nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Faiq QİSMƏTOĞLU: HƏRƏ BİR AĞAC ƏKSƏ... Adalet.az | Faiq QİSMƏTOĞLU: HƏRƏ BİR AĞAC ƏKSƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: HƏRƏ BİR AĞAC ƏKSƏ...

12529    |   2020-01-08 17:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bilirsiniz, bu gün təbiət niyə bu günə düşüb?! Çünki insanlar atmosferə normadan artıq zəhərli qazlar atıblar, havanı, suyu və meşələri elə günə qoyublar ki, təbiətin "canı” çıxıb. Hər əlinə balta götürən düşüb meşənin canına yaşlı, cavan ağaca baxmayaraq, qırıb-çatıblar. Və nəticədə də bu gün biz təmiz hava üzünə həsrət qalmışıq. Ağacı qırmışıq, tay fikirləşməmişik ki, onun yerinə başqa bir ağac əkək. Əksinə, gözümüz axtarıb ki, tay harda ağac var, onu da qırıb həmin yerdə bir obyekt tikək. Bütün bunları göydən gələn yadplanetlilər eləməyiblər. Təbiəti, ağacları, meşələri bu günə qoyan biz insanlarıq.

Nə yaxşı ki, son illər dövlət səviyyəsində ölkədə yaşıllaşdırma işlərinə, ağacların əkilməsinə və böyüdülməsinə böyük önəm verilir. Hətta ölkə prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bi kampaniyalarda özləri iştirak ediblər. Yəni ölkə başçısı da, Birinci vitse-prezident də məmləkətimizdə ağacların əkilməsinə, yaşıllıqların salınmasına böyük qayğı göstəriblər və göstərirlər.



Təsadüfi deyil ki, ötən il ölkəmizdə 2 milyona yaxın ağac əkilib. Təkcə "Nəsimi ili”ndə 650 min ağacın əkilməsinə xeyir-dua verildi. Təbii ki, həmin ağacəkmə kampaniyası da cənab prezidentin nəzarəti altındaydı. Yəni ölkəmizdə bu gün təbiətə vurulmuş yaranı və ziyanı aradan qaldırmaq üçün çox böyük layihələr gerçəkləşdirilir. Aydındır ki, bu layihələrdə hər bir Azərbaycan vətəndaşı iştirak etməlidir. Vallah, hərə bir ağac əksə, ölkəmiz yaşıllıqlar diyarına çevrilər. Necə ki, Ukraynada, Rusiyada ağacların əkilməsinə və böyüdülməsinə böyük maraq var. Şükürlər olsun ki, bu maraq bizdə də get-gedə daha geniş vüsət alır.



Füzuli rayonunda da ağacların əkilməsinə və yaşıllıqların salınmasına son 8 ildə çox böyük diqqət yetirilib. Bu da təsadüfi deyildi. Çünki rayon icra hakimiyyətinin başçısı, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən Alı Alıyev rayonun yaşıllaşdırılmasını və orda ağaclar əkilməsini daim diqqət mərkəzində saxlayıb. Çox vaxt da bu təşəbbüs elə başçının özündən gəlib. Rayon camaatı isə ona dəstək verib. Məhz bu dəstəyin nəticəsidir ki, son 8 ildə Füzulidə 50 mindən çox ağac əkilib. Bununla yanaşı, 120 mindən artıq qızılgül əkilərək böyüdülüb.

Əlbəttə, bunları əkmək və becərmək elə də asan deyil. Ən azından ona görə ki, hər bir ağacı əkəndən sonra ona qulluq göstərməlisən və mütəmadi olaraq su verməlisən. Rayonun hansı kəndinə yolun düşsə, yolun kənarında xan çinarlara gözün dəyər. Əvvəllər bu ağaclar çox balaca idi. Amma əkilmiş -15800 xan çinarı iri gövdəli və qollu-budaqlıdı. Adam o ağaclara baxanda qürur hissi keçirir. Böyük Bəhmənli kəndinin girəcəyindəki yolun sağında və solunda əkilmiş xan çinarlar daha iridir. O ağaclar həm sol, həm də sağ tərəfdə budaqlar bir-birinə yaxınlaşaraq çox gözəl bir mənzərə yaradıb...



Aydındır ki, bu gözəllikləri yaradan və qoruyan insanlar var. Təkcə Horadiz şəhərində minlərlə əkilmiş ağac adama gəl-gəl deyir. Füzuli Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatının direktoru Teymur Qurbanov sözün həqiqi mənasında bu işlərin görülməsində öz ürəyini və qəlbini qoyub. Üstəlik də kombinatın əməkdaşları səhərin gözü açılandan axşama qədər bu yaşıllıqlara xidmət göstərir, qulluq edir, şəhərin küçələrində təmizlik işləri görürlər. Səhər saatlarında hamıdan tez onlar iş başında olurlar. Elə rayonun icra hakimiyyətinin başçısı Alı Alıyev də hər səhər onlarla iş başında görüşür, öz tapşırıq və tövsiyələrini verir. Təbii ki, bu tapşırıq və tövsiyələr də icra edilir. Və başçı da verdiyi tapşırığın icrasına nəzarət edir. Təbii ki, nəzarət olan yerdə həmişə də müsbət nəticələr əldə olunur.

Kombinatın direktoru Teyyub Qurbanovla səhər saatlarında görüşmək istəyirəm. Onun mobil telefonuna zəng çalıram. Telefonu qaldırır və deyir:

- Müəllim, mən "Qəhrəmanlar” parkındayam, sizi burda gözləyirəm. Bağışla ki, birinci dəfə zəng edəndə telefonunuza cavab verə bilmədim. Çünki icra başçısı Alı müəllim bizim yanımızdaydı və tapşırıqlarını verirdi. Bax, indi boşam və sizi gözləyirəm...

... Səhərin təmiz havası adama ləzzət eləyir. Sanki elə bil bu təmiz havanı udandan sonra özünü cənnətdə hiss edirsən. Dostum Ariflə 2-3 dəqiqədən sonra özümüzü "Qəhrəmanlar” parkına çatdırdıq. Heç mən Teymur müəllimi görməmişdim. Qara rəngli xidməti maşının yanında bir adam dayanmışdı. O dəqiqə hiss etdim ki, elə bu Teymur müəllim olacaq. O bizi görüb bizə sarı addımladı. Telefonla danışsaq da, üzbəüz tanış olub bir-birimizi daha yaxşı tanıya bildik. Teymur müəllim əlavə etdi ki, işçilərimiz Horadiz şəhərinin çıxacağındakı yerdə yaşıl ağacların yarpaqlarını budayırlar. Gedək siz də bu mənzərəni görün, bizim əməkdaşlarla tanış olun.



... İki-üç dəqiqəyə həmin yerə çatırıq. Doğurdan da gördük ki, kombinatın əməkdaşları əllərində qayçı yaşıl ağacların artıq böyümüş yarpaqlarını doğrayır. Bir neçə dəqiqə həmin mənzərəyə baxırıq. Doğranma prosesi başa çatandan sonra ağaclar daha bir gözəl görkəm alır. İnsan uzun saçını qırxdırandan sonra necə qəşəng görünürsə, bax, o ağaclar da elə gözəl görünür. Həmişə yaşıl olan bu ağaclar adama xoş ovqat bəxş edir. Özümü saxlaya bilməyib yarpaqları və artıq budaqları qayçıyla doğranmış bu yaşıl ağacların yarpaqlarını bir daha əllərimlə sığallayıram. Həmin anda ürəyimə və qəlbimə bu yaşıl ağacların sevgisi və hərarəti gəlir...

Sonra da kombinatın direktoru Teyyub Qurbanov həmin əməkdaşlarla bizi tanış edir. Deyir ki, bax, bu mühəndisimiz Rasim Mirzəyevdi, gördüyünüz bu oğlansa mütəxəssisimiz Zaur Şirinovdu. Bunlar isə fəhlələrimizdir – Rauf Məhərrəmov və Bəhruz. Biz onların hər biriylə tanış oluruq, səhərin təmiz havasında səmimi söhbət eləyirik. Bu səmimi söhbətdə həm Rasimin, həm Zaurun, həm Raufun, həm də Bəhruzun eyni açılır. Təbii ki, halal və zəhmətkeş insanlara öz dəyərini və qiymətini verəndə onlar da ruhlanır, qürur hissi keçirirlər.

Yolun kənarında görülən təmizlik işləri və yaşıllıqların budanması əlbəttə, təbiətə göstərilən qayğı və diqqətdir. Onu da qeyd edək ki, "Nəsimi ili”ndə Füzuli rayonunda 5000-dən çox meyvə ağacı əkilib. Biz bu rəqəmi Teymur müəllimin diqqətinə çatdıranda o dedi ki, yanvarın 20-dən fevralın 15-dək Füzuli rayonunda çoxlu sayda ağac əkiləcək. Məsələn, Hacıqabul-Horadiz avtomobil yolunun Horadizdən Kərimbəyli kəndinə qədər yolun sağ və sol hissəsində 3000 qızılgül kolu əkiləcək. Artıq yolun kənarında biz güllərin və ağacların əkilməsi üçün qazma işlərini də aparmışıq. Bu müddətdə həmin yolun kənarında 830 ədəd aylandra və 160 leylandra ağacı əkəcəyik. Hər bir ağac əkiləndən sonra biz ona xüsusi diqqət göstəririk. Çünki ağac da insan kimi bir canlıdı. Ona yayın istisində, qışın soyuğunda qulluq göstərməsən məhv olub gedə bilər. Ona görə də biz bu məsələləri ilboyu diqqət mərkəzində saxlayır, ağaclara, qızılgül kollarına və yaşıllıqlara mövsümi qulluqlar göstəririk. Çünki bizim kombinatın tabeçiliyində kifayət qədər əməkdaşlar var və onlar da hər gün tapşırılmış işi yerinə yetirirlər. Heç bir ağac, heç bir qızılgül kolu diqqətdən kənarda qala bilməz. Üstəlik də bir sevindirici faktı deyim ki, Füzuli camaatı da əkilmiş ağaclara, güllərə və yaşıllıqlara diqqətlə yanaşırlar. Kimsə bir ağacın budağını sındırsa, bir gülü kolundan qoparsa, o dəqiqə həmin adam ətrafdakıların təzyiqini və təpkisini hiss edəcəkdir.

... Səhər saat 9:00 olsa da kombinatın bütün işçiləri iş başındadı. Xüsusən də yayın istisində, qışın sazağında əllərində süpürgə səhər saat 6:00-dan küçələrdə təmizlik işləri aparan bu zəhmətkeş və halal qadınların işi diqqəti daha çox cəlb eləyir. Geyimləri, əllərindəki əlcək bir daha göstərir ki, bu qadınlar çox zəhmətkeş insanlardı.

... Uzaqdan onların xəbəri olmadan bir neçəsinin şəklini çəkirəm. Təəssüf ki, həmin görüntülər keyfiyyətli alınmayıb və qəzetimizdə o şəkilləri verə bilmirik. Heç nə olmaz. Təki bu zəhmətkeş qadınları Allah çox istəsin. Çünki onlar sözün həqiqi mənasında cəbhə bölgəsində əsl qəhrəman kimi səhərin gözü açılmamışdan öz işlərini vicdanla görürlər. Allah bir daha belə insanları qorusun!..




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK