hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | "Azercell" bu sertifikatı alan ilk mobil operator oldu Adalet.az | "Azercell" bu sertifikatı alan ilk mobil operator oldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

"Azercell" bu sertifikatı alan ilk mobil operator oldu

5253    |   2019-12-28 15:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru "Azercell Telekom” MMC bu ili növbəti uğura imza ataraq başa vurur.

Adalet.az xəbər verir ki, bu dəfə "Azercell" dünya üzrə yüzdən artıq ölkədə sertifikasiya xidmətləri göstərən Norveçin DNV GL şirkəti tərəfindən İSO/IEC 27001 sertifikatına layiq görülüb. Fəaliyyətində şəffaflığın qorunub saxlanmasını, müştəri məlumatlarının təhlükəsizliyini və məxfiliyini təmin etməyi prioritet hesab edərək, "Azercell" ölkədə bu sertifikata layiq görülən ilk mobil operator oldu. Belə ki, müstəqil audit yoxlamaları zamanı məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə "Azercell"in tətbiq etdiyi İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin beynəlxalq standartlara cavab verdiyi təsdiq edilib. İSO/IEC 27001 sertifikatı "Azercell"də məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının yüksək səviyyədə qorunmasını bir daha sübut edir.

Qeyd edək ki, İSO/IEC 27001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən hazırlanıb. Standarta uyğunluq sertifikatı yalnız İSO/IEC 27001-nin tələblərini tam qarşılayan, informasiya təhlükəsizliyi risklərini optimal idarə edən, davamlı olaraq audit yoxlamaları həyata keçirən və qanunvericilik üzrə qoyulan tələblərə uyğun məlumat təhlükəsizliyini təmin edən şirkətlərə təqdim edilir.

Xatırladaq ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.

Daha ətraflı məlumat üçünnews@mcs.azünvanına müraciət edə bilərsiniz.




İmza:

"Azercell Telekom" MMC-nin “Mobil Diş Klinikası” hesabatını açıqladı

Bakcell yeni “099” prefiksini istifadəyə verib

"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə 2019-cu il ərzində 5061 müraciət daxil olub

İnnovativ “Mobil Ödəmə” xidməti artıq Azərbaycanda

“Bakcell” və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün bayram şənliyi təşkil edib

"Azercell" bu sertifikatı alan ilk mobil operator oldu

“Bakcell”in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edib

"Bakcell" abunəçilərlə bağladığı müqavilələriə dəyişdirəcək

Azercell və Azərbaycan Beynəlxalq Bankından ölkəmizdə bir ilk!

Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan!

İnstagram və YouTube-un işində problemlər yaranıb

SON XƏBƏRLƏR
2020-01-21
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK