ANA SƏHİFƏ / YAZARLAR

PƏYƏDƏKİ EŞŞƏYİN SƏSİNƏ İNANANLAR

15511    |   2011-10-01 04:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müxalif qəzetlərimiz sevinə-sevinə heç bir əsası olmayan, fakta söykənməyən bir məlumatı manşetlərinə daşıyırlar.
   
   Guya Londonda keçiriləcək yay olimpiya oyunlarında Azərbaycan iki boksçumuzun qızıl medal alması üçün 10 milyon dollar rüşvət verib. Bi-Bi-Si-də veriliş gedərkən bir nəfər pəyədən telefon açaraq verilişə qoşulub və bunu söyləyib, deyib əlimdə də fakt var.
   
   Azərbaycanda idmanın sürətlə inkişafı, həm olimpiya oyunlarında, həm də dünya çempionatlarında qazandığımız böyük uğurlar təbii ki, bizi sevməyənləri sevindirə bilməz. Ona görə hər vəchlə uğurlarımıza kölgə salmağa çalışırlar. Bu məlumat da həmin məqsədi daşıyır. London olimpiadasının təşkilatçılarından biri İvan Xodabəxş deyib belə bir şey yoxdu. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Əbiyev deyib belə bir şey yoxdu, Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq- Kuo Vu da deyir ki, əlimizdə belə bir fakt yoxdu, amma biz deyirik, yox, var və bunu manşetlərə daşıyırıq. Özümüz öz idmanımıza ləkə atırıq.
   
   Hazırda Azərbaycanda boks üzrə dünya çempionatı gedir. Dünyanın diqqəti Bakıdadı və belə bir vaxtda təbii ki, bu məlumat mətbuata təsadüfən ötürülməyib.
   
   Məlumatı manşetə daşıyan qəzetlərin birində qəribə bir məlumat da oxudum ki, Ermənistan mətbuatı da sevinə-sevinə geninə-boluna bu məlumatı yayırlar. Başa düşdük də, təbii ki, erməni bunu yayacaq.
   
   Qardaşlar, bəs biz niyə yayırıq bu yalan, saxta məlumatı? Biz niyə erməni dəyirmanına su tökürük?
   
   İki adamın arasında olan söhbət indiki zamanda iki adamın arasında qalmır. Onda ki başqalarını demirəm, boksda beş hakim var, onlara rüşvət verəsən və bu mümkün olan şey deyil.
   
   İkincisi, bu idmandı, deyək ki, bizim boksçumuzu Allah göstərməsin, nokaut elədilər, hakim onu qucağına alıb əlini göyə qaldıracaq?
   
   Və sonda. Mən boksla məşğul olmamışam. Vaqif Bayatlı demişkən, bir şilləlik də canım var, amma mənə bircə milyon pul verən olsa gedib Londonda baş nazir Kemeron da olmaqla hamını şil-küt edib gələrəm.
   
   Yadıma bir hadisə də düşdü. "Neftçi"nin ağır vaxtlarıydı, Tiflisdə "Dinamo" ilə görüşürdü. Əgər uduzsaydıq yüksək liqanı tərk edəcəkdik. Əhməd Ələsgərov "Dinamo"nun rəhbərliyinə deyir ki, sizə xal lazım deyil, qonşuyuq, qardaşıq, 10 min (o vaxt bu çox böyük pul idi) də pul verirəm, gəlin heç-heçə edək. Amma gürcülər razılaşmır. Əhməd Ələsgərov qayıdır soyunub-geyinmə otağına, pulu atır oyunçuların ortasına. Deyir ki, bu pullar da sizindi, qeyrətə oynayıb bu gürcüləri məhv eləməlisiniz.
   
   Elə bil "Neftçi"nin oyunçularına naşatır sürtmüşdülər. Kipiani açıq-açıq televizyonda görünürdü, bizim oyunçulara yalvarırdı ki, hətta boğaz çəkirdi, bizi öz azarkeşlərimizin qabağında pərt eləməyin, gəlin heç-heçəyə oynayaq. Həmin oyunda "Neftçi" 2:1 hesabı ilə qalib gəldi.
   
   İndi aparıb hansısa ingilis-mingilisə niyə pul veririk ki, o puldan elə öz boksçularımıza versək, Kemeron başda olmaqla bütün Londondakıları çırparlar.
   
   Gəlin heç olmasa özüm-özümüzü şərləməyək.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK