ANA SƏHİFƏ / MARAQLI

ŞƏRHSİZ...

11990    |   2019-09-03 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir xoca ərzurumlu dədəyə sual verir:

- Dədə, Peyğəmbər əfəndimiz (s.ə.s.) uşaqlarını çox sevirdi. Xanımı ilə yanaşı gəzirdi. Siz Anadoludakı köhnə insanlar isə çox öpüb sevməzsiniz, kişilər qabaqda, xanımlarınız iki metr arxada yeriyər. Bunun səbəbi nədir?

Dədə cavab verir:

- Övladım, biz Dünya Müharibəsində o qədər çox şəhid verdik ki, geridə çox yetim və dul qaldı. Bax buna görə o yetimlərin yanında nə övladlarımızı sevə bildik, nə də ərləri şəhid olmuş dolların yanında xanımlarımızla yanaşı yeriyə bildik.


İmza:
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK