ANA SƏHİFƏ / GÜNDƏM

INNOLAND və “AzerGold” QSC-nin Akselerasiya proqramında iştirak edəcək startapları müəyyənləşdi

6545    |   2019-10-09 12:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə birgə təşkil olunan Akselerasiya Proqramına seçimlər keçirilib.

Cari ilin 14 avqust – 29 sentyabr tarixlərində proqramda iştirak üçün qeydiyyatdan keçən 8 startap komandası prototipi mövcud və ya inkişaf mərhələsində olan, müəyyən bazar seqmentinə aid faydalı innovativ həllər təklif ediblər.

Tədbir zamanı "AzerGold” QSC-nin aidiyyatı şöbələrinin rəhbələri və INNOLAND-ın nümayəndələrindən ibarət münsiflər heyəti istehsalat proseslərinin optimallaşdırılması, ixtisasların potensial inkişafı, bacarıqların artırılması, aparıcı texnologiya, avadanlıq və həll yollarından istifadə edilməsi kimi müxtəlif meyarlar üzrə startapları qiymətləndiriblər.

Yekunda ən yüksək bal toplayan "Join B2B”, "Buqelemun”, "Təmiz hava”, "Bioqaz” və "Kitablı” startapları növbəti mərhələyə keçərək Akselerasiya Proqramında iştirak etmək hüququnu və layihələrini reallaşdırmaq imkanını əldə ediblər. 3 ay davam edəcək Proqram çərçivəsində startap komandalarına hər həftə müxtəlif təlimlər keçiriləcək, tapşırıqlar veriləcək. Həmçinin, "AzerGold” QSC-nin aidiyyatı şöbələrinin rəhbərləri mentor qismində mütəmadi olaraq startapçıları dəstəkləmək və istiqamətləndirmək məqsədilə görüşlər keçirəcəklər.

Proqramı uğurla bitirən startaplar "AzerGold” QSC ilə birbaşa əməkdaşlıq imkanını əladə etməklə yanaşı 2020-ci ildə Türkiyədə keçiriləcək "Startup Turkey” tədbirinə qatılmaq imkanını da əldə edəcəklər.

Qeyd edək ki, "AzerGold” QSC və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi arasında cari ilin 25 iyul tarixində imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşdırılan Akselerasiya Proqramının əsas məqsədi sahələrarası innovasiyanı stimullaşdırmaq üçün sənayenin inqilabi startaplarını bir araya gətirmək, sahə üzrə yenilikləri stimullaşdırmaq, prosesləri optimallaşdırmaq, sənayenin Azərbaycanda və regionda yeni bir standart müəyyən etməsinə töhvə verməkdir.




İmza:

Pandemiya dövründə həkim soyğunçuluğu

Naxçıvanda hərbçilər arasında yarış keçirilib - VİDEO

İsa Həbibbəyli: Doktoranturaya qəbulun iyul-avqustda keçirilməsi nəzərdə tutulur

Musa Qasımlı: Hökumət hər binanın qapısına, avtobusa, metro vaqonuna polis qoya bilməz

Aqil Abbas: "Ramil Səfərovun xilası prezidentimizin fəaliyyətindən qırmızı xətlə keçir" - VİDEO

DSX erməni yalanını ifşa etdi: “Sərhəd-döyüş mövqelərimizi irəli çəkmişik”

Əbülfət MƏDƏTOĞLU: AĞSAQQAL İŞIĞI

OPEC nazirlərinin hər iki görüşü bir gündə keçiriləcək

Bu gün deputatlar növbədənkənar iclasda 4 məsələni müzakirə edəcəklər

Bu muzey və sərgi zalları saat 14:00-dan fəaliyyətini dayandırır

Həftəsonu yollarda şəxsi avtomobilindən istifadə edənlər cərimə və yaxud həbs oluna bilər

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK