hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: YADDAŞSIZLIQ ACISI Adalet.az | Əbülfət MƏDƏTOĞLU: YADDAŞSIZLIQ ACISI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: YADDAŞSIZLIQ ACISI

(" Bir qadına... " silsiləsindən)

5723    |   2019-10-16 10:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yadımdan
çıxmır kiu , heç
əllərini uzadıb
ovut,
isit dediyin...

əllərim
əllərindən
yaman küsüb
dediyin...

Yadımdan
çıxmır ki, heç
başını
bircə anlıq
çiynimə söykədiyin...
əlimi
bərk - bərk sıxıb
uşaq tək
kövrəldiyin...

yadımdan
çıxmır ki, heç
canım, səni...
və susub
sonun demədiyin söz...

mənim
bu pıçıltıdan
içimdə qorranan köz...

yadımdan
çıxmır ki, heç
məhəbbət evi olan
ürəyimi yardığın...
sənin bütün varlığın...

yadımdan
çıxmır ki, heç
özünlə
açıq - aşkar
ruhumu apardığın...

yadımdan
çıxmır ki, heç
yaddaşmı qalıb məndə?..
cismim
köç edibdi, köç -
yaddaşım qalıb səndə!..




İmza:
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK