warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | SAKİT MÖVSÜM Adalet.az | SAKİT MÖVSÜM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SAKİT MÖVSÜM

27091    |   2007-01-20 03:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər tez-tez iki məşhur sovet filmini xatırlayıram. Bir "Ələddinin sehrli çırağı"nı, bir də Donatas Banionis və Rolan Bıkovun baş rolda çəkildikləri "Sakit mövsüm" ("Myortvıy sezon") filmlərini. Hər halda nə qədər yamanlasaq da, nə qədər deyinib-danışsaq da bizim ümumi tariximiz olub. O vaxt çəkilən filmlər də ümumi tariximizin mənzərəsini verirdi. Baxmayaraq ki, "Ələddinin sehrli çırağı" nağıl əsasında ssenariləşmişdi, yenə də bizə aid idi. Və çox böyük ustalıq, sənətkarlıqla çəkildiyindən hər zaman müasirdir. Gələk əsas məsələyə. Niyə bu filmləri xatırladım? Bilirsiniz ki, axır vaxtlar əsgərlərimiz tez-tez azırlar (?!) və azıb ermənilərə əsir düşürlər. "Qırmızı Xaç" da canfəşanlıqla ağappaq maşınlarını bizim tozlu-torpaqlı yollarımızda çirkləndirirlər. Zəhmət çəkirlər, yorulurlar, əsirlərlə görüşürlər, səhhəti haqqında məlumat verirlər. Lap axırda da götürüb gəlirlər, təhvil verirlər bizə. Bu təhvil-təslim prosesi necə olur, bilmirəm, bizə göstərmirlər. Mən təxminən belə bir mənzərə canlandırıram göz önündə":: "Sakit mövsüm" filmində olduğu kimi - sərhəd, neytral zona, hər iki tərəfdə maşınlar dayanıb, hər iki tərəfdə gözü eynəkli, uzun plaşlı, başı şlyapalı day-daylar. Yolla iki nəfər aram-aram bir-birinə doğru addımlayır. Yaxınlaşıb bir-birinə çatanda azacıq pauza, mənalı baxışma və yola davam. Stop!!! Olmadı! Kadr alınmadı! Bizim olayda məsələ birtərəflidi. Biz dəyiş-düyüş eləmirik, biz yolundan azanları geri qaytarırıq. Hər halda bizə belə deyirlər. Action janrında gözəl bir süjet alına bilərdi. Əgər bu hadisələrin sayı artırsa, erməni tərəfi ilə danışıb ordan da bir-iki adamı azdırmaq olar, görüntü tamamlanır. Gələcəkdə biz də "Sakit mövsüm" kimi bir film çəkə bilərik. Filmi də tapşırmaq olar tamaşaçıların hayıl-mayıl olub baxdığı "Yoxlama" filminin dahi rejissoruna. Ad da fikirləşmişəm - "Azdırma". Bu böyük insan hər şeyi çəhrayı rənglərdə gördüyü və beynəlmiləlçi olduğuyçun filmin gözəl sonluğu olacaq. "Hər iki tərəfin azmışları, xalqlar arasında dostluq yaratmaq üçün o tərəf-bu tərəfə keçirmiş" deyiləcək və mahnı oxuyacaqlar":: " V Kafkaze vsyo spokoyno, spokoyno, spokoyno!" Yəqin ki, xatırladınız - "Ələddinin sehrli çırağı" filmində "V Baqdade vsyo spokoyno" deyirdilər. Bu gün xaraba qalmış Bağdada və yerlə-yeksan olmuş İraqa baxanda bu filmi və bu mahnını xatırlamalı oluram. Əgər məqsəd diktatorun və onun yaxın ətrafının məhviydisə, bunun üçün humanist və demokrat Amerikanın çox vasitələri vardı. Demək, məsələ Səddamda deyilmiş. Məsələ Bağdadı "spokoyno" eləmək (oxu - ram, qul eləmək) imiş. İndi bizim mətbuatda da çox mübahisələr gedir - biri deyir yaxşı olub diktatoru asıblar, o biri deyir Səddam müqəddəs şəxsiyyətdi. Özünü asan uşaqlar da peyda olub. Əslində Səddam Avropadan və Amerikadan nə az, nə də çox diktator idi. Elədikləri də bir ölkə ilə çərçivələnirdi. Hər hansı bir şəxsin zülmü böyük-böyük ölkələrin zülmündən çox ola bilməz ki... Tarix boyu belə şəxslər də, ölkələr də olub. Sadəcə o vaxtlar kütləvi informasiya vasitələri olmadığından belə kütləvi psixozlar da olmayıb. Həm də dünyanın bir qütblü olması Amerikanın əl-qolunu açdığından kimə nə istəsə yedirdir. SSRİ-nin dünyanın siyasi xəritəsindən silinməyi, Rusiyanın da zəif düşməsi o biri tərəfin çox xeyrinə oldu. Rusiya demişkən - indi bu ölkə öz caynaqlarını ancaq bizim kimi balaca ölkələrə ilişdirməklə ürəyini soyudur. Hətta Allahın Estoniyasına da gücü çatmır. Yəqin ki, yaxın günlərdə keçmiş kiçik qardaşlarını avtobus və təyyarələrə doldurub tökəcəklər, boşaldacaqlar sərhədlərə. Yəni deportasiya! Birtərəfli! "Sakit mövsüm" filminin finalı yenə alınmır. Postsovet məkanı ölkələrindəki ruslardan danışmağa dəyməz - çoxu köçüb gedib, qalanlar da yetim-yesir, kasıb-kusubdur. Amma nədənsə burda rusdan daha artıq rus olanların sayı günü-gündən çoxalır. Adı, soyadı bizə aid bu kimsələrin düşüncəsi onlara, ruslara aiddir. Bəlkə biz də onları deportasiya edək Rusiyaya? Başımıza bəla olublar, onların əlindən heç yerdə nicat yoxdur. Hansı böyük kabinetin qapısını döyürsən, qarşına bir rusbaşlı çıxır. Yox, onda da hökumət krizisi olar. Mümkün deyil. Mən ha istəyirəm "Sakit mövsüm" filmindəki o gözəl finalı alındıram, olmur. Amma Rusiya belə hərəkətlərlə böyük səhv edir. Onlara bu qədər bağlı kiçik xalqları özlərindən küskün, rəncidə salmaqla nə qazanacaq? Faşizm kimə xeyir gətirib ki, içində bu qədər xalqlar yaşayan imperiyaya da nə gətirsin. Lev Qumilyov yazırdı ki, Rusiya ancaq və ancaq Avrasiya dövləti kimi yaşaya və mövcud ola bilər. Avrasiya məkanında isə türk xalqları üstünlükdədir. Güc, zor nəyi həll edəcək? Sovetin son illəri müxtəlif respublikalarda tank tırtıllarının, avtomat atəşlərinin səsiylə, cəza dəstələrinin azğınlığı ilə yadda qaldı. Amma bu, dövləti qoruyub saxlamağa yardım etmədi. Əsaslarını yalan və rüşvətxorluq dağıtmış ölkəni süngü ilə saxlamaq olmur. Öz vətəndaşlarıyla qorxu dilində danışan rejimlərin də sonu yoxdur. 20 Yanvarda Bakıda baş verənlər SSRİ tarixinin qara səhifələrindən biriydi. Necə qanla-qadayla, top-tüfənglə gəlmişdilərsə, elə də getdilər. Düzdür, böyük dövlətlərin dağılması həm də böyük faciələrdir. Ancaq siyasət nə zaman insan faktorunu nəzərə alır ki? İndi bu rus hökumətinin böyük-böyük kimsələri ən adi mətləbləri anlamaq istəmirlərsə, sadə kəndlini necə başa salmaq olar ki, Qızıl Moskva daha qızıl deyil. Və daha bizim paytaxtımız deyil. Qəribədir, 20 Yanvarda insanların içində yaranmış kin-küdurət görürsünüz nə tez unudulur? Ruslar çoxdandı öz tanklarını başqa ölkələrdə sürə bilmirlər. Ordakı bazarları xarici dövlətlərin ərazisi sayıb həmin məkanları tankla dağıtmaq olar. Bu da yenidən bizim soydaşlarımızın yaddaşını canlandırar. Şaxsey-vaxsey başlayar, ah-nalə, göz yaşları, növbətçi nitqlər (biz belə şeyləri sevirik) - sonra yenə hər şey unudulur (biz unutmağı da sevirik), yenə üzümüzü çeviririk Şimala və deyirik":: "Ay rus, sənə fəda olum!" Başqa xalqları ordan çıxarmağın yolunu ruslara göstərdim. Bazarların top-tüfənglə, tankla xışlanması. 20 Yanvarda Bakıda baş verənlərə görə kimə "gözün üstə qaşın var" dedilər ki. Eyni məsələ olacaq.
   
   20 Yanvardan danışmışkən, artıq neçə illərdir ki, yanvar ayını matəm ayı kimi qeyd edirik. Hələ mübahisələr də olur, bu təqvim günlərini milli oyanışın qələbəsi kimi, yoxsa faciə günləri kimi qeyd edək? Mənə elə gəlir ki, adını nə qoyursan-qoy,hər hansı günün mahiyyəti xalqın düşüncəsində alqılandığı kimidir. Fevralda da itki və matəm günlərini qeyd edəcəyik. İtki sözünün ağırlığını anlaya biləcəyiksə, yaşamağa, var olmağa bir o qədər şansımız olacaq. Nələri, kimləri itirdiyimizin fərqinə vara biləcəyiksə, bu boşluqları doldurmaq arzusu da olacaq. Bu savaş olmalıdır - var olmaq savaşı! Ən böyük döyüşümüz isə qarşıdadır. Yox, güman etməyin ki, Qarabağı xatırladıram. Bizim ən böyük döyüşümüz özümüzün içimizlə, itib-gedən mənəviyyatımızla, yoxa çıxan əxlaqımızla olacaq döyüşdür. Bu gözlə görünən, səngərin o tayında əli toplu-tüfəngli düşmənlə mübarizədən daha çətin olacaq. Özümüzə qalib gəlsək o biri döyüş öz-özünə həll olunacaq.
   
   İtkilərdən danışdım... Azərbaycan ədəbiyyatında bir səhifə də qapandı. Nəbi Xəzri səhifəsi. Azərbaycan dilinin saflığını qoruyan bir şair də getdi. Şairlər azalır... Əslində şairlər yox, biz azalırıq. Onlar bacardıqlarından artıq çalışdılar, sonra da bu millətdən küsüb getdilər. Həmin günlərdə televiziya və qəzetlərdə xəbərləri diqqətlə izlədim. Çox sevimli Rusiyada belə itkiləri birinci xəbər kimi deyirlər. Adlarına layiq deyirlər. Biz necə? Nəbi Xəzriyə həsr olunmuş süjetdən bir nümunə - Nəbi Xəzridən danışıb Ənvər Əlibəylinin şəklini verirlər, şerlərini təhrif eləyə-eləyə oxuyurlar və sonra da deyirlər ki, "Şairlər öz dövrlərinin epoxasını (?!) yazır". Çox böyük fəlsəfədi. Və bu fəlsəfəni efirə buraxan redaktorun əlini kəsmək lazımdır. Nazirlərdən, başçılardan, oliqarxlardan nə istəyirsiniz yazın, amma şairlər haqqında söz deyəndə fikirləşin. Onlar bizə SÖZ qoyub gediblər və bu sözləri adam dilində işlədin. Sonra da əttökən, əttökən "Allah rəhmət eləsin" deyirlər. Şairlər ölürlər? Heç görmüsünüz sevimli Rusiyada, xəbərlərdə belə şəxslər haqqında "Tsarstvie nebesnoe" sözünü işlətsinlər? Rəhməti özünüzə oxuyun. Ölüb qurtarmısınız, Fatihə verəniniz yoxdur.
   
   Mənə deyirlər ki, yazırsan, ünvan göstərmirsən. Qardaşım, ünvan necə olur? Günahkarın biri mən - yazan, biri sən - oxuyan, biri də heç nə oxumayan. Hərənin öz siyahısı var, kimi istəyir yazsın ora. Mən ünvan bürosu deyiləm. Daha vacib işlərim var.
   
   Yaza-yaza mən "Sakit mövsüm" ("Myortvıy sezon") filmindən iqtibas edərək çəkəcəyimiz "Azdırma" serialı üçün gözəl bir sonluq da fikirləşdim. Özü də israr edirəm ki, rejissorluğunu mütləq və mütləq reytinq cədvəllərini alt-üst eləmiş "Yoxlama" serialının dahi müəllifinə tapşırsınlar. Deməli, süjeti danışım sizə, siz də qiymət verin görün necədi"::
   
   Bütün mövsümləri sakit, mülayim keçən bir ölkənin nə qədər azdırılmalı vətəndaşları var. Bir seriyada müxalifəti qrant aldıqları ölkələrdə azdırırlar. Bir seriyada burdakı oliqarxlara mane olan iş adamlarını Qazaxıstan, Qırğızıstan sərhəddində azdırırlar. Bir seriyada isə (kuliminasiyaya gəlirik) ölkədə nə qədər ağıllı, savadlı, istedadlı adam var, yığıb tökürlər Xəzərdəki boş adalardan birinə ki, burdakı kütbeyinlərə mane olmasınlar. Bizdə belə ənənə 30-cu illərdən başlayıb. Həmin adalar insan sümükləri ilə doludur - heç basdırmayıblar. Ənənəni davam etdirmək olar. Sonra kosmik turizm mərkəzi ilə danışıb bəzilərini Kosmosda azdırmaq olar. Bu da maraqlı seriya olacaq. Dəyiş-düyüşü də belə eləmək olar":: Avropadan, Amerikadan bir-iki bomj (seçkilərdə göndərmişdilər ha müşahidəçilər, ondan), Qazaxıstan, Qırğızıstandan bir-iki müğənni (Aslan Hüseynov misalı), Xəzərdəki adalardan skeletlər (qorxu filmlərindəki kimi), Kosmosdan da kosmik yaratıqlar (fantastik filmlərdəki kimi).
   
   Maraqlı film alınacaq. Düzdür, janrı bir az qarışıqdır, amma keçər. Yaxşıdır, xoşuma gəldi yazdıqlarım. Ay da, İradə! Ay da su... (Ay da Puşkin, ay da sukin sın) Qədrimi bilmirsiniz. "Ələddinin sehrli çırağı"nda tərifə bir az ara verən kimi sultan hirslənir":: "A poçemu nas ne xvalyat?" Mən də soruşuram, məni niyə tərifləmirsiniz? Rus dilini bilirəm, mobil telefonum var, özüm də naxçıvanlıyam. Belə gözəl ideyalar müəllifiyəm. Həm nəzəri, həm də praktik. "Yoxlama" filminin (baş hərfləri "p", ya da "l" samitləri ilə əvəzləmək olar) dahi rejissoru üçün yeni serial mövzusu da tapdım. Maliyyəni də özü tapsın, nə çox nazirliklər. Mahnı da hazırdı":: "Sakit mövsüm ölkəsində vsyo spokoyno, spokoyno, spokoyno!"
   
   Mən ünvan bürosu deyiləm.


İmza:?rad? TUNCAY

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK