ANA SƏHİFƏ / DÜNYA

Ərdoğan Bakıdan bəyan etdi: "Başladığımız işi bitirəcəyik"

22357    |   2019-10-14 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heç bir ölkə terror təhlükəsindən sığortalanmayıb. Lakin biz coğrafi mövqeyimizə görə daha çox terrora məruz qalmışıq.

Bunu Bakıda keçirilən Dünya Türk Biznes Şurasının görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, 40 ildir "PKK”, "İŞİD”, "FETO” və digər terror qruplaşmaları ilə mübarizədə Türkiyə 10 minlərlə insanı qurban verib:

"Terrorun acısını bilən millətlərdən biri bizik. Müttəfiqlərimiz və dostlarımız Suriyada anti-terror əməliyyatına başladığımız üçün bizi təhdid etdi. Amma biz heç vaxt peşiman olmadıq. Son addımın tək səbəbi Suriyanın şimalını PKK terrorçularından təmizləyib, gerçək sahiblərinə təslim etməkdir. Suriyanın Əl-bab şəhərində bunu etdik, oranı 3500 İŞİD-çidən təmizlədik. Dünya bunu görmür?! Gözləri var, amma görməzlər, qulaqları var, amma eşitməzlər.

Cerablusu təmizlədik. Orda türklər varmı? Yox, gərçək sahibləri var. Avropa Birliyi, Ərəb Liqası bunu görmürsən?! Ərəb Liqası Suriyanı oradan çıxaran deyilmi? Suriyanı çıxaranlar indi bu əməliyyata görə Suriyanı Ərəb Liqasına qəbul etməkdən danışırlar. Türkiyə NATO-nun üzvüdür. Bəlkə bu terror qrumları da NATO-ya üzv qəbul olunub, mənim xəbərim yoxdur. Anlamaq mümkün deyil. Bu çoxüzlülük nə ilə izah edilir”.

Ərdoğan deyib ki, bu cür münasibət güclənən Türkiyəyə görədir: "Siz inadınızı edin, biz də öz addımımızdan geri çəkilməyəcəyik. Bizim mədəniyyətimizdə bütün darda qalanların əlindən tutmaq var. Türkiyə haqlı davasını davam etdirəcək. başladığımız işi bitirəcəyik. Məmməd Əmin Rəsulzadə demişkən, "Bir kərə qalxan bayraq, bir daha enməz". Başda Azərbaycan olmaq üzrə bizi dəstəkləyən bütün liderlərə, qardaşlara təşəkkür edirəm”.(azvision.az)



İmza:

İsrail Azərbaycanın arsenalında olan raketlərin nəyə qadir olduğunu göstərdi - VİDEO

Floydun saxlanılmasının imitasiya edildiyi körpünü bağladılar - VİDEO

Məşhur müğənni ABŞ-da etiraz aksiyalarında tibb bacısı kimi fəaliyyət göstərdi - FOTO

Pakistanda altı yeniyetmə mədrəsənin dağıntıları altında həlak oldu

İtaliya xarici turistləri qəbul edir

Yer kürəsinin ən təmiz ərazisi açıqlanıb

26 Qazaxıstan vətəndaşı öz ölkələrinə yola salınıb

İranda koronavirusdan ölәnlәrin sayı 8 mini keçib

Çexiya ilə Slovakiya arasında sərhədlər sabah açılır

Rusiyada koronavirusa yoluxanların sayı 430 min nəfəri keçdi

Ölkəmizə yardım göstərən ölkələr arasında ilk sırada Türkiyədir - Macarıstan

Bu dəfə Fransada qaradərili ölümü - etirazlar başladı

SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK