hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: ŞƏFALI ƏLLƏR Adalet.az | Faiq QİSMƏTOĞLU: ŞƏFALI ƏLLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ŞƏFALI ƏLLƏR

8983    |   2019-10-23 12:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... İnam olmayan yerdə həyat yoxdur. Gərək insan nəyəsə inansın və bu inamın işığıyla da qaranlıqdan çıxa bilsin. Ən azından ona görə ki, inam olmayan yerdə insan diriykən özünü ölü kimi hiss eləyir. Elə ki, insanın qəlbində inam yaranır və yağışdan sonra həyata can verən rişə kimi yaşamaq ümidi də artır. İnsanın ən böyük inamı Allahdır. Çünki Allaha inam olmayan yerdə insan oğlu heç vaxt bir addım belə ata bilməz, yaşamağı bacarmaz.

Bizdə insanlar həm Allaha inanırlar, həm ziyarətgahlara, həm də çox böyük ümidlə şəfa tapacaqları həkimlərə. Təbii ki, hər bir xəstədə, pasiyentdə inam olmasa, o, çox çətin sağala bilər. Bir dəfə rəhmətlik atam Bakıya gələrkən bərk xəstələndi. Daha doğrusu, ürəyinin ağrısı baş qaldırdı. Burda o həkim, o kardioloq qalmadı ki, üstünə gətirməyək. Onların arasında tibb elmləri doktorları, professorlar da vardı.

Amma atamın yanına rəhmətlik böyük qardaşım gələndə dedi ki, ay bala, gələndə kənddən Hidayət həkimi də gətirərdin. Kişi Allaha necə inanırdısa, Hidayət həkimə də elə inanırdı. Çünki dəfələrlə Hidayət həkim onu ölümün pəncəsindən xilas eləmişdi. Həmişə ən ağır anında, Hidayət həkimi arzulayardı...

Mənim 30 ildən çox tanıdığım və eləcə də müalicə olunduğum bir müalicəxana var – "Abşeron” sanatoriyası. Çox vaxt müalicəyə ora getmişəm və orda da 30 il tanıdığım bir tibb bacısı - Kimya Qarayeva ilə tanış olmuşam. Düz 30 ildir ki, Kimya xanımla bacı-qardaş münasibətimiz davam eləyir. Hətta müalicəyə gedə bilməyəndə də zəng eləyib əhvalımı soruşub, müəyyən müalicələri götürməyimi tövsiyə edib.



Düzdür, o tibb bacısıdır. Amma 45 illik həyat təcrübəsi onu daha təcrübəli tibb işçisi kimi yetişdirib. Elə çox vaxt mən ona "həkim” deyə müraciət edirəm. O da gülür və deyir ki, müəllim, həkim mən deyiləm, başqalarıdı. Mən sadəcə olaraq, burda mədə-bağırsaq, öd kisəsinin yuyulması ilə məşğulam. İnsan kim olursa olsun, gərək öz seçdiyi peşənin mahir bilicisi olsun. Bu mənada mən deyərdim ki, Kimya xanım Qarayeva respublikamızda öz peşəsini bilən 5 bacarıqlı tibb bacısından biridi. Çox vaxt hər yerdən əli üzülən, bağırsağında qanaxması yaranan xəstələr onu axtarıb tapırlar. O da bağırsağın yuyulması zamanı üzə çıxan fəsadları görür və bu barədə pasiyentə məlumat verir. Daha doğrusu, pasiyenti məlumatlandırır ki, bağırsağında qanaxması var, onu təbii otlarla və müəyyən dərmanlarla müalicə etmək mümkündür. Heç bu müalicənin də pulu o qədər də çox eləmir. Cəmi 10-15 manat təbii otlara və yağlara pul gedə bilər. Amma hansı ki, pasiyent bu müalicəni götürməsə, bir müddətdən sonra cərrahiyyə əməliyyatına məruz qalırsa, 1200-1500 manat pulu çıxacaqdır. Ona görə də bu gün insanların maariflənməsinə çox böyük ehtiyac var. Çünki mövcud durumu başa düşən savadlı və ziyalı pasiyent daha asan yolla müalicə oluna bilir.

Mən təsadüfən bu epizodu xatırlamadım. Çünki dəfələrlə orda müalicə olunarkən görmüşəm ki, səhhətində problem yaranan insanlar bu məsələyə çox laqeyd yanaşırlar. Və sonradan onların ağır cərrahiyyə əməliyyatına məruz qaldıqlarının da şahidi olmuşam. Xəstəxanalardan fərqli olaraq, sanatoriyalara səhhətində cüzi problemləri olan insanlar üz tuturlar. Əlbəttə, müxtəlif xəstəliklərin ilkin başlanğıc dövründə yüngül olduğu üçün onu sanatoriya müalicəsi ilə sağaltmaq çox asan olur.

Yaxın dostlarımdan biri deyir ki, əgər, ağır xəstəliyə düçar olmusansa, ya Almaniyaya get, ya Amerikaya, ya da İsrailə. Sanatoriyaya getmək istəyirsənsə, ya Yesintukini seç, ya da "Abşeron”u. Karlovı Varının adı çıxıb. Orda olmuşam, nə Yesintukinin yerini verib, nə də bizimkinin.

Mən həmişə görmüşəm ki, Kimya xanımın yanına kim gəlibsə, çox böyük inamla, ümidlə gəlib. Bu xanım da ümidlə, inamla gələnləri böyük sevgiylə qarşılayır. Mənim dostlarım olan yazıçı-publisist Nazir Çərkəzoğlu, İqbal müəllim, Məzahir müəllim, Seymur müəllim həmişə bu müalicəxanaya gələndə Kimya xanımı axtarıb tapıblar. Ondan savayı da burda mədə-bağırsaq, öd kisəsi yuyan və mikroklizma eləyən tibb bacısı var. O da çox bacarıqlıdır. Amma əksəriyyət tanıdığına, bildiyinə və inandığına görə, bu xanımın müalicəsini götürürlər və deyirlər ki, onun əlləri çox şəfalıdır.

Həkimin, tibb bacısının əlləri şəfalı olmaqla yanaşı, dili də şirin olmalı və insanlara sevgiylə yanaşmağı bacarmalıdır. Kimya xanımı 45 il tanıyan pasiyentlərin hamısı çox yaxşı bilir ki, o, bu keyfiyyətləri özündə necə daşıyır. Çünki bu xanımın şəfalı əlləri olmaqla yanaşı, çox böyük ürəyi də var. Və bu ürəyin sahibi ona üz tutan pasiyentlərə öz əzizləri, doğması kimi baxır.

Kimya xanım Qarayeva bayaq dedik ki, 45 ildir ki, bu şəfa ocağında çalışır. O, ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi” medalına layiq görülüb, əmək veteranıdır. Dəfələrlə yaxşı işinə görə, rəhbərliyin Fəxri Fərmanını alıb. Və həmişə də deyir ki, mən özümü ona görə xoşbəxt sayıram ki, pasiyentlərim məndən razı qalırlar.

Bu xanımın həm də gözəl ailəsi var. Nəvələri həmişə onu sevgiylə əhatəyə alır. O da nəvələrini görəndə bütün ağrı-acı çiyindən götürülür, özünü daha rahat və daha xoşbəxt hiss eləyir.

Müalicəxanada onunla yanaşı, İradə, Mehriban, Maya, Toma, Sədaqət, Sevinc, Zərifə, Telli xanım da çalışırlar. Ən başlıcası isə bu müalicəxanaya gələn insanlar ümidlərinin və istəklərinin göyərdiyini görürlər. Belə ki, müalicəni qəbul edəndən bir müddət sonra ağrı-acılarının azaldığını və sağaldıqlarını bildirirlər. Dostlarından biri Nadir Çərkəzoğlu deyir ki, bu müalicələri götürəndən sonra düz 1 il özümü əla hiss edirəm və heç bir yerim də ağrımır. Yaşım 65 keçsə də, çalışıram ki, heç olmasa ildə bir dəfə Kimya xanımın yanında olum, onun müalicələrini götürüm.

Şəfanı verən öncə Allahdır. "Əl Fatihə” surəsinin 5-ci ayəsində buyurulub ki, "Yalnız mənə ibadət edin və yalnız məndən kömək istəyin”. Əlbəttə, xəstəxanaya həkimin yanına gedən hər bir şəxs şəfanı Ulu Yaradandan istəyir. Və hətta həkimlər deyirlər ki, əvvəlcə şəfanı Allahdan, sonra bizdən istəyin. Çünki Allahın izni olmadan biz heç bir şey edə bilmərik.

Bura gələn pasiyentlər də elə şəfanı böyük Yaradandan istəyirlər. Sonra da görürlər ki, burda şəfa tapırlar. Və şəfa tapdıqları tibb bacılarından biri də Kimya xanım Qarayevadır. Allah-Təala bütün şəfa verən həkimləri qorusun və Kimya xanımın özünü, ailəsini, balalarını, nəvələrini də hifz eləsin!




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-21
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK