nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Dövlət Komitəsində bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb Adalet.az | Dövlət Komitəsində bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Dövlət Komitəsində bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb

5039    |   2019-09-06 17:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iki aylıq könüllülük fəaliyyətini başa çatdıran bir qrup gəncə müvafiq sertifikat təqdim olunub.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ölkəmizdə könüllülüyün milli dəyələrimizdən qaynaqlandığını, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, müvafiq qanunvericilik bazası olan könüllülük hərəkatı hər bir gəncə özünü ifadə etmək, gələcək karyera üçün təcrübə toplamaq və yeni dostlar qazanmaq imkanı verir. Qaçqın və məcburi köçkünlərlə iş kimi həssas bir sahədə könüllü fəaliyyət göstərməklə gənclərimiz həm sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə görür, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verirlər. İki aylıq könüllülük fəaliyyəti dövründə gənclər komitənin struktur bölmələrində konkret tapşırıqlar yerinə yetirib, dövlət qulluğunun səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olub, öz biliklərini artırıb, qaçqın və məcburi köçkünlərlə iş təcrübəsi əldə ediblər.

Tədbirdə çıxış edən könüllülər gənclərin hərtərəfli inkişafına dövlət qayğısını yüksək dəyərləndirib, komitədə onlara yaradılan şəraitə və göstərilən etimada görə minnətdarlıq bildirib, burada qazandıqları təcrübənin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

F.Hüseynov könüllülük fəaliyyətinin uğurla başa çatdıran gəncləri komitə rəhbərliyi adından təbrik edib, onlara təhsildə və gələcək karyeralarında yeni nailiyyətlər arzulayıb.

Tədbirdə komitənin kadrlar üzrə baş məsləhətçi Həbib Hüseynov, "Vətən səsi" qəzetinin baş redaktoru Elşən Əliyev və komitənin digər əməkdaşları iştirak ediblər.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov könüllülərə sertifikat təqdim edib. Daha sonra xatirə şəkli çəkilib.

Qeyd edək ki, Dövlət Komitəsində könüllülər üçün təcrübə proqramı davamlı xarakter daşıyır. Hazırda komitədə 12 nəfər gənc könüllü fəaliyyət göstərir.



İmza:

Əmək Müfəttişliyi işəgötürənlərə xəbərdarlıq etdi

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Azərbaycanda daha bir aqrar layihənin təqdimatı keçirildi

Faiq QİSMƏTOĞLU: PİYADANI MAŞIN VURURSA...

Ölümdə həkim səhlənkarlığı varsa, bu cəza tədbirləri seçilir - RƏSMİ

Bakı metrosunda problem yarandı - Sərnişin sıxlığı səbəbindən

Baş prokuror Zakir Qaralov Şirvan və Sabirabad sakinlərini qəbul edəcək

Yol Polisi məktəblilərə mükafat verdi - FOTO

Gəncədə keçirilən kütləvi reyd zamanı 160-dan artıq sürücü cərimələnib

Azərbaycan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri sırasında 10-cu yeri tutur

Gəncənin Baş planı hazırlanır

Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib

SON XƏBƏRLƏR
2020-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.47%)
Pullsuz (10.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK