ANA SƏHİFƏ / GÜNDƏM

“Digər ölkələrdən enerji asılılığımız yoxdur” - Pərviz Şahbazov

7041    |   2019-10-18 10:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hazırda Azərbaycan və İran energetika sistemləri arasında 230 kV-luq "Masallı (AR) Astara (İR)” elektrik verilişi xətti tikilir. "Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin” və "Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

Bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib. O, bildirib ki, "Xudafərin” hidroqovşağının bəndi üzrə işlər 95%, "Qız qalası” hidroqovşağının bəndində isə işlər 50% başa çatdırılıb.

"1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt, orta illik enerji istehsalı 766 milyon kVt/s həcmində planlaşdırılan stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradacaqdır. "Ordubad” və "Marazad” su elektrik stansiyaları layihələri üzrə də işlər davam etdirilir”.

Nazir hesab edir ki, enerji təhlükəsizliyi tam təmin edilib: "Digər ölkələrdən enerji asılılığı aradan qaldırılmış, artıq özü elektrik enerjisi ixrac edən ölkə kimi Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlər əldə etsə də, əsas hədəflər hələ qarşıdadır. Çünki dünyada energetika sektoruna olan müasir tələblər yeni məzmun kəsb edir, trendlər dəyişir, enerji istehsalı portfelinin şaxələndirilməsi, səmərəlilik və keyfiyyət standartlarının yaradılması və bu məqsədlə enerji bazarının liberallaşdırılması tendensiyaları geniş vüsət alır. Qloballaşma dövründə sürətlə dəyişən iqtisadi, siyasi vəziyyət, xüsusilə də iqlim dəyişiklikləri ilə bağlı çağırışlar, enerji sektorunun daha az emissiya buraxmaqla daha çox enerji təchiz etmək kimi aktual probleminin həlli və texnologiyaların inkişafı dünya enerji sistemində transformasiya proseslərinə təkan verir.

Paris Sazişi ilə ölkələr qlobal orta temperaturdakı artımı 2 dərəcədən aşağı saxlamaq öhdəliyini götürsələr də, təəssüf ki, 2018-ci ildə istixana qazlarının atmosferə atılması əvvəlki ilə nisbətən 1,7% artaraq tarixdə ən yüksək səviyyəyə çatıb. Karbon emissiyalarını daha çox elektroenergetika sektorunun yaratdığını nəzərə alsaq, elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının qlobal zərurət olduğunu bir daha aydınlaşdırmış olarıq. Son illər bərpa olunan enerji ilə bağlı inkişaf yüksələn xətt üzrə gedir. Xərclərin sürətlə azalması ilə bu enerji növünün rəqabət qabiliyyəti də artır. Hələlik, bərpa olunan enerji mənbələrinin ilkin enerji istehlakındakı payı hidroenerji ilə birgə cəmi 10,9%, elektrik enerjisi istehsalında isə 26% olsa da, proqnozlara görə növbəti 20 ildə ən sürətlə inkişaf edən enerji mənbəyi rolunda məhz bərpa olunan enerji çıxış edəcək”.



İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

"Azəriqaz" iyunda 11 mindən çox müraciəti araşdırıb

Naxçıvanda operativ vergi nəzarəti gücləndirilir

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

BƏS, QALAN 90 FAİZİ?!

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

GƏNCƏNİN 100 YAŞLI QƏZETİ

Rəşad Mahmudov: ƏMANƏTİNİZ ƏMANƏTİMİZDİR, doğma səhiyyə işciləri!!!

ALİMPAŞA MƏMMƏDOV ƏSHABƏLƏRİ İLƏ YAS YERİNDƏ EHSAN YEYİBMİ?

AZAL-dan sərnişinlərə xəbərdarlıq: Provokasiyalara uymayın!

Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

Hərbi qulluqçuya hörmətsizlik nümayiş etdirən şəxs saxlanıldı - VİDEO

BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb

SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK