Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Roza Zərgərli sosial şəbəkə fenomenlərinə savaş açdı: Efirdən uzaq tutmaq lazımdır Adalet.az | Roza Zərgərli sosial şəbəkə fenomenlərinə savaş açdı: Efirdən uzaq tutmaq lazımdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Roza Zərgərli sosial şəbəkə fenomenlərinə savaş açdı: Efirdən uzaq tutmaq lazımdır

1714    |   2019-09-11 09:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müğənni Roza Zərgərli sosial mediada məşhur olan bəzi personajların televiziya kanallarına çıxmasının əleyhinə olduğunu söyləyib.

Zərgərli bu barədəOxu.Az-ın əməkdaşı ilə söhbətində fikir bildirib.

Sənətçi bildirib ki, kanallar efirlərinə sosial media fenomenlərini çağırmamalıdırlar: "TV kanallar verlişlərinə qonaq çağırdıqları insanlara diqqət yetirməlidirlər. Yüz ölçüb, bir biçməlidirlər. Düşünürəm ki, kanallar sosial şəbəkələrdə məşhur olan fenomenləri efirlərindən uzaq tutmalıdırlar. Efirə çıxartmamalıdırlar. Çünki onları nə qədər sosial media əhli izləsə də, bir o qədər tənqid edirlər. Tamaşaçı da efirdən onları seyr edib, əsəbiləşir".

"İTV-də yayımlanan "Bizim restoran" adlı yumoristik seriala çəkilirəm. Amma bununla bərabər, aparıcı kimi də fəaliyyətimi davam etdirirəm", - deyən R.Zərgərli yeni mahnı oxuyacağını və tezliklə klip çəkdirəcəyini də ilk olaraq saytımıza açıqlayıb.

"Yeni duetim gəlir. Çox sevdiyim həmkarım Əkbər Əliyevlə birlikdə oxumuşuq. Bildiyiniz kimi, o, "Mənə öyrət" ekran işində tərəf müqabilim olub. Biz bir-birimizi baxışlarımızdan, jestlərimizdən başa düşürük. Həm də diqqətlə klipi seyr etdikdə görürsünüz ki, ekran işinin məzmunu tam sona kimi göstərilməyib. Sanki yarıda kəsilir. Demək ki, ardı var. Duetimizi də tezliklə ekranlaşdırıb sosial mediada yayımlayacağıq. Ekran işinin rejissorluğunu da özüm edəcəyəm. Klipə təqdimat keçirməyi düşünmürəm. Çünki buna artıq ehtiyac yoxdur”, - deyə Roza Zərgərli bildirib.




İmza:
SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK