hacklink Adalet.az | Nazir: Qeyri-düzgün verilmiş icazə hesabına hansısa obyektin tikilməsi qəbuledilməzdir Adalet.az | Nazir: Qeyri-düzgün verilmiş icazə hesabına hansısa obyektin tikilməsi qəbuledilməzdir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Nazir: Qeyri-düzgün verilmiş icazə hesabına hansısa obyektin tikilməsi qəbuledilməzdir

3469    |   2019-10-31 12:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı o qədər də yaşıllığı olmayan şəhərdir. Biz çalışırıq ki, Bakıda yaşıllıqlar salınsın. Hansısa bir pozuntu hesabına, qeyri-düzgün verilmiş icazə hesabına ağacların kəsilməsi və orada hansısa obyektin tikilməsi qəbuledilməzdir.

Adalet.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, ümumilikdə son dövrlərdə ekologiyanın pozulması, atmosferin çirkləndirilməsi halları azalıb, daha az faktlar var: "Sözsüz ki, pozuntular var. Harada insan var, müəssisələr fəaliyyət göstərir, orada tullantı, pozuntu var. Bizim əsas məqsədimiz insanların maarifləndirilməsidir. Bəzi hallarda insanların qaydaları biliməməsi pozuntulara gətirib çıxarır. Sözsüz ki, pozuntular aşkar olunanda cərimələr tətbiq olunur, lazım olduğu halda müvafiq sənədlər polisə də, prokurorluğa da göndərilir. Ancaq biz istərdik ki, məsələ bu səviyyəyə gəlib çıxmasın. Biz istəyirik ki, insanlar maariflənsin, eyni zamanda burada ictimai qınaq da olmalıdır. Ekologiyaya ziyan vuran insanlara qarşı ictimai qınaq da olmalıdır. Məsələn, kimsə ekologiyaya ziyan vurursa, gözləmək lazım deyil ki, nazirlik gəlib onun qarşısını alsın, ictimaiyyət də bu məsələdə fəal olmalıdır”.



İmza:

Hüseynbala MİRƏLƏMOV: MƏNİM POLİSİM

DTX rəisi: "30-dan çox xarici vətəndaşın Azərbaycan ərazisindən istifadə etməklə..."

“İcra başçısı təyin olunacağımı gözləmirdim” - Elşad Həsənovdan ilk AÇIQLAMA

Mikayıl Cabbarov: Azərbaycan yeni inkişaf drayverlərini işə salmalıdır”

Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib

Samir Şərifov: Büdcə zərfi yeni layihələr, sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib olunub

Elşad Həsənov Yasamal rayonuna icra başçısı təyin edilib - SƏRƏNCAM

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

“Azəriqaz”ın yeni baş direktoru: Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, lakin...

Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Ordusu əməliyyat təlimlərinə başlayır

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO

SON XƏBƏRLƏR
2019-11-12
2019-11-11


VİDEO