hacklink Adalet.az | XİN rəhbəri: "Qarabağın həllinə dair danışıqlar əbədi davam edə bilməz" Adalet.az | XİN rəhbəri: "Qarabağın həllinə dair danışıqlar əbədi davam edə bilməz" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

XİN rəhbəri: "Qarabağın həllinə dair danışıqlar əbədi davam edə bilməz"

10102    |   2019-10-10 17:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"MDB məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır. Bu baxımdan bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkmək istərdim”.

Bu barədə Azərbaycanın xarici işlər naziriElmar MəmmədyarovMDBXarici İşlər Nazirləri Şurasının dar tərkibli iclasında çıxışı zamanı deyib. Nazir vurğulayıb ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır.

"Eyni zamanda, danışıqlar əbədi davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizlənmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir. Qeyd etmək lazımdır ki, beynəlxalq münaqişələr, etnik təmizləmə və suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə, habelə Birliyin bütün ölkələrinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan terrorizm də daxil olmaqla, trans-sərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir.

Buna görə, həll olunmamış münaqişələrin nizamlanması məsələsi diqqət və bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bir təşkilat olaraqMDB-nin topladığı müsbət təcrübə, ümumiyyətlə, ortaq məkanımızın problemlərinin həlli üçün faydalı ola bilər”, deyə Məmmədyarov vurğulayıb.

Nazir əlavə edib ki, bu gün Azərbaycanda bazar iqtisadiyyatının inkişafı üçün bütün imkanlar yaradılıb və böyük uğurlar əldə olunub. Son 15 ildə iqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində Azərbaycan iqtisadiyyatı qlobal miqyasda yüksək inkişaf səviyyəsinə çatıb:

"İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətimizin əsas uzunmüddətli hədəfləridir. Bu islahatları birləşdirmək və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlığını artırmaq üçün 2021-2025-ci illər dövrünə nəzərdə tutulmuş daha dərin iqtisadi islahatlar proqramının hazırlanması başlandı. Ümumi əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcəkdir. İqtisadi siyasətdə beynəlxalq qarşılıqlı əlaqələrin inkişafı xüsusi yer tutur. Nəqliyyat əlaqələrini təşviq etməklə,

Azərbaycan regional qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş səylərə mühüm töhfə verir. Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və bu sahədə investisiya layihələri üçün yaxşı imkanlar var".




İmza:

Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"

Türkiyə XİN ABŞ Senatının qətnaməsini kəskin pislədi

“Dövlət siyasətində qadınlara böyük önəm verilir” - Nazir müavini

Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

Siyavuş Novruzov: "Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində baş verən insident barədə: “Təxribat xarakterli deyil”

Nazirlər Kabineti rəsmisi: "İslahatlar davam edir"

Səfir: "Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir"

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

Hikmət Hacıyev Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - - Jurnalist

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO