hacklink Adalet.az | “Döyüşə gedəndə də heç kimi özündən qabağa buraxmırdı...” Adalet.az | “Döyüşə gedəndə də heç kimi özündən qabağa buraxmırdı...” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Döyüşə gedəndə də heç kimi özündən qabağa buraxmırdı...”

12785    |   2019-09-09 12:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Moderator.az-ın əməkdaşı Milli Qəhrəman Əliyev Əliyevin qardaşı Rüzgar Əliyevlə görüşüb.

Qarabağ qazisi Rüzgar Əliyevlə görüşümüz zamanı bildirib ki, o, qardaşı Əliyar haqda çox danışıb və yaxşı olardı ki, bu haqda başqaları danışsın:

"Mən danışsam, deyəcəklər ki, qardaşıdı deyə, tərifləyir. Bu haqda çox danışmışam və demək olar ki, yorulmuşam. Neçə ildir bu sözləri deyirəm. Əliyar qardaşımdı və onun haqqında sözsüz ki, pis danışmayacam, amma başqası danışsa, daha yaxşı olar”.

R.Əliyev deyir ki, altı bacı və üç qardaş olublar. İndi isə onlardan yalnız iki bacı və iki qardaş qalıb:

"Ailədə altı bacı və üç qardaş olmuşuq. Təsəvvür edin ki, 3 oktyabr tarixində həm Əliyar, həm anam və həm də bacım rəhmətə gedib. 1992-ci ildə müharibəyə görə çox həyəcan keçirirdim. Bakıda yaşadığım üçün rayonla əlaqə saxlaya bilmirdim. Amma bacım qızının poçtda işləməyi mənə kömək oldu. Onun vasitəsilə Qarabağ müharibəsi haqda məlumat alırdım. Elə oldu ki, infarkt keçirdim və həkim mənə dedi ki, öz doğulduğun kənddən başqa heç bir yerə gedə bilməzsən. Mən də doğulduğum Qubadlı rayon Qazyan kəndinə getdim. Orda sakinlərlə görüşüb müharibə haqda söhbət edirdik”.

"Həkimdən sağlamlıq haqda saxta arayışı alıb müharibəyə yollandım...”

"Elə oldu ki, Əliyar şəhid oldu. Mən də həkimdən sağlamlıq haqda saxta arayış alıb müharibəyə yollandım və Əliyarın batalyonunda komandir müavini təyin olundum. Həkimim bunu biləndə dedi ki, Rüzgara kim sağlamlıq haqda arayış veribsə, onu məhkəməyə verəcəm. Mən də dedim ki, həkim, məhkəməyə versələr, mənim özümü həbs edəcəklər. Bununla da 1992-ci ildən 1996-cı ilə qədər döyüşdə oldum”.


"Əliyarın meytini Bakıya gətirsəydik, deyəcəkdilər ki...”

"Əliyar şəhid olanda çox dedilər ki, gətirib Bakıda dəfn edək. Dedik ki, birdən camaat fikirləşər ki, burda nəsə var ki, bunlar Əliyarı Bakıda dəfn edirlər. Əliyar şəhid olandan sonra Qubadlı işğal olundu. Orda sürücüsüylə birlikdə ikisinə də baş daşı qoyduq. Amma çox güman ki, indi onu ermənilər dağıdıblar. Əliyarın çox şəkilləri var idi və orda məzarının da şəkili var idi, amma elə oldu ki, çoxu it-bat oldu”.

R.Əliyev Əliyarın uşaqlığından da danışıb:

"Əliyarla aramızada yeddi yaş fərq var. O, çox aktiv uşaq idi, amma bununla yanaşı mehriban idi. O, evin ortancıl oğludu. O, orta məktəbi çox yüksək qiymətlərlə başa vurub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra Saransk Dövlət Dövlət Universitetində təhsil aldı və orda idman müəllimi kimi işləməyə başladı. Əliyarı universitet rəhbərliyi orda saxlamışdı. Bir müddət sonra isə onun arxasınca gedib dedim ki, Əliyar, vətənə qayıt, ölüm-itim olur. Belə gündə sən də yanımızda olmalısan”.

"Döyüşə gedəndə də heç kimi özündən qabağa buraxmırdı...”

"Mənim sözümlə Qubadlıya qayıtdı. Sonra Dondarlı və Qazyan kəndlərində müəllim işlədi. Bununla yanaşı, İdman Cəmiyyətinin sədri seçildi. Müharibə başlayanda isə Əliyar döyüşə başladı. İdmançı onun üçündür ki, vətənin dar günündə öz gücündən istifadə etsin. Əliyar döyüşə getdikdən sonra onun bütün tələbələri ardınca getdilər. Onun batalyonu demək olar ki, güləşçilərdən ibarət idi. Döyüşə gedəndə də heç kimi özündən qabağa buraxmırdı. Deyirdi ki, sabah birdən o əsgərə nəsə olar və onda mən onun valideyninə nə cavab verərəm? Qoy mənim meyitim üstündən keçib əsgərimi vursunlar. Belə bir təsəvvür yaranmışdı ki, ona heç nə olmaz. Əsgərləri buna görə ondan ruhlanırdılar”.
"Əliyarın başına ermənilər pul qoymuşdular...”

"Əliyar şəhid olandan sonra müharibəyə getdim və orda iki məqsədim var idi: Birinci Əliyarın ölümünün səbəblərini araşdırım, ikinci də torpaqlar uğruda döyüşüm. Üç il müharibədə olduğum vaxt ərzində bir adam demədi ki, onu kimsə arxadan vurub. Bu mümkün deyildi və onu ancaq ermənilər vurmuşdu. Torpağın üzü soyuqdu, indi bəlkə də insanlar bir az unudub. Ancaq əvvəllər bizim camaatın yanında Əliyarın adını çəkəndə gözünün yaşını tökürdü. İnsanlar rayonda ancaq ona arxalanırdılar. Elə olurdu ki, Əliyar iki günlük Bakıya gələndə camaatımız təşviş içində olurdu”.

"Əlacım olsaydı, günü bu gün gedib erməniləri ordan donuzu qovan kimi qovardım...”

"Qubadlıda ermənilərin donuzları gəlib çayın qırağında eşələnirdilər. O donuzları nə qədər vururduq, qovurduq, amma getmirdilər. Bu erməni milləti də donuz kimidi, bunları vurub çıxarmasaq, onlar bizə könüllü torpaq verməyəcək. 1993-cü ildə bu sözü demişəm. İndi istəyirəm ki, qırılaq, amma gedim o torpağı alım və bilim ki, kişi kimi almışam. Əlacım olsaydı, günü bu gün gedib erməniləri ordan donuzu qovan kimi qovardım. Döyüş bölgələrinə tez-tez gedirəm. Lələ təpədən o torpaqlara baxanda qəhər məni boğur. Əsgərlər görməsin deyə keçib o biri tərəfdə ürəyimi boşaldıram. Dəhşətli mənzərə odur ki, o yerləri gözün görür, amma ora gedə bilmirsən.

Söhbətimizə Əliyar Əliyevin əsgəri Möhlət Atakişiyev də qoşulur:

"Əliyar müəllimin əsgəri olmuşam və onun haqda çox danışmaq olar. Əliyar müəllim postda olanda əsgərlər bundan ruhlanırdılar. O, postları elə sərbəst keçirdi ki, fikirləşirdik ki, buna güllə dəyməz. O, pəhləvan idi. Elə bilirdin ki, bədəni dəmirdi, amma çox təəssüf ki, güllə o dəmir bədəni də vurdu. Nə qədər Əliyar sağ idi, Qubadlıdan bir qarış torpaq verilməmişdi və ona görə də ermənilər Qubadlını işğal etmək üçün birinci Əliyarı vurdular. İndi 26 ildir həm Əliyarın məzarına, həm də o torpaqlara həsrətik”.

Vasif Əlihüseyn



İmza:

Əli Hüseynli: - "Hüquqşünasların parlamentdə təmsil olunması zərurətdir" - MÜSAHİBƏ

Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı

Aydın Bağırovun ingilis jurnalistə dediyi sözlər

Xaricdə olanda bu cür adamı məyus edən hallarla qarşılaşırıq - MÜSAHİBƏ

Aqil ABBAS: "Mən bu Komitənin işi ilə maraqlanmamışam"

Aqil Əhmədov: “Döyüşdə bəxtim gətirmədi...ölmədim...”

Qarabağ söhbəti - “Yuxarıdan tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, ermənilər qıcıqlanır”

“Mən qələt edərəm Ermənistana və Qarabağa gedərəm...” - Aqil Abbas

Mehriban Əliyeva: Moskva ilə Bakının münasibətləri nümunəvi xarakter daşıyır

Fuad Muradov: “Soydaşlarımız arasında intriqalara son qoyulur” - MÜSAHİBƏ

Ağsaqqal və ağbirçək məsləhəti hər zaman önəmlidir - MÜSAHİBƏ

Ermənilər Alban məbədini necə taladılar - VİDEO

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK