ANA SƏHİFƏ / YAZARLAR

Rüstəm HACIYEV: DEDİK BİZ DƏ ONLAYN SƏSVERMƏDƏ DƏSTƏDƏN GERİ QALMAYAQ

123984    |   2020-01-23 09:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Maşallah, özəl telekanallarımız çox, hansını açırsan bütün günü yarışmalar gedir: meyxanaçıların, xanəndələrin, aşıqların, sazçalanların, hansısa musiqi alətlərində çalanların… Bir arada şairlərinki keçirildi, o da yarımçıq qaldı. Hələ «Maşın şou» da ayrıca!

Və yarışmaçılar da üzlərini tuturdular, qohum-əqrəbaya, dosta-tanışa, həmyerlilərinə və sair və ilaxır ki, mənə səs verin. Və bu səsvermənin sonunda qalib müəyyən olunurdu, arada qazanan mobil telefon şirkətləri və televiziya olurdu.

Gürcüstanlı iş adamı dostumla ofisində çay içirdik. Telefonu zəng elədi, Gürcüstandakı yaxın bir qohumu idi. Dedi ki, bəs, oğlum filan səs yarışına qoşulub, elə et ki o, qalib olsun, ən azı on min dollarlıq səs göndərt. Dostum da deyir ki, ay başına dönüm, oğlun tələbədi, orda-burda qalır, elə o 10 min dollara ona ev alarıq, rahat yaşasın, neyləyirsən onu. O da nırx dirəndi ki, ev lazım deyil ey, sən ona səs göndərt.

Dostum işçiləri çağırıb on min dollar verdi ki, bəs filan kanaldakı yarışmada filankəsə on min dollarlıq səs göndərin.

Sonra da başını buladı, kasıb adamdı, elə desəydi ona bir ev alardım.

İndi saytlarda Milli Məclisə seçkilərlə bağlı namizədlərə kim nə qədər səs verə bilər, onlayn səhifə açıblar. Qırğın gedir.

Xalid Kazımlı bu mövzuya iki yazı həsr edib, daha doğrusu, məzələnib . Eləcə də jurnalist Əzizə İsmayılova da bu məsələyə toxunub facebook səhifəsində. Xalid bəyin yazısını həm sayta, həm də qəzetdə paylaşmışıq, Əzizə xanımın yazısını da həm saytda, həm də sabahkı qəzetimizdə oxuculara çatdıracağıq.

Bizim də bir namizədimiz var, dedik dəstədən geri qalmayaq.

Əziz Şirvan camaatından, xüsusilə Sabirabaddakı dostlardan, Şamaxıdakı əqrəbalardan , Yekaterinburqdakı iş adamı Seymur bəydən və onun dostlarından , Peterburqdakı avtoritet Murad qardaşımızdan və onun şirkətində çalışanlardan, «Barselona»nın bütün futbolçularından, «Qalatasaray»ın bütün azarkeşlərindən , Bakının Novxanı kəndindən , Ağcakənddən Elman müəllimin qohumlarından, Yevlaxdan şair Zakir Fəxrinin bütün əzizlərindən, Bərdədən Elgiz və Elbrus qardaşlarından , Trabzonun bələdiyyə başqanından , Komandirdən, Drakondan, Pələngdən – «Dolu» filminin bütün kollektivindən, Ağdamın Qasımbəyli qəsəbəsindən, Alıbəyli qəsəbəsindəki dostlardan, Quzanlıdan Teyyub müəllimdən və nəslindən, İmişlidən Qəşəm Nəcəfzadənin həmkəndlilərindən, Qazaxdan Vəli Xramçaylının qohumlarından, Gəncədən Fikrət Verdiyevi sevənlərdən, Tərtərdən Qədir müəllimdən, Kəlbəcərdən Sücaəti sevənlərdən – Hidayətdən asobu, Naxçıvandan Məmməd Arazı sevənlərdən, həm də qohum-əqrəbalarından, Moskvadan xalaoğlu İslamdan , Somalidəki bütün müsəlmanlardan SƏS GÖZLƏYİRƏM!

Mənə onlayn səs verin, sizin səsinizə çevrilim!

Və sonda. Baxıram, seçiciləri ilə görüşənlərə mütləq bir mız qoyub lağ eləyirlər. Deməli, lazım deyil də seçicilərlə görüşmək, kənd-kənd, qapı-qapı düşmək, nə bilim görüşlər təşkil etmək, problemlərini dinləmək.

Əsas odur ki, manitor arxasında virtual lider olasan və hansısa saytların və onlarla əlbir olanların İP problemlərini həll edəsən.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-05-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK