nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Faiq QİSMƏTOĞLU: VAHİMƏ Adalet.az | Faiq QİSMƏTOĞLU: VAHİMƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: VAHİMƏ

Onu yaradan kimlərdir?

5891    |   2020-02-28 09:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İki ildən, bir ildən bir dünyada vahimə yaradan bir məsələni ortaya atırlar: ya deyirlər "quş qripi” var, ya deyirlər "donuz qrpipi” yaranıb, ya da deyirlər, təzə bir zad çıxıb, məsələn, koronavirus! Bunlar nə şeydisə, gün kimi aydındır ki, dünyanı idarə edən və təlatümə salan qüvvələr tərəfindən ortaya atılır. Əgər belə olmasaydı, bu vahimə yaradan viruslar zamanı qiymətlər bahalaşmaz, qıtlıq yaranmaz və dünyanın altı üstünə çevrilməzdi.

İndi nə qədər anlamaz və qanmaz olmalısan ki, bu təzə zadı da çıxaranların dünyanı idarə edən qüvvələr olmasını bilməyəsən. Və bu təzə zad da koronavirusdan ibarətdir. Heç kim kar, kor və lal deyil. Və heç kəs də anlamaz və qanmaz deyil. Hamı qəşəng bilir ki, dünyada iqtisadi cəhətdən iki güclü ölkə var: biri ABŞ-dı, biri də Çin Xalq Respublikası! Çin Xalq Respublikası dünyada yeganə ölkədir ki, orda kommunist partiyası hakimiyyət başındadır. Və dünyanı dağıdan Amerika da gecə-gündüz düşünür ki, balam, necə eləyək, böyük SSRİ-dən sonra yeganə kommunistlərin hakimiyyətdə olduğu Çini dağıdaq. Bir tərəfdən İranı dağıtmaq istəyirlər, bir tərəfdən Rusiyanı parçalamaq istəyirlər, bir tərəfdən də Türkiyəni bölməyə çalışırlar. Hərəsini də ABŞ bir yolla çökdürmək istəyir.

Çin də elə-belə dövlət deyil ha! Dünyada iqtisadiyyatına görə, 2-ci yerdədi, əhalisinə görə isə 1-ci pillədədir. Səhv eləmiriksə, Çin Xalq Respublikasının əhalisi bir milyard yarıma yaxındır. Üstəlik də dünyanın hər yerində istehsal etdiyi məhsullar bazarlarda hökmranlıq eləyir. Heç buna Amerika imkan verərmi? Bu virusu da yaradan və yayan məlum qüvvələrdir. Çünki onlar bu virusun cəmiyyətə buraxmaqla milyardlarla dollar qazanırlar. Əvvəl virus yayırlar, sonra da onun müalicəsi və yayılmaması üçün yeni vaksinlər, qoruyucu vasitələr istehsal edilir.

Nə böyük hadisə olub?! Çin kimi böyük bir ölkədə koronavirusdan 5-6 min adam dünyasını dəyişib. Deyilənlərə görə, 40-50 min adam bu virusa yoluxub. Əksəriyyət müalicədən sonra sağalaraq həyata qayıdıb. Bu günlərdə isə bildiriblər ki, koronavirusa qarşı bəs peyvənd tapılıb. O peyvəndi vurandan sonra insanlar virusa yoluxmayacaq. İndi dünyada çox böyük bir vahimə yaranıb. O vahiməni də yaradan kimlərdi? Bu da həmin ölkələrə gün kimi aydındır.

Artıq Avropa ölkələrinə və qonşumuz İrana da deyilənlərə görə, bu virus gəlib çıxıb. Amma İranın səhiyyə naziri də bildirib ki, koronavirusa yoluxan və bu xəstəlikdən ölən bir nəfərin adını və soyadını gətirib bizə göstərsinlər, biz də razılaşaq. İranın adını bu xəstəlikdə hallandıran da onun düşmənləridir. İran səhiyyəsi çox yüksək səviyyədədir və hər cür xəstəliyin qarşısını öncədən almaq imkanına malikdir. Bu iranlı səhiyyə nazirinin fikirləridir. Bəlkə də səhiyyə naziri haqlıdır. Ən azından ona görə ki, Amerika kimi nəhəng bir dövlət bu ölkəyə qarşı iqtisadi sanksiya tətbiq etməklə yanaşı, əks təbliğat da aparır. Və bir də İranda koronavirusun yaranması qonşu olaraq bizi də narahat etməyə bilməz.

Qrip xəstəliyinin müxtəlif formaları mövcuddur. Dünya səhiyyəsinin və eləcə də bizim həkimlərin bildirdiyinə görə, elə bu koronavirus da qripin bir formasıdır. Hər il dünyada qripin müxtəlif formalarından 250-500 min arasında insan dünyasını dəyişir. Ən çox da ağ ciyərində vərəm xəstəliti olanlar və digər problemlər yaşayan insanlar qripə yoluxarkən daha gec sağalır, yaxud da xəstəliyi ağır olanlar müalicə edilməsinə baxmayaraq, dünyasını dəyişirlər. Necə olur ki, bir gündə dünyada avtomobil qəzası zamanı 20 min adam ölür, amma bunun barəsində heç kəs həyəcan təbili çalmır və vahimə yaratmır? Bu gün birmənalı olaraq deyə bilərik ki, bu virusa qarşı müalicədən və maarifləndirmə işlərindən çox əksər ölkələrdə və eləcə də bizim ölkəmizdə müəyyən qüvvələr vahimə yaradırlar.

Məsələn, bu yaxınlarda sosial şəbəkədə bir səs yayılıb. Guya həmin səs də bir həkimə məxsusdur. Səs sahibi deyir ki, Azərbaycanda koronavirus var və bundan çoxları yoluxa bilər. Bu səsin də sahibini hüquq-mühafizə orqanları axtarıb və tapıblar. Həmin səsin sahibi polisə dəvət olunub, ifadə verib ki, elə özümdən bu məlumatı yaymışam ki, camaat gülsün. İndi görün bizim düşüncəmiz nə gündədir. İnsanları güldürmək üçün hətta koronavirusun Azərbaycana yayılmasını belə deyirlər. Hansı ki, sosial şəbəkədə yalan və gerçək yayılan bir xəbər ildırım sürətilə cəmiyyətin içinə daxil olur və böyük narahatlıq yaradır. Əlaqədar qurumlar bu məsələni araşdırıb aydınlıq gətirənə qədər camaat vahimə içində olur.

Düzdür, dövlətimiz bu virusun yayılması ilə bağlı qabaqlayıcı tədbirlər görür, həm Ağciyər xəstəxanasında, həm də Bakı şəhər Klinik Xəstəxanasında hər cür şərait yaradılıb. Yəni viris ola biləcək şübhəli şəxslər ölkəmizə keçid məntəqələrində ciddi yoxlanılır, yüksək hərarətlə ölkəyə gələnlər nəzarətə götürülür və şübhə doğurusa, xəstəxanaya aparılır. Artıq bir neçə gündür ki, metronun bütün stansiyalarında və ictimai nəqliyyat olan avtobuslarda koronavirusa qarşı dezinfeksiya tədbirləri aparılır. Məktəblər, uşaq bağçaları və digər ictimai yerlər dezinfeksiya edilir, nəzarətdə saxlanılır.

Çox təəssüf ki, televiziya kanallarında koronavirusa qarşı maarifləndirici və qabaqlayıcı tədbirlər yetərincə deyil. Əksər kadrlar xarici kanallardan götürülür və bizim televiziya əməkdaşları da çox bəsit, primitiv şərhlər verirlər. Bu, təbliğatdan, maarifləndirmədən çox, əks təbliğata və vahiməyə çevrilir.

Bu gün Bakıda bir maska ojiataj yaranıb. Əhali necə vahiməyə düşübsə, əksəriyyət apteklərə qaçır, ordan maskalar alırlar. Əhalinin vahiməsindənsə ən çox aptek müdirləri və onun əməkdaşları qazanırlar. Məsələn, əvvəllər 10 qəpiyə satılan maskalar 20-30-50 qəpiyə və bəzən də 1 manata satılır. Adətən maskanı o adam taxır ki, o, virusa yoluxur və ölkədə də virusla bağlı karantin elan olunur. Bizdə isə nə o virus aşkarlanıb, nə də karantin elan edilib. Əcəba, bəs nolub ki, bu camaat apteklərə qaçıb 5-6 qat baha qiymətə maskalar alırlar? Aptek müdirlərinin isə çiçəyi çırtlayır, qaz vurub qazan doldururlar, Hətta elə adam var ki, 10 maska alır. Artıq bəzi apteklər maskaları baha satmaq üçün 10 ədəd deyil, bir, ya iki ədəd verirlər.

Bu gün əhalinin koronavirusla bağlı maarifləndirilməsinə çox böyük ehtiyac var. Bu işdə müxtəlif televiziya kanalları, saytlar və sosial şəbəkə çox böyük rol oynaya bilər. Ancaq gərək bu maariflənmə işləri də elə aparılsın ki, əhalidə vahimə yox, nikbinlik və düzgün seçim yolu yaratsın. Çünki bu gün insanların düzgün maarifləndirilməsinə və cəmiyyətdə özlərini təhlükəli viruslardan qorumasına çox böyük ehtiyac var. Əgər bu addımlar yerətincə ciddi atılsa, insanlar düzgün maarifləndirilsə, nəinki koronavirusun qarşısını almaq olar, hətta ən təhlükəli xəstəliyi belə dəf etmək mümkündür. Yetər ki, qara qüvvələr insanlar arasında vahimə yaratmasınlar.




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK