ANA SƏHİFƏ / SİYASƏT

Aqil Abbas: “Balığı at dəryaya, heç Allah da bilməsin..."

6591    |   2020-04-15 12:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər xüsusi karantin rejimi ilə əlaqədar bəzi dövlət qurumları və imkanlı şəxslər, özəl təşkilatlar aztəminatlı ailələrə, 65 yaşdan yuxarı ahıllara ərzaq yardımı göstərməkdədir. Edilən yardımlar isə həm sosial şəbəkələrdə, həm də mətbuatda fotoşəkillər və videogörüntülərlə davamlı olaraq yayımlanır.


Yardım aksiyalarının bu şəkildə təqdim olunması isə birmənalı qarşılanmır. Bəziləri "sağ əlin verdiyini sol əl bilməməlidir” deyərək, xeyirxahlığın, xeyriyyə işlərinin reklam olunmasının əleyhinədirlər.

Bununla razılaşmayıb xeyirxahlıq edənlərin tanıdılmasına tərəfdar olanlar da var.

Bu müzakirələrə ehtiyac varmı, "sağ əlin verdiyini sol əl bilməməlidir” məsəli hazırkı şəraitdə nə dərəcədə keçərlidir? Yəni edilən yaxşılıqlar reklam olunmalıdırmı?Modern.az–ın əməkdaşı bu suallara cavab istəyib.

Deputat Aqil Abbasdeyir ki, bəzi adamlar göstərdiyi yardımı ona görə nümayiş etdirir ki, kütlə onu qınamasın:


"Burda pis bir şey yoxdur. Yardımı açıq şəkildə edənlər onu demək istəyir ki, "biz etdik, siz də edin”. Yəni bu məsələyə pis baxmaq lazım deyil. Düzdür, dində var ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Amma onu da deyim ki, bəzi adamlar məcbur qalıb, göstərdiyi yardımı reklam edir. Yəni bəzən elə olur ki, insanlar tanımadığı hansısa məmuru, ya deputatı tənqid edib deyir ki, filankəsin imkanı var, amma kiməsə yardım etmir. Ona görə də bəzi şəxslər məcbur qalıb etdiyi yaxşılığı göz önünə gətirir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilməsin. Kimsə yaxşılıq edirsə, onu yüksək qiymətləndirmək lazımdır, çünki onlar əziyyət çəkir, ehtiyacı olanı axtarır, tapır və yardım göstərir. Buna görə də etdiyi yardımı göz önünə gətirdi deyə, o adamları qınamaq olmaz.

Alman filosofu Şopenhauer "eqoist kimdir” sualına bu cür cavab verir: Birincisini demirəm, ikincisi odur ki, bu qrupda olan şəxslər insanlara nümayişkarcasına yaxşılıq edir və istəyir ki, toplum desin ki, bu adam yaxşı biridir. Üçüncü növ eqoistlər o kəslərdir ki, yaxşılıq edir, amma yardım göstərdikləri adam həmin şəxsin kimliyini bilmir və beləliklə, yardım edən adam bu gizlilikdən zövq alır. Şopenhauer deyir ki, bu - üçüncü növ dünyanın ən gözəl eqoizmidir. Mən o vaxtlar gənc olanda Şopenhaueri oxumayanda bizdə bir məsəl var onu eşitmişdim. Məsəl belə idi: "Balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər”. Əslində burada balığı dəryaya atan Allaha bir minnət qoyur. Ay Allah, gördün də mən balığı dəryaya atdım, Sən də əvəzin ver.

Nədənsə bu mənim xoşuma gəlmirdi. Ona görə də mən bu ifadəni başqa cürə yazırdım: "Balığı at dəryaya, heç Allah da bilməsin, özün ki bilirsən”.

Yəni əsas odur ki, yaxşılıq et, insanlar bilməsə də özün ki bilirsən.




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Putin finlandiyalı həmkarı ilə koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə edib

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: "Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı..."

Könül Nurullayeva: "Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı..."

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir

Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK