hacklink Adalet.az | Aldatmayın özünüzü Adalet.az | Aldatmayın özünüzü Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aldatmayın özünüzü

2070    |   2019-11-06 14:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tez-tez yutubda Qarabağla bağlı videolara baxıram. Qorxuram ki, unudaram başımıza gətirilənləri. Ermənilərin bir videosu çıxdı rastıma. O vaxt Xankəndidə çəkilib. Ərazini tutublar, gəzişirlər. Ətraf bizimkilərin cəsədlərilə doludur. Bir tankımız da partladılıb. Ermənilər gəlir, həmin tankda yanıb kül olan cəsədlə oynayırlar, bir-birilərinə nəsə deyirlər. Sonra yenə gəzirlər. Biri döyüşçümüzün yerdə qalmış cəsədinin üstünə qoyur ayağını. Qarnından ayağıyla basıb sıxır. Nəsə deyir. Sonra başqa bir cəsədimizin yanına gəlirlər. Soyundurulub. Bədəni gömgöydü. Uzaqdan erməninin biri gəlib qəfil başına bir təpik ilişdirir döyüşçümüzün cəsədinin. Sonra ermənilər gülüşürlər. Bu kadrı görəndə dik atıldım, o ki var söydüm, söydüm, gözlərim doldu. Sonra erməninin biri o biri cəsədimizə yaxınlaşdı. Döyüşçümüzün başı yox idi. Çox güman onun başına pul qoyubmuşlar. Çox ağır kadrlardır. Normal adam o videoya gözlərini zilləyib baxa bilməz. Mütləq qorxusundan bir əliylə gözlərini ttacaq, ya da üzünü yana çevirəcək. Youtube-da "Footage from Nagorno-Karabakh War (1988-1994)" yazın, baxın. Videonun sonunda zurna-balabanlı mahnı sədaları altında təşkilatlanmış erməni bicləri yürüş edirlər. Hamısı da tam silahlı. Yol üstündən dəfələrlə gedib-gəlinmiş, yerə yapışmış cəsədlərlə dolu.

Bu kadrlar hamısı təbii müharibə filmidir. Ehtiyac yoxdur Qarabağ haqqında film çəkməyə. Heç alınmır da bizdə. Bilmirəm niyəsini. Amma bizimkilər öz faciələrini çəkə bilmirlər. Nə film kimi, nə də dərd kimi. Heç yaza da bilmirlər. Nə şeir kimi, nə də tarix kimi.

Bütün bunlardan sonra kosmopolitmi olacam? Qəti! Fransız da, yəhudi də, başqaları da kosmopolit deyil. Aldatmayın özünüzü. Özünüzü ölkə səviyyəsində alçaltmağınız bir yana, heç olmasa, dünya səviyyəsində alçaltmayın.




İmza:Eminquey

YAZARIN ARXİVİ

2019-11-20 : GÜNÜN SİTATI
2019-11-04 : TƏBRİK
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK