ANA SƏHİFƏ / YAZARLAR

YOLA VERMƏKLƏR - İradə Tuncay yazır

167501    |   2020-02-05 09:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təzə ilin ilk ayını da yola verdik getdi. Bir uşağın başın əzib öldürdülər. İki uşağı nənəsi öldürüb dedilər, bir uşağı əri boğub dedilər...Yola verdik... Dünya elə qüvvələrin əlinə keçib ki, insanlara yaşamaq yox, mövcud olmaq haqqı veriblər. Dünya qaynar qazandı, biz də yağlı tikə. Bu da bir statusdu. Hamı yemək istəyir, amma nə vaxtsa, kiminsə boğazında ilişib qalmaq statusunu qazananda bəlkə insan olmaq haqqını da verərlər bizə. Biz də nəsə yemək haqqını qazanarıq. Hələlik isə, təsəlli və ümid qaşıqlayırıq...


Dörd bir tərəfin od tutub yanırsa... Çox qəribədi, atəşin dərəcəsi yüksəldikcə insanların ürəyinin hərarəti enməyə başlayır, ürəkləri buz bağlayır. Görən, bu tərs mütənasiblik hər zamanmı belə olub, ya mən indi görməyəmi başlamışam?

Dünyanı necə tutsan elə də gedir. Əvvəldən. Yük götürməyə alışdınsa, hamı yüklənəcək. Kişi olsam bəlkə mən də içki şüşəsinə sarılardım. Qadın daha güclü olduğundan zərbələri qaytara bilir. Özü üçün kəşf elədiyi həqiqətləri həzm eləyə bilir. Nə qədər zəhərli olsa da. Çox yaxından tanıdığını zənn etdiyin adamlarda aşkarladığın iyrəncliklər nə qədər heyrətverici olsa da... Yaşamalısan, ətrafdakıları ayaq üstə saxlamağa məhkumsan. İlləri yola verə-verə... Harda qırılar, qırılar... Əlamətdar heç nə olmadı...

Fikir verirsinizmi havalar necə təzadlı dəyişir? Bir gün yay istisi, günün axırında üşütmə gətirən soyuq. Ancaq təkcə iqlim belə deyil, cəmiyyətin həyatı da təzadlıdır. Bir tərəfin xəbərlərini oxuyanda bir neçə dəqiqə ərzində arxayınlaşırsan ki, məmləkətdə hər şey əladır, qurdla quzu bir yerdə otlayır, güllü-gülüstandır. Həmin qəzeti yerə qoyub, o biri tərəfin qəzetini götürürsən - gözünün yaşı qurumaq bilmir - kimsə öldü, harasa uçdu-partladı, kimsə yedi-dağıtdı. Televiziyalardan isə heç danışmağa dəyməz. Deyək ki, böyük əksəriyyətin qəzet alıb oxumağa nə pulu var, nə həvəsi. Həvəsi olanlar da təzə əlifbanı oxuya bilmirlər - amma gözləri ilə gördükləri həqiqətlər var ki, bundan heç hara qaça bilmirlər. Qəzet yazmasa da, televizor göstərməsə də, gözlərini yumub, qulaqlarını tıxasan da çarəsi yoxdur.
Tariximiz də təzadlıdır, həyatımız da, havalar da. Mətbuatda oxuduqlarımız da. Nə isə, gözləyək görək havalar nə vaxt istiləşəcək?

***

Dünyada haqqın, ədalətin varlığına inananlar varmı? Neyləyək, sorğu keçirəkmi? Mənasız vaxt itkisi olacaq. Bəri başdan sorğunun nəticələrini şübhə altına almaq istəyirəm. Qəzetlərdə oxuduğum sorğu anketlərindəki cavablar məni qane eləmir. Sorğunu kimlər arasında, əhalinin hansı təbəqəsində aparacaqlar? Faiz nisbətini necə müəyyən edəcəklər? Kənddə yaşayanlardanmı, şəhərdəkilərdənmi soruşacaqlar? Sorğu aparan şəxslərin özləri haqq-ədalətin nə boyda, nə rəngdə, nə biçimdə olduğundan xəbərdardılarmı? Haqq-ədalət sözlərinin məna çalarlarına kim, necə münasibətdədi? Deyəsən, söhbət çox uzandı.Sözümün canını deyim. Ədalətin bir anlamı da yaxşının və pisin ayırd edilməsidir. Yəni o yerdə ki yaxşıya-yaxşı, əlaya-əla, pisə-pis, yamana-yaman deyirlər, o yeri mənə göstərin, ora getmək istəyirəm. Utopiya ölkəsinə...

"Spartak" filmində maraqlı bir səhnə var. Sərkərdələrdən birinə deyirlər ki, sən Sezara xidmət edirsən. Cavab verir ki, yox, mən Romaya xidmət edirəm. Yəni məntiqi anladınız. İmtiyazların verilməyi də, fəxri adlar da ancaq bir məqsədə xidmət etməlidir – dövlətin, ölkənin nüfuzuna. Yəni hansısa bir yerdə, hansısa birinə nəsə verəndə bizim ölkənin də adı hansısa dəftərə düşsün. Ona görə öz dəftərlərimizin tərtibində ciddi olmalıyıq. O yerdə ki, yağla şor eyni qiymətədir, o yerdə haqq-ədalətin də qiyməti məlum məsələdir.

Hər gün gördüyümüz, rastlaşdığımız bir mənzərə. Ətrafda bu qədər gözəllik varkən, düşüncəyə nə hacət? Dedi-qodu, şou, qarderoblar, ev-eşiklər, savaşmalar. Həyatımızın ən böyük savaşı da elə bu savaşlardır – artist siyasətçilərin, siyasətçi artistlərin. İncə qəlbinizin sarı siminə toxunub bu şadyanalığın içində sizə düşünməyi xatırlatmaq əlbəttə, günahdı. Yada salsın, ya yox, hər kəsin öz vicdanına qalacaq. Amma bu vicdan məsələsi də çox qəlizdi. Hər kəsdə var, ya yox, onu da bilmirəm.

***

Gözlə görünməyən bir xəritə cızmaq istəyirəm. Bu xəritənin dağları nə olsun, şərti deyək - laqeydlik. Çayları nə olsun - məcrasını tez-tez dəyişən, hər çalaya axan əqidəmiz. Vadiləri, düzənləri, ovalıqları - bu ərazilərə sığışmayan iddiamız, harınlığımız. Dəniz də olsun - səbrimiz, mütiliyimiz, məddahlığımız. Xəritənin bir ucundan o biri ucuna çubuqla yol getsək balaca bir nöqtə taparıq, balaca bir təpəcik - bu da inadımız, ağrımız, düşüncəmiz... Bu təpəciyi qoruyaqmı? Onda tez-tələsik Mənəvi Ekologiya Nazirliyi yaratmaq lazımdır (yeni nazir kreslosu təşkil etdim, dost-tanışın işinə yarıyar). Qərar çıxarsınlar, bu xəritədəki təpəciyi çəpərləsinlər. Həm gələcək nəsillərə görk üçün, həm də qorxulu, zərərli meylləri izolə etmək üçün. Bu xəritədəki ən uca nöqtəni, zirvəni müəyyən eləmək sizə qalır, düşünə bilənlər. Körpüləri, yolları müəyyən eləmək sizə qalır. Hardan gəlib, hara gedirik- çaşmayaq. Harda göz yaşlarından buxarlanmış rütubət yenidən yağışla torpağa dönəcək, harda biganəlik toxumları münbit zəminə düşüb yamyaşıl göyərəcək - bunları bilək. Harda sevgisiz, mərhəmətsiz qalmış səhralar yaranacaq - bunları bilək. Ağzımıza vurulmuş qıfılların açarını tapaq, ürəyimizdən qorxunu söküb ataq. Qəribə adamlarıq - Allahdan qorxmuruq, vəzifəlilərdən qorxuruq. Ürəyimizi deşən ağrı qəlpələrini təmizləməyə bilmirik.

O zirvəni tapsaq kilometrlərlə yox, zamanla ölçülən məsafələri qət edə biləcəyik. Qıfılın açarını tapsaq, itirdiklərimizi heç olmasa işartı kimi görə biləcəyik. Fikirləşə bilsək , düşünə bilsək bir-birimizə gedən yollar, körpülər bərpa olunacaq. Hormonal sevgilərlə də başımızı qata bilməyəcəklər.

Televizora lap yazığım gəlir. Büzüşüb üzümə baxır. Günahı nə imiş ki, ana vətəni Avropanın orta göbəyindən gəlib düşüb bura. Burda da öz ekranından əcaib-qəraib məxluqları göstərməyə məhkum, məcbur edilib. Görəsən, cansız əşyaların öz taleləri barədə düşünmək haqqı, qabiliyyəti varmı? Proqramlaşdırılmış düşüncələri var, bəs başqa cür necə? Bizi proqramlaşdırıb məcbur edirlər ki, göstərdiklərinə baxaq. Biz heç, biz öyrənmiş canlarıq, bəs bu yazıq göstərmə vasitəsi neyləsin? Enib-qalxan cərəyan şiddətinin naz-qəmzəsinəmi dözsün, ya kanalları dəyişə-dəyişə dəyişməyən sifətləri görüb deyinən sahibinin sitəmlərinəmi?

İndi mən bu yazıq televizora baxıb düşünürəm ki, çox əlçatmaz xəyallar deyil ki, efirdən adam dilində danışıq eşitmək istəyirəm. Fərqi yoxdu, rus, ya bizim dildə, yetər ki, normal dil olsun. Atom buzqıran gəmisi, ya da kosmik raket istəmirəm ki, nə olar cansız əşya olanda.

İndi mən dəqiq bilirəm ki, televizorum da, mən də düşünə bilirik. Məmləkətdə nə qədər belə televizorlar və "mən"lər var. Ölkəni bölüb parçalamaq istəyənlərin qarşısına Çin səddi olacaq qədər. Çin səddi? Ay aman, Çin də yaman güclənib, qüdrətlənib.(Virus da düzəltdi qüdrətlər onlarçün) Bu gün-sabah dünyanın dili Çin dili də ola bilər. Gəl indi heroqlifləri öyrən.

Bütün mövsümləri sakit, mülayim keçən bir ölkənin nə qədər azdırılmalı vətəndaşları var.. Bizdə belə ənənə 30-cu illərdən başlayıb. Həmin adalar insan sümükləri ilə doludur - heç basdırmayıblar. Ənənəni davam etdirmək olar. Sonra kosmik turizm mərkəzi ilə danışıb bəzilərini Kosmosda azdırmaq olar. Bu da maraqlı mənzərə olardı. Dəyiş-düyüşü də belə eləmək olar – Avropadan, Amerikadan bir-iki bomj (hər dəfə seçkilərdə göndərirlər haa müşahidəçilər), ondan…

Mahnı da hazırdı: "Sakit mövsüm ölkəsində vsyo spokoyno, spokoyno, spokoyno!"

...Elm hər şeyi izah edə bilmir. Ətrafımızda baş verən paranormal hadisələri də eləcə. 

"Parapsixologiya" termini mövcud olsa da, hələ ki, rəsmi elm statusu almayıb. Parapsixologiya izahı çətin olan biofizik dəyişmələri sistemləşdirən, cəmləşdirən, təhlil edən sahədir. Hələ ki ayrı-ayrı fərdlərin fenomeni ilə gündəmdədi. Ancaq izah olunmursa bu o demək deyil ki, mövcud deyil. Tarixin bütün dönəmlərində qeyri-adi qabiliyyəti ilə seçilən, güclü bioenerjisi ilə insanları təsir altına salan, çaşdıran, ya da düz yol göstərən fərdlər məlumdur. İlk vaxtlar qəbilə, icma arasında hər hansı paranormal gücü ilə seçilən fərdlər ya vəziyyətə hakimlik ediblər, ya da hakimlik edənlərə hakimlik ediblər. Yəni anlayacağınız bütün dövrlərdə kahinlərin, şamanların, cadugərlərin, münəccimlərin siyasətə təsir imkanları böyük olub. Qədim Yunanıstanda hər hansı bir müharibədən, döyüşdən, sazişlərdən öncə məşhur Delf Orakulundan məsləhət alarlarmış. Romada, Misirdə də bunlar olub. "Firon" əsəri yadınızdadırsa, orda kahinlər coğrafi astronomik hadisələrdən istifadə edib xalqı islahat aparmaq istəyən gənc firona qarşı qaldırırlar.

Belə düşünmək olar ki, dünyəvi dinlərin yaranması insanları ilahidən kənar möcüzələrdən uzaqlaşdıracaq. Amma belə olmadı. İbtidai insanın kortəbii inamı indiyə qədər içimizdə yaşayır və biz həmin insandan çox da fərqlənmirik. Həm xristian, həm də müsəlman hökmdarlarının yanında münəccimlər də, falçılar da olub. Dində buna yaxşı baxılmasa da... Təbii ki, həmin cadugərlərin içində qeyri-adi keyfiyyətləri ilə seçilənləri də olub, fırıldaqçıları da. Deyək ki, bir dönəm Avropasında inkvizisiya tonqallarında yüz minlərlə insan cadugər kimi yandırılıb. Yenə belə çıxır ki, krallara, padşahlara məqbul olan qara camaata qeyri-məqbuldu. Doğrusu da budur - telepatik qüvvələri özbaşına buraxmaq olmaz. Bundan insan cəmiyyətinə ziyan gəlir.

Bizi əhatə edən material aləmdə növlərin enerjisi cövlan edir. Bu enerji informasiya ötürücüsüdü. Həmin o sahəyə paralel aləm də demək olar. Obyekt haqqında informasiya ondan kənarda da müstəqil şəkildə öz mövcudluğunu sürdürür. Hətta obyekt öz maddi həyatını başa vursa da. Yəni ruhun bədəndən ayrılması kimi. Ruh materiyanın ideal kopyası olaraq məlumat daşıyır. Mütəxəssislərin fikrinə görə, ruh sahəsi internet kimi çox istifadəçilərə açıla bilər. Bütün telepatik rabitəni, biolokasiya metodlarının əsasını həmin bu prinsip təşkil edir. İndi təsəvvürünüzə gətirin ki, ekranlardan məqsədyönlü şəkildə bizə nəsə ötürməyə çalışırlar. Əsas sual budur - NƏ? Əgər cadugərləri açıq satışa çıxarırlarsa bunun arxasında ciddi səbəblər var. Rusiya mətbuatından oxumuşam, rəsmi statistikaya görə, ölkədə yarım milyona yaxın falçı leqal olaraq fəaliyyət göstərir. Böyük bir ordudu. Çox vaxt seçkilər ərəfəsində fəallaşırlar, siyasətçilərə xidmətlərini təklif edirlər. Nəzərə alsaq ki, siyasət aləmi bütün dünyada falçılarla sıx əlaqədədi və bu əlaqənin nəticələri heç də hər zaman xoş olmur, vay halımıza. Ruslar isə XX əsrin əvvəllərində bu acı təcrübəni yaşayıblar. Rasputini xatırladınız?

Əgər cəmiyyət sarsıntı keçirirsə, heç kəs bundan kənarda qala bilməz. XX əsrin əvvəllərində dünyanı bürümüş böhran imperatorun da ailəsindən yan keçməmişdi. 1905-ci ildə Rusiyada inqilabın ilk dalğası yatırıldı. Zahiri dinclik və sakitlik yerini gizli təbliğata verdi. Rusiya imperiyasının zəifləməsi və dağılması çox qüvvələrin maraq dairəsinə daxil idi. İndiyə qədər tarixçilər ümumi bir nəticəyə gələ bilməyiblər ki, bu ölkədə dalbadal baş verən inqilablar xalqın iradəsininmi, yoxsa xarici kapitalınmı məhsulu idi?

***

Səhv eləmirəmsə, 87-ci ilin son ayları idi. Qorbaçovun hakimiyyətə gəlişindən iki il ötürdü və sakit, sabit həyat tərzinə öyrəşmiş sovet adamlarının zərif əsəbləri artıq ölkə ərazisində baş verən partlayışlara, quldurluğa, alman təyyarəsinin Qızıl Meydana endirilməsinə, qatarların qarət edilməsinə yavaş-yavaş, heyrətlə vərdiş eləməyə başlayırdı. "Aşkarlıq" adlanan aşkar saxtakarlıq da qüvvəyə minməkdə idi. Həmin o 87-ci ilin son aylarında (vaxtı dəqiq yadımda deyil, amma həmin işlə məşğul olmuş müstəntiqlər yəqin ki, xatırlayırlar) Bakıda dəhşətli xəbər yayıldı - "26-lar" metrostansiyası (indiki "Sahil") yaxınlığında bir həkimin evinə girib 3 uşağını öldürüblər. Şayiələr ildırım sürətilə nəql olunurdu – o vaxt indiki kimi qəzet və TV bolluğu yox idi. Ağızdan-ağıza dolaşan xəbərlər çox vaxt "xarab olmuş telefon" effekti verirdi. Hərə bir fərziyyə söyləyirdi - kimsə deyirdi arada qan düşmənçiliyi olub, kimsə deyirdi ortada namus söhbəti var, kimsə də qarət versiyasının üstündə fikir yürüdürdü. Amma aralıqda gəzən söhbətlər nə qədər çoxalsa da, rəsmi orqanlar heç bir məlumat vermədilər. Bir az sonra 88-ci ilin məşhur hadisələri başladı və sakit Bakı üçün qeyri-adi görünən vəhşi qətl bu söhbətlərin fonunda unuduldu. Kimsə düşünmək istəmədi ki, əgər ölkədə cinayət dalğası artırsa, cəzasızlıq baş alıb gedirsə, demək, bu artıq böyük, qlobal , bəlkə də faciəvi bir əsərin proloqudur. Dövlət cinayətin qarşısını almaq yolları, profilaktik tədbirlər düşünmək əvəzinə, faiz söhbəti ilə əlləşirsə və bu faizi də vətəndaşlara yedirtmək cəhdində bulunursa, olacaqlar məlum – 91-ci ildə SSRİ adlanan dövlət çox rahatlıqla xəritələrdən silindi.

... Əgər dövlət gəncdirsə bu o demək deyil ki, hər şeyi əlifbadan başlamaq lazımdır. Bizim məmləkətdə də kriminalla mübarizənin müəyyən bir tarixi var. Biz də müharibədən çıxmışıq, burda da müxtəlif ölkələrin sabitliyi pozmaq maraqları var. Əgər hər gün-hər gün yeni bir cinayət törədilirsə düşünmək gərəkmirmi? Dövlətin özü üçün bu tendensiya qorxulu deyilmi? Mən 87-ci ildə baş vermiş hadisəni nahaqdan xatırlamadım. O vaxt Bakı üçün bu hadisə qeyri-adi hadisə idi. İndi isə deyəsən adiləşir…




İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2020-06-06
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK