nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | İş tapmaq duası - Yılmaz Özdil yazır Adalet.az | İş tapmaq duası - Yılmaz Özdil yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İş tapmaq duası - Yılmaz Özdil yazır

3489    |   2020-02-24 17:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Google statistikasına görə, Türkiyədən internetə girib "iş tapmaq duası” axtaranların sayında partlayış var.

Məmləkətdəki gerçəklik budur.

Və…

İş tapmaq duaları standart deyil.

Cürbəcürdür.

Gündə beş dəfə oxunan iş tapmaq duası var.

21 gün ərzində səhərlər üç dəfə oxunan iş tapmaq duası da var.

"Zəmanətli” sloqanı ilə tanıdılan iş tapmaq duası var.

"100 faiz təsirli” sloqanı ilə tanıdılanı da var.

Sadəcə özəl sektorla da məhdudlaşmır.

Dövlət məmuru olmaq üçün də dualar var.

Yeddi gecə yatmazdan qabaq 1001 dəfə oxuyursan.

Duaçı saytın mesaj bölümünə "Türkiyə Hava Yollarında işə girmək istəyirəm, hansı duanı oxumalıyam?” deyə yazanlar da var.

Mükafat almaq üçün…

Vəzifə sahibi olmaq üçün…

Hərbidə rütbə almaq üçün…

4444 dəfə oxuyursan, vəssalam.

Hələ bu azmış kimi xüsusi qeyd də yazıblar: "Təsbehlə saymaqda xəta ola bilər, noxuddan istifadə etməyini tövsiyə edirik”.

Təyinat duası var.

Dövlət dairəsindəki işin həll olunma duası da var.

İş tapmaq üçün tilsim yazan var, cadu edən var.

Borcdan can qurtarmaq duası var.

"Ən təsirli” sloqanı ilə reklam edilir.

"24 saata təsir edir” sloqanı ilə reklam olunanı var.

21 gündə borcdan can qurtarmaq duası var. Məsələn, üç illik kreditlə əşya almısan, bu duanı oxuyursan, 21 günə borcun bağlanır.

"Kredit kartı borcundan qurtulmaq” duası da var.

"Varlı olmaq” duası var.

"Heç ummadığın yerdən pul gəlməsi” duası var.

" Evdən pul əksik olmasın” duası var.

"Sərvət” duası var.

"Bir il içində varlı olmaq” duası var.

"Bu duanı oxuyanlar varlı olmadan ölməz” sloqanı ilə tanıdılan dua var.

"O dəqiqə pul gətirən” dua var.

Zalımın balası, bankomatdı elə bil.

"Pul yağdıran” duası var.

"Cibinizə pul dolduran” dua var”

"Pulu maqnit kimi çəkən dua var.

"Pulu qoymaq üçün yer tapmayacaqsan” duası var.

Vallah, billah var.

Bir adam hətta belə bir qeyd də edib: "İnanmayaraq oxusan belə qəbul olunur, təcrübədən keçib”.

"Küp tapmaq” duası var.

"Xəzinə yerini görmək” duası var.

Bəs, yaxşı, kim hazırlayır, internetdə kim satır bu duaları?

Medium Osman hoca var.

Medium Fadimə var.

Medium Bahar xanım var.

Medium Turan var.

Medium Şəbnəm var.

Əslində hamısı eyni adamdı.

Fərqli-fərqli adlarla internet saytı açıb fərqli-fərqli dualar yazırlar, cəmi bir ortaq nöqtələri var, o da ki, mobil nömrələrinin eyni olması.

Ankarada medium Süheyla adlı br qadın var. O, həm iş tapdırır, həm bəxt açır, gər çi camaatı aldatdığına görə polislər tutub bəxtini bağladılar, amma olsun…

İzmirdə medium Rza var. İş tapmaq, borc ödəmək, ev sahibi olmaq, bir sözlə hər cür dua, tilsim yazır. Bircə bəxti onda gətirmədi ki, son tilsimi müştəri qılığına girmişsivil polislərə yazdı.

Medium Anna var. Rus medium Moskvada doğulub, orda da böyüyüb. SSRİ dövrdündə psixokinetika üzrə təhsil alıb, iş tapmaq üçün yazdığı tilsimlər 100 faiz zəmanətlidi. Kiçik bir xəta var, rusca bilmir. Əslində Eskişehirli olduğunu deyənlər var.

Misirli medium Məryəm var. Borcdan can qurtarmaq mövzusunda peşəkardı. İlk dəfə tutulanda Hələbli Firdevs adı ilə fəaliyyət göstərirdi. Bir ara Ummanlı Kübra oldu. İndi də Misirli.

İmanlıları sınadım, olmadı, bir də kafirləri sınayım deyirsinizsə
medium Adrian, medium Tina, medium Costa da var.

Hətta buddist medium deyə reklam edən belə var.

Medium Ərmiş hoca var. "30 illik təcrübə” sloqanı ilə işləyir. İşə yeni-yeni başlayanda iş tapdığı adamlar çoxdan təqaüdə çıxdı. İndi özünüz baxın da…

Medium Mustafa var. Pəəh! Şöhrətlilərin mediumu. Obamayla söhbət edərkən fotosu var. Putinlə gəzərkən fotosu var. Angelina Coliylə qəhvə içərkən fotosu var. Öz fotolarını qəzetdən kəsdiyi fotolarla montaj edib camaata soxuşdururdu. Dördüncü dəfə tutulduqda tarot ( internet vasitəsilə kartla fala baxmaq) sektoruna keçdi.

Medium Hakan var. Məndən soruşsanız, bazarın ən yaxşısıdır bu. Çünki min lirə verirsən, sənə Belçika və İsveçrə möhürlü Beynəlxalq Mediumlar Birliyinin diplomunu verir. Artıq medium getməyinə ehtiyac qalmır. Bu saxta diploma divarına as, sən də mediumluğa başla. Çayxanadakı işsiz adamlara iş tapmaq duası yazaraq öz işini özün qur.

(Şişirtdiyimi düşünən varsa, xahiş edirəm, girsin internetə, baxsın, adbaad görsün)

Medium İrfan var, həm iş tapmaq, həm də cinsi zəifliyi həll etmək mövzusunda mütəxəssidi. Birbaşa yatağa atır adamı. Kişi müştəri qəbul etmir.

Medium Əli hoca var. "Digər Əli hocalarla səhv salmayın” sloqanı ilə reklam edir özünü. Yazsan ki, bəs, yaxşı, səni o biri Əlilərlə necə səhv salmayaq, deyir ki, əgər duan tutmursa, deməli, o Əli saxtadı.

Medium Qazel hocanın bank hesabına 500 lirə köçürüb büstqalterini göndər, duanı büstqalterə yazıb göndərəcəklər sənə.

Medium Tahir var, internetdə fotosu ağ saqqallı babanın fotosudur. Amma özünün 28 yaşı var. Heç Tahir də deyil. Fahişəlikdən tutulan Ayseldi. Heç bu günə kimi sabun cadusu deyə bir şey eşitdinizmi? Sabun cadusuna vurursan, masajlı sauna adresi çıxır.

İş tapmaq duası mövzusunda nüfuz sahibi olan mediumlarımız əsasən Əbrar, Xızır, Rəhman, Merac, Rəbiyyə, Nur, Furqan, Yasin kimi dini adlardan istifadə edir.

Nə deyək.

Dua etməkdən başqa çarə yoxdu.

Allah bu millətə ağıl versin.

Amin.


Dilimizə uyğunlaşdıran Eminquey


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-03-29
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK