ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: TORPAĞINA QURBAN OLUM, BƏHMƏNLİ!

13294    |   2020-01-31 09:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Vətən anadır və Vətən həm də insana son beşikdir. Bu beşikdə dünyaya göz açırsan və bu beşikdə də Allahın dərgahına qovuşursan. Bir onu bilirəm ki, adam Vətəndən ayrı düşəndə dərddən ürəyi qubar eləyir və axırda da çərləyib ölür. Adam var ki, vətəndən ayrı düşdüyünə görə, elə son nəfəsində də "Vətən” deyə-deyə gözünü yumur...

Vətən Anadır, biz onun uşaqları, balaları! Bax, mənim doğulub boya-başa çatdığım, çörəyini yeyib suyunu içdiyim Böyük Bəhmənli də belə bir ocaqdı, belə bir yurddu. Vətəndən ayrı düşməyin ilk həsrətini 9-cu sinfi bitirəndə çəkmişəm. Belə baxanda bu gediş pis deyildi ey, sadəcə olaraq, ana uşağı olduğum üçün 20 günlük ayrılığa dözə bilmirdim.

Məktəbimizin direktoru rəhmətlik Əvəz müəllim mamam oğlu Təbrizi və məni evlərin çağırtdırıb dedi ki, əlaçı olduğunuza görə, sizin ikinizə də 20 günlük Kiyevə rayon təhsil şöbəsindən "putyovka” almışam. Biz də çox sevindik. Mamam oğlu Tehran hər ikimizi götürüb Bakıya gəldi. Bakıda "Bakı Soveti” (indiki İçərişəhər) metro stansiyasının yaxınlığında turizm mərkəzi vardı. Biz oranı axtarıb tapdıq. Və nə başınızı ağrıdım, Bakı-Kiyev qatarı ilə o şəhərə yollandıq. 20 gündə o qədər darıxdım ki, hər axşam kəndimizi yuxumda görürdüm. Və 20 gün mənim üçün 20 il kimi gəlib keçdi. And içmişdim ki, qatardan kəndə düşəndə o kəndin torpağından, daşından öpəcəm. Elə qatardan düşəndə də belə elədim; əyilib dəmir yolunun qırağındakı daşdan, torpaqdan öpdüm. Bax, onda hiss etdim ki, Vətəndən ayrı düşmək nə demək imiş. Və bütün qərib insanlara yazığım gəldi...

... 1974-cü ildən o kənddən çıxıb Bakıya gəldim, universitetin jurnalistika fakültəsinə daxil oldum, oxudum və bu sənətə yiyələndim. Elə o vaxtdan da şəhərin ab-havası, mühiti məni öz qoynuna aldı. Amma bu mühit, bu hava nə qədər rahat və sakit olsa da, öz elimi, obamı, doğma Bəhmənlimi heç vaxt yaddan çıxarmadım. Ən azından iki-üç aydan bir kəndimə-kəsəyimə getdim. Və bu gün də elə iki-üç aydan bir Bəhmənliyə üz tuturam...

Kəndə girməmişdən öncə qəbristanlığa gedib doğmalarımın – atamın, anamın, qardaşımın məzarlarını ziyarət edirəm. Oranın havasını udub çox rahat oluram. Elə bil çiynimdən ağır yük götürülür. Və sonradan kəndə qayıdıram. Ordakı ata ocağına baş çəkirəm; bacımla, qardaşımla və digər qohumlarla görüşürəm.

Bu gün Bəhmənlidə 10 mindən çox əhali var. Heç bir kəndin adamları Bəhmənlidəki kimi bir-birilə qohum deyil. Çünki bu kəndin 1500 illik tarixi var və kökü də çox qədim dövrlərə gedib çıxır. O böyüklükdı kənddə elə bir ailə, elə bir ocaq yoxdur ki, bizə qohumluğu çatmasın. Bu kəndin çox sayılıb seçilən, sözü daşdan keçən və qan davasını yatıran ağsaqqalları olub; Əliş kişi olub, Seyid Rzaxan olub, Seyid Əli olub, Abbas kişi olub, Saleh kişi olub, Pənah kişi olub, Əsəd kişi olub... Və bu kişilər dünyalarını dəyişsələr də, bu gün Bəhmənlidə hər an yada düşülür və xatırlanır. Ona görə ki, onlar elin, obanın namusunu və şərəfini şəxsi mənafelərindən üstün tutublar. Bu kənddə nə məhkəməyə ehtiyac olub, nə milisə, nə də prokurora. Çünki bu kəndin ağsaqqalları bütün məsələləri özləri həll ediblər. Dalaşanı barışdırıblar, qan davasını yatırıblar, tayfalar arasında umu-küsü olanda onu söndürməyi bacarıblar. Ona görə də bu kişilər yadda qalıblar...

Bəhmənlidə 7-8 böyük tayfa var və hər tayfanın da öz ağsaqqalı olub. Bu tayfaların ağsaqqalları həm də Bəhmənlinin ağsaqqalları sayılıb. Və o ağsaqqallar dünyalarını dəyişsələr də, şükürlər olsun ki, bu gün də onların yerində o yolu davam etdirən ağayana kişilər var. Bəhmənli yeganə kənddir ki, orda boşanma halları yoxdur. Ən azından ona görə ki, bir-birinə qohum olan adamlar üçüncü, dördüncü dəfə qohum olanda hər şeyi yüz ölçüb, bir biçiblər...

Mən orta məktəbdə oxuyanda kitaba çox böyük həvəsim vardı. Məsələn, mənə nə hədiyyə versəydilər sevinməzdim, amma kitab hədiyyə edəndə elə bil ki, dünyanı mənə bəxş edirdilər. Kənd kitabxanasının da müdiri anamın yaxın qohumu olan Əsgər Mehdiyev idi. Gəlirdim Əsgər əmimin yanına, o dəqiqə bilirdi ki, nə üçün gəlmişəm. Bir yuxarı baxırdı, bir aşağı, gülürdü və deyirdi ki, sənə nə qədər desən kitab verəcəm, amma oxu, qaytar! Mən də Əsgər əminin yanında bəzən yalançı çıxır, oxuduğum kitabı qaytarmadan yeni kitablar götürürdüm. Görürdüm ki, kitab oxuduğuma görə, bu kişi məni daha çox istəyir. Hətta bir dəfə Əsgər əmi atama demişdi ki, mən məəttəl qalmışam. Varlı adamların oğlanları heç də kitaba maraq göstərmirlər. Amma maşallah, Faiq bütün günü kitab oxuyur. Bir dəfə də Viktor Hüqonun "Səfillər” romanının bütün cilidlərini Əsgər əmidən aldım və oxuyub qurtarandan sonra geri qaytardım. Rəhmətlik kişi dedi ki, o biri kitabları qaytarmasan da olar, amma bu biri kitabları qaytar ki, onu başqaları da oxusun. Və mən də o kitabları qaytardım. Və gördüm ki, bu hərəkətim Əsgər əminin xoşuna gəldi...

... Bəhmənli elə bir el, elə bir obadır ki, onlar sənə söz verdi, ölsələr belə mütləq ona əməl edəcəklər. Çünki bu camaatın bir sifəti, bir üzü var. Bu heç də elə-belə deyil. Çünki bu kəndin kökü Çingiz xanla, Pənahəlı xanla bağlıdı. Bəlkə elə buna görə də bu camaat belə bütöv, saf və durudu... Bütöv, saf, duru olan el-oba isə həmişə yadda qalır və öz izini qoyur. İnanmıram ki, Bəhmənliyə bir qonaq gəlsin və o kənddən narazı qalsın. Çünki o kəndin adamları bura təmiz qəlblə, təmiz ürəklə gələn insanlara çox böyük sevgiylə yanaşıb və yanaşır. Vay o gündən ki, qara niyyətlə o kəndə gələsən. Bax, onda o qara niyyətli adamı qara günlər gözləyə bilər.

Kəndin çox sayılıb-seçilən və nüfuzu olan bu gün də ağsaqqalları var. Onlardan biri uzun müddət baş həkim işləmiş tibb elmləri doktoru Əyyub Məmmədov, digəri isə 90 yaşlı Talıb Yaqubovdur. Talıb Yaqubov da uzun müddət Bəhmənlidə pambıq briqadiri və digər təsərrüfatlarda rəhbər çalışıb. Mən həm Əyyub Məmmədova, həm də Talıb Yaqubova əmi deyirəm. Çünki onlar mənim atamın çox yaxın dostları olublar. Təkcə mən onlara əmi demirəm ha, Bəhmənlidə mən yaşda olan və məndən balacalar da o iki kişiyə əmi deyirlər. Hər ikisi bu elin, bu obanın yükünü çiynində daşıyıb. Hər ikisi Bəhmənlinin həm xeyrində, həm də şərində yuxarı başda əyləşib və hər ikisi bu elin, bu obanın ağır günündə çiyinlərini o ağır yükün altına veriblər...

Mən onlarla görüşəndə sanki dünya mənim olur. Çünki ağsaqqalsız el-oba suyu sovrulmuş dəyirmana bənzəyir. Əyyub həkimlə tez-tez telefon danışığımız baş tutur. Amma Talıb əmimlə kəndin xeyrində, şərində görüşürük. Bayaq dedim axı, onlarla görüşəndə atamın ətrini, qoxusunu hiss edirəm. İnanın, heç ayrılmaq istəmirəm ha! Heç onlar da məndən ayrılmaq istəmirlər...

Bu günlərdə yenidən Bəhmənliyə yolum düşmüşdü. Dedilər ki, camaat aşağı başda "priyezin” yanına yığışıb. Həmin yer kəndin mərkəzi sayılır. Sərnişin qatarı da elə burda dayanır. Bir neçə dostumla həmin yerə getdim. Gördüm ki, 450-500 nəfər elə o "priyezin” yanındadı. Axı həm də deputatlığa namizədlər kəndə gəlir və onlarla görüşürlər. Düzdür, mən deputatlığa namizəd deyiləm. Amma bir Bəhmənli oğlu kimi ora getməyi özümə borc bilirəm. Və ordakı hər bir insanla, hər bir yaşlı, cavan eloğluyla söhbət elədim. Kim yox idi orda?! Mənim sinif yoldaşlarım vardı, qohumlarım vardı, uşaqlıq yoldaşlarım vardı və bir də ziyalılar vardı. Mamam oğlu Tehran, Rəhim, orta məktəb yoldaşım Sirullah müəllim, Əbiş (biz ona Amaral deyərdik. Amaral da 70-ci illərdə Brazilya futbol komandasının məşhur oyunçusu idi. Elə Əbiş də bizin Bəhmənli komandasının ən güclü futbolçusu idi. Onun Horadiz şəhər komandasının qapısına vurduğu top bu gün də yadımdan çıxmır).

Hamısı ilə bir-bir öpüşüb görüşürəm. Mənə elə sevgi və məhəbbətlə yanaşırlar ki, elə bil uzun illərdi məni görməyiblər. Elə bu vaxt rəhmətlik Əsgər əmimin oğlu Şükür gəlib çıxır. Şükür də cavan olmağına baxmayaraq, çox bacarıqlı, samballı, ağayana bir oğlandı. Yəni kəndin, elin, obanın namusunu çəkən bir kişidi. Rəhmətlik atası Əsgər əmimə oxşayıb. Atası kimi haqsızlığa, ədalətsizliyə üsyan eləyən adamdı. Kimsə birinin haqqını yesə, o dəqiqə Şükürü orda görmək olar. Ona görə də bu gün Şükürün Bəhmənlidə el-oba arasında çox böyük hörməti var. Onunla da bir az dərdləşirik, sonra görürəm ki, Şükür kəndin ağsaqqalı 90 yaşlı Talıb əmini gətirir. Talıb əmi də eşidir ki, Qismət kişinin oğlu Faiq dostları ilə gəlib, o da bizimlə görüşə təşrif buyurur. Uzaqdan görən kimi ona sarı addımlayıram və qucaqlaşıb öpüşürük. Sonra Şükür də, mən də onun qoluna girib kənd çayxanasına gedirik.

Orda mənim dostlarım əyləşiblər. Onlar Talıb əmimin gəldiyini görən kimi ayağa qalxır və onunla görüşürlər. Ağsaqqlın, elin ayağına gedən adamı ağsaqqal da, el də həmişə ayağa qaldırıb. Bu çayxanada da bizim kəndin ağsaqqalı Talıb əmiylə çox səmimi söhbətlərimiz olur. Dostlarımızdan biri deyir ki, hər kənddə belə ağsaqqal olmur. Halal olsun ki, bu kəndə ki, oranın belə müdrik, ağıllı ağsaqqalları var. Hətta dostlarım Talıb əmiylə şəkil də çəkdirirlər.

İnanın, elin, obanın məhəbbətindən böyük sevgi və məhəbbət yoxdur. O görüşdə kəndimizin adamlarıyla səmimi söhbətlərim məni göyün yeddinci qatına qaldırdı. Onlar məni Faiq Qismətoğlu kimi yox, Qismət kişinin oğlu Faiq kimi qarşıladılar. Və az qala gözlərinin yağını yedirtmək istəyirdilər. Bu mehribanlığın və səmimiyyətin qarşısında mənim gözlərim dolur və kövrəlirdim. Deyirdim İlahi, min şükür ki, atamızın qazandığı hörməti bu gün də görürük... Min şükür ki, bəhmənlilər 1500 il bundan əvvəlki o qüruru, o dəyanəti, o bütövlüyü qoruyub saxlayıblar. Hamı evinə qonaq dəvət eləyirdi, hamı çörək kəsmək istəyirdi. Əgər mən qonaq getsəydim, gərək bir il o qonaqlıqda olaydım. O dəvətlər, o sevgilər mənə bəs eləyir. Ən azından bu kənd nəsli-kökü olana, ziyalıya və onun qədrini bilənlərə öz məhəbbətini belə göstərir.

Sadə insanlar cənnətə bənzəyirlər. O cənnəti görmək istəyirsiniz? Gedin, onların ayaqlarına, görün orda hansı şirinliyi, hansı səmimiyyəti, hansı doğmalığı görmək olar? Vallah, onların heç birini vəzifə və pulla almaq mümkün deyil. Cənab nazirlər, cənab icra başçıları, cənab hüquq mühafizə orqanları rəhbərləri, bu xalqın içinə getməkdən və onlarla ünsiyyətdən çəkinmək lazım deyil. Onlarla öz dilində danışanda görəcəksiniz ki, siz cənnətin içindəsiniz.

Böyük Seyran Səxavət deyir ki, 72 dil öyrənmişəm, hələ tapmamışam dilini sənin. Bu sadə insanların, sadə adamların kim dilini tapa bilsə, onların ürəklərin fəth eləyə bilir. Sadəcə olaraq, hər elin, obanın dilini, ruhunu, iç dünyasını görmək və onu da qiymətləndirmək lazımdır.

Allah üzünüzü ağ eləsin, a Bəhmənlilər! Məni qaldırıb qoydunuz göyün yeddinci qatına! Və sizi də həmişə göyün yeddinci qatında görmək istəyirəm. O yurda, o torpağa gedəndə bir daha cənnəti gözümlə görürəm. Yeriniz cənnət olsun, doğma elim, obam!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-07-07
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK