nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ Adalet.az | Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

21126    |   2020-03-06 13:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir dəfə sosial şəbəkədə təsadüfən bir sənədli filmlə rastlaşdım. "Bitməyən əzab”. Yaradıcılığım, yazı-pozum bu mövzuda olduğu üçün film diqqətimi çəkdi. Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan qadınının acı həyat hekayəsindən bəhs edən bir dərd toplusu! Nələr yox idi bu filmdə?

İlk ağlıma gələn sual bu oldu:” Belə dolğun, boyaqsız, baxımlı, yandırıcı, içimizdə bir qəzəb əmələ gətirən bu filmi kimlər araya ərsəyə gətirdilər?”

Çox axtarmağa ehtiyac qalmadı. Sənədli filminin layihə rəhbəri Radə Abbas, ssenari müəllifi və direktoru Etibar Məmmədov, redaktoru Büllur Cavadqızı, operatoru isə Ramin Şahbazovdur. Əslində elə filmə baxanda düşündüm ki. belə film yalnız müharibənin od-alovundan keçmiş bir qadının ağlına gələrdi. Yanılmamışdım, I Qarabağ müharibəsi veteranı, tibb bacısı Radə Abbas layihənin rəhbəri, ideya müəllifidir. Bir gün ona zəng edib, söhbətləşmək istədiyimi bildirdim. Razılaşdı və görüşdük:

-Radə xanım, yəqin bu da bir qismətdir ki, görüşümüz, söhbətimiz, bir-birimizi yaxından tanımaq şansımız məhz bu günə imiş. Gəlin, əvvəlcə birliyinizin yaranma tarixindən, yaranma ehtiyacından danışaq...

- Bilirsiniz, müharibə veteranlarına, xüsusən qadınlara mənəvi-sosial yardım etmək onlara dəstək olmaq ehtiyacı müharibə bitən kimi özünü biruzə verdi. Bilirik ki, kişinin yeri elə müharibədi, qovğadı, necə deyərlər, kişinin başı qalda olmalıdır. Amma belə bir qovğada qadın, ana, zərif cins çox ağır travma ala bilər. Yeri gəlmişkən, qeyri-rəsmi məlumata görə, 2500 Qarabağ veteranı qadın var. Bu rəqəmə tibb bacıları, həkimlər də daxildir. Müharibə orda olan hər kəsi yaraladı. Müharibədən sonra veteran qadınları qorumaq və hər bir sahədə onlara dəstək olmaq artıq labüdləşdi. Təşkilatımız -"Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyi belə bir ehtiyacın var olmasından yarandı, 1999-cu ildə təsis edildi. 2006-cı ildə isə dövlət qeydiyyatına alındı. Həmin ildən bəri bir çox tədbirlərimiz olub, problemlərimizi həll etməyə çalışmışıq. Və elə o zamandan birliyin üzvləri ilə əlbir olub, çalışmağa Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqları həm daxildə, həm kecmiş possovet məkanında, həm də Avropa ölkələrində təbliğ etmək, yaymaq, düşmənlərimizi tanıtmaq kimi məsuliyyəti də boynumuza aldıq.


- İndi isə məni məhvərimdən qoparan "Bitməyən əzab” film haqqında qısa bir məlumat verərdiniz...Deyilənə görə, filmin Niderlandda təqdimatı keçirilib?

-Bəli, doğrudur. Ötən ilin noyabr ayında Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaslarla əlaqədar Dövlət Komissiyasi və Azərbaycan Respublikasi Diasporla İş üzrə dövlət komitəsinin birgə təşkilatçılığı ilə baş tutan təqdimatda Azərbaycandan gələn numayəndə heyəti ilə yanaşı Belçika və Niderlandda yaşayan diaspor təşkilatinin nümayəndələri və əcnəbi qonaqlar iştirak edirdi. Filmi birliyimizin layihəsi əsasinda muharibə zamani yaşanmiş real faktlar istinadən çəkilib. Filmin nümayişindən öncə təşkilatçılar öz cixişlarinda əcnəbi qonaqlara Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalı və 1 milyondan artıq məcburi koçkünün olmasından, 4 minə yaxin soydaşımızın itkin düşməsindən danışdılar. Bu munaqişənin qurbanıolan 265 qadının aqibətindən hələ də heçbir xəbərin olmadığına diqqət çəkildi. Daha sonra tamaşaçılar erməni əsirliyində olan 70 yaşlı Azərbaycan qadınının 27 il bitməyən əzabını izlədilər. Filmdə yaşlı qadının keşməkeşli taleyi ilə paralel əsir düşən digər azərbaycanlı qadınların da həyatı əks olunub.
Əzabı bitməyən Azərbaycan qadınının əsirlik yaşamını izləyən tədbir iştirakçiları bu dəhşətli faktlarla bağlı təəssüratlarını bölüşdülər. Zalda elə bir adam yox idi ki, göz yaşlarını saxlaya bilsin. Sənədli filmin məhz Avropada təqdim olunmasında məqsəd isə Dağlıq Qarabağ münaqişəsi və bu münaqişədən əziyyət çəkən azərbaycanlıların faciəsinin beynəlxalq aləmdə tanıdılması idi.

- Siz ötən il Almaniyada da səfərdə oldunuz? Sehv etmirəmsə, tədbirinizə alternativ olaraq Almaniyada fəaliyyət göstərən "ASTA” adlı təşkilat tədbir təşkil etmişdi. "ASTA” terror təşkilatı olan "ASALA"nın bir qolu sayılır.

Almaniya səfərimdən narazı deyiləm. Biz Azərbaycan Almaniya Mədəniyyət Mərkəzi və Atatürk düşüncə mərkəzinin birlikdə təşkil etdiyi bir tədbir keçirdik. Tədbirdə Almaniyada yaşayan soydaşlarımız,Azərbaycan və Türkiyənin fəal insanları,tələbələr iştirak etdilər. Tədbir ümumilikdə pis keçmədi. Lakin, biz tədbirin keçirilməsi üçün Blifeld Universitetini nəzərdə tutmuşduq.. Bir ay əvvəldən Blifeld Universiteti ilə danışıqlar aparılmışdı. Layihə haqqında məlumat verilmişdi. Universitet rəhbərliyi də tədbirin keçirilməsi ilə razılaşmışdılar. Aprelin 22- si axşam tərəfi saat 4-də artıq mən Almanyada, Blifelddə idim. Lakin bizə elan etdilər ki, onlar tədbirin keçirilməsinə icazə vere bilməzlər. Səbəbini öyrənmək istədikdə ayın 24-ü "Erməni soyqırımı" günüdür, qarışıqlıq ola bilər dedilər. Biz də düşündük ki, müəyyən mənada haqlıdırlar, həmin günü olmasın. Ayın 24-ü səhər saat 10-dan Almaniyada təhsil alan Türkiyəli tələbələrdən "Azərbaycan Almaniya Mədəniyyət Mərkəzi”nin rəhbəri Təranə xanıma zənglər gəlməyə başladı ki, buradakı ermənilər "Erməni soyqırımı"nın tanıdılması ilə bağlı Blifeld Universitetində böyük bir tədbir təşkil ediblər. Hətta, İrəvanda qoyulmuş "Erməni soyqırımı" abidəsinin maketi düzəldilib, universitetin 2000 nəfərlik akt zalında qoyulub və o akt zalı afişalarla bəzədilib.Universitetdə təhsil alan tələbələr afişaların şəkillərini çəkərək bizə göndərdilər. Mən onları tərcümələri ilə bərabər sizə də təqdim edəcəm. Bu şəkillər afişaları və onların tərcümə olunmuş formasıdır. Ən sondakı isə keçirdikləri tədbirin proqramıdır. Görürsünüz orada HDP-nin, PKK-nın simvolu, bayrağı oradadı və nəticədə ortadadır. Beləliklə, ermənilər özlərinin "Erməni soyqırımı” tədbirlərini keçirməklə, bizim tədbirin keçirilməsinə mane oldular.


-Yeri gəlmişkən ötən həftə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovun dəvətilə adıgedən ölkəyə 3 günlük səfərinizin məqsədi nə idi?

-26 fevral 2020-ci il tarixində Qətər dövlətində fəaliyyət göstərən Azərbaycan Səfirliyinin ofisində ilk dəfə Qarabağla bağlı , Xocalı faciəsini yad edən, anladan tədbir keçirildi.Tədbirdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov açılış nitqi söylədi. Sonra mən Qarabağ faciəsini və xocalilarin başına gətirilən dəhşətli hadisələrdən danışdım. Tədbirdə Ermənistanın Azərbaycana qarşı törətdiyi xəyanət və elan edilməmiş müharibənin acı nəticələrini əks etdirən filmlər nümayiş edildi. Tədbir iştirakçılarına Qarabağ faciəsini əks etdirən materiallar paylanıldı. İki maraqlı nüansı nəzərinizə catdırmaq istərdim. Paytaxt Doha şəhərində "Sub-Vaqif " deyilən bir ərazi var. Orada Azərbaycan mətbəxini təmsil edən Naxçıvan restoranını və "Qarabağ” ətir kolleksiyası satılan mağazanı görəndə uşaq kimi sevindim. Qərib bir ölkədə doğma adlarla rastlaşanda yəqin hər biriniz belə təsirlənmisiniz...

- Radə xanım, təbii ki, həm şəxsinizin, həm birliyinizin geniş planlı fəaliyyəti bu kiçik yazıya sığmaz.. Amma ümid edirik ki, yenidən sizin yeni fəaliyyətlərinizi işıqlandıracağıq....Sizin simanızda bütün qadınları , eləcə də  birliyinizin üzvü olan müharibə qadınlarını qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirik. Allah sizləri qorusun!

P.S.Prezident İlham Əliyev Azərbaycan qadınlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif ediliblər: Onlardan biridə Radə Abbasdır. Biz də bu münasibətlə ürəkdən təbrik edir, xalqa xidmət yollarında uğurlu işlər arzu edirik.

Əntiqə Rəşid




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

1918-ci ilin 31 mart soyqırımı-soyumayan "Böyük Ermənistan" ehtirası

“Turana qovuşmaq bütöv Azərbaycandan keçir” - MÜSAHİBƏ

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK