hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: DƏLİ BİR İSTƏK Adalet.az | Əbülfət MƏDƏTOĞLU: DƏLİ BİR İSTƏK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: DƏLİ BİR İSTƏK

(Saralmış dəftərdən....)

8329    |   2019-12-02 10:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır






















Sonuncu duayam - oxuyun yavaş...
Oxuyun, siz məni duyana kimi!..
Əliniz Tanrıdan üzülməsin kaş -
Siz məni oxuyub doyana kimi...

İstəyin, bilirəm , qurtulmaq məndən
Çəkdiyim saralıb - olubdu dən - dən...
Nə Ondan küsəcəm, nə də ki , səndən -
Yuata götürüb yuyana kimi!

Gör necə göynəyir bağrımın başı?
Buzlayır kirpikdə gözümün yaşı...
Tanrı əlindədi bil, məhəng daşı -
Çəkib atacaqdı o yana kimi?!

Bu necə yazıdı, bu nə cür xislət
Daş üstə göyərir seçdiyim qismət!
Sənə yar gülləsi dəysin Əbülfət,-
Mən birdən üçədək sayana kimi!



İmza:
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK