nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | “Mən irqçiyəm, türk oğlu türkəm...” – Mübariz Mənsimovla müsahibə Adalet.az | “Mən irqçiyəm, türk oğlu türkəm...” – Mübariz Mənsimovla müsahibə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Mən irqçiyəm, türk oğlu türkəm...” – Mübariz Mənsimovla müsahibə

32074    |   2019-11-06 09:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun "SeaNews” beynəlxalq gəmiçilik jurnalına verdiyi müsahibəni təqdim edir:

– Mübariz Mənsimov, sizi tanıya bilərik?

– 1968-ci ildə Bakıda anadan olmuşam. Anam evdar xanım, atam liman işçisi idi. Mən 9 qardaşın dördüncüsüyəm. Məndən böyük 3 bacım var. Xəzər bəziləri üçün göl, bizim üçün isə dənizdir və Bakı bildiyiniz kimi, Xəzər dənizi sahilində yerləşir… Bundan ilhamlanaraq uşaqlığımda kapitan və ya dənizçi olmaq istəyirdim, lakin ailəm məni təəssüf ki, hərbi məktəbə göndərdi. Uşaq bağçası və orta məktəbi Azərbaycanda oxudum. Mən Azərbaycanda uzun müddət qalmadım. 12 yaşım olanda hərbi məktəbə getdim, hərbi kariyeram oldu. 1990-cı ilin əvvəlində ordudan ayrıldım. 1989-cu ilin sonu 1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağıldı. O illərdə ordudan ayrıldım və uşaqlıq arzularımın ardınca – dənizə geri döndüm. İlk növbədə dənizçiliyi öyrənməyə başladım. Gəmilərdə qısa bir müddət çalışdım. Əvvəlcə aşpaz kimi işləyirdim, amma yemək bişirməkdə yaxşı olmadığımı anlayıb göyərtəyə qalxdım. İlk gəmimi 1991-1992-ci illərdə 3 ortaq birgə aldıq. Kiçik bir balıqçı gəmisi idi… Sonra bir yük gəmisini aldıq və yük daşıma işinə başladıq. Həyatımın böyük bir hissəsi Rusiyada keçdi. 12 yaşımdan sonra Moskvada və Sankt-Peterburqda yaşadım. İlk şirkətlərimi də elə bu şəhərlərdə qurdum. O dövrdə Türkiyəyə də gəlirdim. 1993-cü ildə "Acente 34”ə ortaq oldum. Suat Dinçelek mənim sevimli qardaşım, dostumdur. Onunla tanış olduq. Öncə "Acente 34” şirkətini, daha sonra "Samed Xarici Ticarət”, ən sonda isə "Palmali” şirkətini qurduq… O zamanlar Rusiyada "Lena Liner” adlı bir şirkətim vardı. Oradan da ayrıldım və 1993-94-cü illərdən sonra demək olar ki, həmişə Türkiyədə olurdum. Ticari mərkəz olaraq Türkiyəni seçdim. Mənim ilk şirkətim 1992-ci ildə Rostovda, "Palmali” isə 1997-ci ildə yaradılıb. Daha doğrusu, şirkətimin adı dəyişərək "Palmali” oldu. 1997-ci ildə "Palmali” şirkətinin 17 gəmisi var idi. Yavaş-yavaş, böyüyə-böyüyə bu sayı 200-ə qədər artırdıq.

– "Palmali” adı haradan gəlir?

– Mənimlə 20 ildən artıq işləyən Nuray xanım var. Rusiyadan ona zəng elədim. "Mərkəzi İstanbula keçirəcəyəm, şirkət qur” dedim. "Nə şirkət?” deyə soruşdu və mən də dənizçilik şirkəti deyə cavabladım. 1997-ci ilin oktyabr ayı idi. İşdən yorğun gəlib yatdım. Səhər oyananda qapı döyüldü. Açdım ki, Nuray xanımdır. "Hər şey hazırdır, qalx imza atmağa gedək” dedi. "Nə imzası?” deyə soruşdum. "Dediyin şirkəti qururuq” dedi. Televiziyanın yanında Robinson Crusoe filminin diski var idi. Onun kimi mən də möcüzə ilə üzləşmişdim. Robinson adaya düşdüyü zaman "Mən haradayam?” deyə özünə sual edir və başı palma ağacına dəyir. Bu səbəblə harada oyandığını fərq etmir və adanın adını palmali qoyacağını deyir. Bilirsiniz palma ağacı dözümlü bir ağacdır, dəniz suyuna qarşı dayanıqlıdır, tənhalığı sevir. "Palmali” adı da oradan gəlir. Yəni ad sadəcə bu filmdən gəlir. Başqa heç bir səbəb yoxdur.

– Türkiyəyə olan sevginizi hər fürsətdə dilə gətirirsiniz. Bu sevgi necə başladı?

– Bəziləri bunu xoşlamır, amma mən irqçiyəm, türkçüyəm, türk oğlu türkəm. Mərhum babam Məcid həmişə sandıqdan bayraq çıxarar və mənə göstərib deyərdi: "Bizim əsl torpaqlarımız bu dağları aşdıqdan sonra başlayır. Biz türkük, türk”. Bax beləcə, babam mənə türkçülük sevdasını aşıladı. O, həmişə Atatürkdən danışardı. Babamın boyu çox uzun idi. Deyərdi ki, Atatürkün boyu ondan da uzundur. Bizim də xəyalımızda Atatürk boyu 2 metrdən uzun bir pəhləvan kimi qalmışdı.

– Sizin Azərbaycanla olan biznes və digər münasibətləriniz necədir?

– Azərbaycana investisiyalar yatırmağa davam edirəm. Oradakı bütün işlərimi kiçik qardaşım idarə edir. Azərbaycan mənim evimdir. Mən Azərbaycan türküyəm. Müxtəlif sahələrdə də ticarət fəaliyyətləri davam edir və davam edəcək.

– Ortaqlarınızla işbirliyinin pozulduğu deyilir. Bu barədə nə deyə bilərsiniz?

– "Palmali”nin heç vaxt ortağı olmayıb. "Palmali”nin sadəcə hər hansı fərqli layihələrdə ortaqlıqları var. ARDNŞ ilə tərəfdaşlığımız olub. Onlarla da fikir birliyi ilə ortaqlığı ləğv elədik. Onlar Azərbaycan neft şirkəti olaraq köhnədən həmişə FOB (Free On Board) satırdılar, CIF (Cost Insurance and Freight) biznesinə başlamaqları üçün kömək etdim. CİF hər zaman FOB-dan daha effektiv və daha sərfəli olduğundan əlimdən gələn köməyi etdim. Peşman deyiləm, çox gözəl bir iş gördüm. Vətənimə kömək etdim. Ümumilikdə 14 gəmimiz var idi. Mən şirkətdə 35 faiz paya sahib idim. Ayrıldım.

– Biz əsasən neft və neft məhsulları daşınmasını həyata keçirdiyinizi bilirik. Çeşitləndimi?

– Bizim əsas işimiz dənizçilik, gəmiçilik, göndərmə və lojistikadır. Limanlarda təşkilatlarımız da var. Biz yalnız öz gəmilərimizlə deyil, həm də kirayəyə götürdüyümüz gəmilərlə də daşınmaları həyata keçiririk. "Palmali Group” dünyanın ən böyük donanmalarından biridir. Xam neft daşınmasından başqa bütün daşınma işləri ilə məşğul oluruq. Qida və içki sənayesində daha çox maye yük daşıyırıq. Bütün tankerlərimiz minimum İMO II sinfinə aiddir. Qara dənizdən gələn neftin 75%-ini daşıyırıq. O bazarda da çox yaxşıyıq.

– Yeni müqavilələr varmı?

– Biz "Total”, "Shell”, BP, "Statoil”, "Vitol” ilə, dünyanın ən böyük xammal şirkəti "Glencore” kimi şirkətlərlə işləyirik. Yeni müqavilələr imzaladıq. "Tin Treyk”, "Repsol”, "İntoil”, "Nikoil”, "Yuq Rusi” və s. kimi şirkətlərlə uzun müddətli müqavilələrimiz var. Avropanın ən böyük şirkətlərindən olan "Tin Treyk” ilə münasibətlərimiz çox yaxşı səviyyədədir.

– Böyük bir donanmanız var. Bir müsahibədə dediyiniz kimi yeniliklər gözlənilir. Bu yeniliklər donanmada zəruri dəyişikliklərə səbəb olacaqmı?

– Yaxşı ki, bu məsələyə toxundunuz. Eşitdiyimə görə, "Palmali”nin gəmilərinin batdığı və satıldığı haqda yalan məlumatlar yayırlarmış. Belə deyil. "Palmali” sadəcə yaşı 15-dən çox olan gəmiləri əldən çıxarır. Yeni sistemlər, enerji qaz sistemi, SOx emissiyaları sistemi gəlir. Bununla əlaqədar hansı gəmilər bu sistemə uyğun gəlmirsə, onları satırıq. Bu da təxminən 15 gəmi deməkdir. İnşallah, yanvar ayında tender keçirəcəyik. Çox gözəl bir layihə başlayır. Türkiyə və Rusiyadakı limanlarında bu gəmiləri inşa etdirməyi planlaşdırırıq.

– Dəniz turizmində da varsınız? Yalıkavak Marina davam edir?

– Dəniz turizmində varıq və olacağıq. Biz öz mal varlıqlarımızı vermirik və verməyəcəyik də… Müəyyən bir haqsızlıq var idi. Köhnə işçilərlə yollarımızı ayırdıq. Hüquqi proses davam edir. İndi bu barədə danışmaq doğru deyil.

– Türkiyədəki son iqtisadi vəziyyət, tədbirlər, valyutalardakı dəyişikliklər sizə necə təsir edəcək? Bu kontekstdə, Türk dənizçiliyinin gələcəyini necə qiymətləndirərdiniz?

– Daha əvvəl bunu bir çox görüşdə demişəm. Türk dənizçilik sektoru güclənməlidir. Təəssüf ki, Türkiyədə iki tip dənizçi var; bir qeyri-peşəkarlar, iki gəmi sahibləri. Qeyri-peşəkarlar bazardan çıxarılmalı, gəmi sahibləri qalmalıdır. Bu işə müvəqqəti investisiya olaraq baxmayanlar, işi bilənlər… Türkiyə 3 tərəfi dənizlə əhatə olunmuş, dəniz sevdalısı xalqa sahib bir ölkədir. Dənizçilikdə yunanlılar və ruslardan daha yaxşı olmalıyıq. Bunun üçün həm güc, həm də irqi potensialmız var. Yalnız və yalnız hüququ investisiyaların düzgün həyata keçirilməsi lazımdır. Hazırda valyutalarda artım Türk gəmi sahibləri üçün bir şansdır… Çünki daşınmalar beynəlxalq valyutalarla edilir. Amma əksinə, buradakı təmir işləri, daha ucuz, əmək, tikinti xərcləri azdır. Türkiyə lirəsinin dəyər itirməsi çox üzücü bir hal olsa da, gəmi sahibləri üçün zərərlərə səbəb deyil. Avropalı bankların Türk gəmi sahiblərinə tərs münasibəti müvəqqətidir. Bu vəziyyətdən də istifadə etmək lazımdır. Daha az kredit götürüb biznesə qoymaq effektiv olacaq. Bilirsiniz, son 15 ildə gəmi sahibləri böhran içindədirlər. Həmişə eyni şeyi söyləyirəm; bir çox lazımsız donanma var idi. Keçmişdə qiymət və təhlükəsizlik baxımından ən uyğun, alternativsiz dəniz daşınması idi. Artıq belə deyil. Dəmiryolları var, boru kəmərləri var. Biz daha çox müştəri əldə etmək üçün yük sahiblərinə əminlik verməliyik. Yük sahibi qiymətləndirmə apararkən dəniz marşrutunu daha təhlükəsiz, daha sürətli və daha sərfəli bilməlidir.

– Xəyallarınızda qurduğunuz nöqtədəsiz?

– "Palmali”ni nə qədər qaralasalar da, dünya dənizində var və olacaq. "Palmali” sadəcə mənim uğurum deyil, "Palmali” böyük bir ailədir. Biz dənizçidən, dənizdən, kapitandan, aşbazdan fəhləsinə qədər bütöv bir komandayıq. İnsanın ən böyük var-dövləti şirkət deyil, şirkətin içindəki insanlardır. "Palmali” komandası çox peşəkardır. Dünyada 21 ofisimiz var. Onların hamısından məmnunam. Mən özünə inamlı biriyəm. Savaşmağı sevirəm. Adımın mənası da savaşçı deməkdir. İşi hədəfləyirəm, pulu deyil. Məqsədə çatdığım anda yerimdə dayanmıram, dərhal bir sonrakı hədəfimi müəyyənləşdirirəm.

– Hobbiniz nədir?

– Kitabları, üzməyi, atları çox sevirəm. Çox yaxşı silah kolleksiyam da var. Bəlkə də, silah sevgim babamdan gələn bir zövqdür, amma bəlkə də əsgərlik illərinin də buna təsiri var. Köhnə antik silahlarım var və bunlardan bəziləri Türkiyədə hərbi muzeylərdə sərgidə nümayiş etdirilib. Atatürkün əlinə dəymiş bir bayrağı isə "Harbiye”dəki hərbi muzeyə hədiyyə etmişəm. Antik maşınlarla da maraqlanıram. Koç muzeyində sərgidə bir çox antik maşınım var. Qızılları xoşlamıram, istifadə edə bilmirəm. Heyvanları sevirəm. Evdə 100-dən çox it saxlayıram. Övladlarım da itləri sevir.

– Neçə uşağınız var? Aralarında dənizçiliyə maraqlı olan varmı?

– Dörd uşağım var. Mən uşaqlarıma təzyiq göstərmirəm. Onlar öz sahələrini azad seçəcəklər. Amma istəyərdim onlar dənizçiliyi sevsinlər. Mən uşaqlara təzyiq etməkdən daha çox dost olmaqdan yanayam. Çünki vaxtında mənə də təzyiqlər edildi, əsgər oldum, sonra isə dənizə geri döndüm. Hər şeyin bir bədəli var. Valideynlərim həyatdakı ən böyük varlığımdır, şansımdır. Əgər atam məni intizamlı bir yerə – hərbi mühitə yollamasaydı, bəlkə də bu gün bu yerlərə qədər yüksələ bilməzdim.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

“KORONAVİRUSDAN SONRA DÜNYANI YENİDƏN BÖLƏCƏKLƏR…” –“Bu, siyasi və geosiyasi məsələdir”

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA evdəqal SÖHBƏTİ

“Turana qovuşmaq bütöv Azərbaycandan keçir” - MÜSAHİBƏ

1918-ci ilin 31 mart soyqırımı-soyumayan "Böyük Ermənistan" ehtirası

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-04-04
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK