ANA SƏHİFƏ / SİYASƏT

Vüqar Bayramov: Dövlət dəstəyindən 290 mindən çox yaxın mikro və fərdi sahibkar faydalanacaq

11851    |   2020-03-31 20:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirusun Azərbaycan iqtisadiyyatına və sahibkarlara təsirinin minimumlaşdırılması ilə bağlı yaradılmış İşçi Qrupu tərəfindən 9 proqram hazırlanır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu proqramlar koronavirusun sahibkarlara və eləcə də sahibkarlıq subyektlərində çalışan vətəndaşlara təsirlərini azaltmaq məqsədi daşıyır.:

"İşçi Qrupu tərəfindən koronavirusun iqtisadiyyata təsirləri qiymətləndirilib. Qiymətləndirməyə görə, 4 əsas sektor və 20 fəaliyyət sahəsi üzrə koronavirusun təsirləri var. Bu təsirlərin azaldılması üçün konkret proqram təklif olunur. Nəzərə alsaq ki, sahibkarlara, eləcə də muzdla çalışan sektorlar üzrə ayrılan vəsaitin həcmi 1 milyard manatdan 2,5 milyard manatadək artırılıb. Ayrılmış vəsait ümumi daxili məhsulun 3 faizi deməkdir. Bu, MDB ölkələri arasında ən yüksək göstərici hesab olunur”.

Deputat bildirib ki, hökumətin həyata keçirdiyi siyasət sahibkarlara və vətəndaşlara dəymiş ziyanların azaldılmasını nəzərdə tutur:

"Bu baxımdan da sektorial yanaşma tətbiq olunub və bəzi fəaliyyət sahələrində dəymiş ziyanın tam kompensasiyası, nisbətən az təsiri olan fəaliyyət sahələrində bütövlükdə 70 faizlik kompensasiyanın həyat keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, mikro sahibkarlara, yəni VÖEN-lə fəaliyyət göstərən vətəndaşlara da kompensasiya və birbaşa yardım həyata keçiriləcək. Azərbaycanda 1 milyon 555 min muzdlu işçinin 915 mini məhz dövlət və neft sektorunda çalışır. Onlar məzuniyyətə göndərilsə də, əməkhaqları ödənilir, 640 min muzdlu işçi isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Bu işçilər üçün də birbaşa dəstək mexanizmi reallaşacaq. Mikro sahibkar kimi fəaliyyət göstərən 290 min vətəndaş da dövlət dəstəyi alacaq. Proqramlardan biri kreditlər üzrə kompensasiya və kredit öhdəlikləri ilə bağlı olacaq. Bu istiqamətə 1 milyard manatın ayrılması nəzərdə tutulub. Burada həm də faizlərin subsidiyalaşması həyata keçiriləcək. Nəzərə alsaq ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən subsidiya mexanizmi tətbiq olunacaq və Sahibkarlığın İnkişafı Fondu tərəfindən də dəstək göstəriləcək. Bu, biznes və maliyyə qrupu tərəfindən təklif hazırlandıqdan sonra istehlak kreditləşməsi üzrə dövlət dəstəyinin gücləndirilməsinə imkan verəcək. Bütövlükdə, bu gün həyata keçirilən siyasətin hədəfi də ondan ibarətdir ki, özəl sektorda çalışanların sosial təminatının gücləndirilməsi ilə bağlı tədbirlər davam etdirilsin, koronavirusun onların sosial vəziyyətinə təsirləri minimumlaşdırılsın. Eyni zamanda, çalışmayan vətəndaşlar üçün dəstək mexanizminin gücləndirilməsi də nəzərdə tutulub. Dünya və ölkəmiz üçün iqtisadi baxımdan ağır bir dövrdə dövlət birbaşa vətəndaşlarına dəstək nümayiş etdirəcək”.




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: "Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı..."

Könül Nurullayeva: "Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı..."

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir

Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Dağlıq Qarabağda keçirilmiş saxta "seçkilər"lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb

“The Jerusalem Post” qəzeti Azərbaycan müxalifətində yaşanan gey qalmaqalından yazır

SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK