ingilislər müsəlmanların xətrini necə əziz tuturlar? Hələ İstanbulda Vatikansayağı "dövlət içində dövlət" kimi bir şey də görmək arzusundadırlar. Çox qəribədi, bir tərəfdən xəlifənin oturduğu İstanbulu "panislamizmin intriqa mərkəzi" adlandırırlar, bir tərəfdən də həmin mərkəzi hər vəchlə qorumağa çalışırlar. Demək, məsələ nədir? Bəhanə!!! Dağıtmağa bəhanə...
   
   1924-cü ildə xəlifəlik qaldırıldıqdan sonra İsveçrəyə mühacirət etmiş sonuncu xəlifə Əbdülməcid əfəndi İslam dünyasını bir araya toplamaq həvəsilə "Dailu Teleqraph" qəzetində müsəlmanlara çağırış ünvanlayır. Həmin vaxt isə dünya müsəlmanlarının artıq hərəsinin öz xəlifə namizədi var. Dünya müsəlmanlarına "pədəranə salamlar" göndərən xəlifənin təklifinə İslam dünyası səssiz qaldı. Ərəblər deyirdilər ki, Həzrəti Məhəmməd ərəbdi, Qur?an ərəbcədi, xəlifə də ərəb olmalıdır. Burda bir millətçilik söhbəti vardı. Ərəblər belə deyirdisə, başqa müsəlmanların da öz iddiaları olacaqdı. Halbuki klassik İslamda millət yox, ümmət faktoru var. İngilislərin bu məsələdə canfəşanlığını anlamaq olar. Onlar müsəlmanları bir dirijor çubuğunun altına toplayıb rahat idarə eləmək istəyindəydilər. Atatürk bu girişimlərin qarşısını aldı.
   
   O dövrün qəzet materiallarına, diplomatik yazışmalara nəzər salsanız qəribə mənzərənin şahidi olacaqsınız. Avropa qəzetləri, siyasi xadimləri vay-şivən qaldırırlar ki, ay aman qoymayın, İslam dini əldən getdi, müsəlmanların hüquqları tapdandı. Xeyir ola? Millətlərin ulus ideyasına qayıtması, milli hisslərin oyanması onları qorxudur. Cahil insanları otarmaq rahatdı axı. Atatürkün sağlığında kimsə Türkiyəyə əl uzada bilmədi. Əksinə, onun şəxsiyyəti bir çox Üçüncü Dünya (oxu, məzlum dünya) ölkələrindəki devrimlərə nümunə oldu. Hindistanda milli oyanışın lideri sayılan Mahatma Qandi də Atatürkdən çox təsirlənmişdi. Və təbii idi ki, Hindistana böyük xidmət etmiş bu insanı ingilislər müsəlmanların əli ilə öldürtdülər.
   
   Türklər 400 il İslamın qılıncını daşıdılar. Bu yolda can verdilər, qan tökdülər, kim təşəkkür etdi? İngilis təyyarələri türk ordusunu bombalayanda ərəblər arxadan kürəklərinə xəncər sapladılar. Budurmu ümumi məqsəd, amal, ideya?
   
   Artıq çağ dəyişib. Tarix ulusal müstəqilliyə doğru yol gedir. Toplumların əsl mənfəətləri müstəqilliklərini qura bilmələrindədir. Bu savaşın məramı geriyə deyil, irəliyə baxmaqdır. Daşıdığımız boyunduruğu din pərdəsi ilə unutdurmaq istəyirlər. Dünya xəritəsinə baxaq və düşünək - yer üzündə neçə müstəqil islam dövləti var? ?erçək anlamda neçəsi? Nədən asiyalı və afrikalı məzlum millətlər hələ də Amerika və Avropanın boyunduruğu altındadırlar. Bu barədə düşünmək lazımdır. Düşünmək lazımdır ki, şərəf və ləyaqətimiz nə zaman tapdalanır? Avropalılar bayrağımızı ayaq altına salıb cıranda, yoxsa bir yazıçı öz fikirlərini yazanda? Biz geriyə dönüb ah-vay elədikcə qərblilər öz planlarını yürütməkdədirlər. Tərəqqi edən, müstəqil siyasət aparmaq istəyən ölkələrə İslam inqilabı ixrac olunur. Əba, çadra geyindirirlər, sonra da "baxın, bunlar necə vəhşidir" deyib başına bomba geyindirirlər. Siyasət budur. "Kommunizm ideyası" ortadan qalxandan sonra Üçüncü Dünya Müharibəsinin başlanması üçün bəhanə artıq hazırdır - İSLAM! 20 il əvvəl Tom Klensinin bestseller olmuş kitabı da bu hazırlığın tərkib hissəsi idi. Bütün dünyada mövcud islamçı terrorist qruplaşmalar da bu planın tərkib hissəsidir. Bu günün çağdaş Türkiyəsində baş verənlər də həmin plana aiddir. Ölkənin bütövlüyü təhlükə altındaykən, hər gün PKK ilə savaşda neçə-neçə şəhidlər verərkən belə bir krizis yaratmaq kimin xeyrinədir? Fikir verin, yenə Amerika və Avropa vay-şivən salıb "demokratiya əldən getdi" deyirlər. Son söz yenə Atatürkün yaratdığı toplumun iradəsidir.
   
   Orda olub-bitənlər də mənimçün bəhanə oldu bu yazını yazmağa. Bəhanə tapmağa nə var? ə


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK