hacklink Adalet.az | Yasamalda qadını qətlə yetirən 3 nəfər həbs edildi Adalet.az | Yasamalda qadını qətlə yetirən 3 nəfər həbs edildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Yasamalda qadını qətlə yetirən 3 nəfər həbs edildi

23057    |   2019-10-03 17:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Paytaxtın hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birgə məlumatda bildirilir, sentyabrın 23-də rayonun Yeni Yasamal-1 yaşayış massivində yerləşən 2 saylı evin 11-ci mənzilində yaşayan 1970-ci il təvəllüdlü Maya Kərimovanın üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi faktına görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs – 1987-ci il təvəllüdlü Farid Axundov, 2001-ci il təvəllüdlü Heydər Nəsirli və Rəsul Quluzadə tərəfindən tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar tutularaq istintaqa cəlb olunublar.

Aparılmış istintaq hərəkətləri nəticəsində mərhumun evindən götürülmüş pul və qızıl-zinət əşyaları F.Axundovun yaşadığı mənzildə aşkar edilərək maddi sübut kimi götürülüb.

Hər üç şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




İmza:

Nazirlikdən Balakəndəki qətllə bağlı AÇIQLAMA

Balakəndə 6 manata görə QƏTL - 25 yaşlı oğlan öldürüldü

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlanıb

İrandan Azərbaycana 25 kq-a yaxın narkotik gətirilməsinin qarşısı alınıb

Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar

Qusarda toyda dava, 1 nəfər bıçaqlandı

Azərbaycana silah-sursat keçirən Gürcüstan vətəndaşı saxlanılıb

Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanılıb

Qonşusunu qətlə yetirən Masallı sakini saxlanılıb

DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yayıb

Gəncədə valyuta mübadiləsilə məşğul olan kişini NİYƏ öldürüblər? - TƏFƏRRÜATLAR

Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK