Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Ordumuzun böyük zəfər yürüşü uzaqda deyil” - Prezidentin köməkçisi Adalet.az | “Ordumuzun böyük zəfər yürüşü uzaqda deyil” - Prezidentin köməkçisi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

“Ordumuzun böyük zəfər yürüşü uzaqda deyil” - Prezidentin köməkçisi

9080    |   2019-08-30 11:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qardaş türk xalqı bu gün özünün tarixi Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün türk xalqını və ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm.

Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün "Facebook" səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib: "30 avqust 1922-ci il Türkiyənin işğalçı qüvvələr üzərində əldə etdiyi taleyüklü qələbənin simvoluna çevrilmiş şanlı bir zəfər tarixidir. I Dünya müharibəsinin yekununda düçar olduğu ağır məğlubiyyətin şərtləri altında yaşamamaq, öz dövlətçiliyinin varlığını dünyaya və işğal güclərinə qəbul etdirmək üçün döyüş meydanında ciddi bir zəfər lazım idi. 26 avqust 1922-ci ildə Mustafa Kamal Paşanın komandanlığı altında başladılan "Böyük Taarruz” ("Böyük Hücum”) belə bir zəfəri təmin etdi.

Bu qələbə sübut etdi ki, türk xalqı öz gələcək müqəddəratını işğal güclərinin ona qəbul etdirməyə çalışdıqları şərtlər, coğrafi çərçivə daxilində deyil, özünün müəyyən etdiyi siyasi coğrafiyanın hüdudları daxilində təyin etmək qüdrətindədir. Mustafa Kamal Paşanın sözləri ilə desək, bu qüdrət türk xalqının damarlarından axan nəcib qanda mövcud idi. Bu qələbə hər şeydən əvvəl milli iradənin, kuvayi-milliyeni (milli qüvvələri) bu iradə ətrafında birləşdirərək vətən naminə səfərbər etmə əzminin nümayişi idi.

30 avqust zəfərinin nəticəsi olaraq müasir Türkiyənin siyasi hüdudları, misaqi-milli coğrafiyası cızılmış və türk dövlətçiliyinin yeni - respublika mərhələsi başlanmışdır.

Bizim üçün qürurverici haldır ki, I Dünya müharibəsi illərində də- Çar Rusiyanın tərkibində olduğu zaman, Xalq Cümhuriyyətinin qısa müddətli tarixində də, hətta müstəqilliyin yalnız nisbi atributlarına malik olduğu sovet hakimiyyətinin ilk illərində belə Azərbaycan xalqı qardaş türk xalqından öz köməyini əsirgəməmiş, doğma qardaşlarına gücü çatan maddi və mənəvi yardım göstərmiş, Osmanlı ordusunun, sonra isə türk müqavimət hərəkatının sıralarında minlərlə soydaşımız qəhrəmanlıqla döyüşmüş və həlak olmuş, müasir Türkiyənin istiqlalı naminə canlarını fəda etmişlər.

Bu mənada 30 avqust bizim üçün həm də xalqlarımızın qardaşlıq, düşmənə qarşı birgə mübarizə əzmini özündə əks etdirən milli yaddaş tarixi olaraq əhəmiyyətlidir.

Biz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan ordusunun günü-gündən güclənərək, dünyanın ən qüdrətli 50 ordusu sırasına daxil olmasında türkiyəli qardaşlarımızın verdiyi dəstəyi həmişə yüksək qiymətləndiririk. Şanlı ordumuz onun qarşısında qoyulan müqəddəs vəzifəni - işğal altında olan torpaqlarımızın azad edilməsi missiyasını şərəflə yerinə yetirmək gücündə olduğunu 2016-cı ilin aprel döyüşlərində sübut etmişdir.

İnanıram ki, müzəffər Türk ordusunun 30 avqust 1922-ci ildə "Böyük hücumu” zəfərlə başladığı kimi, Azərbaycan ordusunun da işğal altındakı torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil!".




İmza:

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

Əli Əhmədov: Ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Gürcü nazir Bakıya danışıqlara gəlir

Komitə sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb

Novruz Məmmədov: “Türkiyə daim bizim yanımızdadır”

“Azərbaycan Ordusu müharibəyə hazırdır” - Zakir Həsənov

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO - Yenilənib

Hikmət Hacıyev Paşinyanın qeyri-ciddiliyini sübut etdi - VİDEO

Müdafiə naziri Stanislav Zasla görüşüb

Türkiyənin energetika naziri: TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

İNŞALLAH, BİRİNCİ GÜN TƏZƏ ŞƏKİLLƏR GÖRƏCƏYİK

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

Bu etirafdan sonra Fuad Qəhrəmanlı və Əli Kərimli dərhal siyasətdən getməlidir - Nahid Cəfərov

Macarıstanın Baş naziri Bakıya gəlir

Baş nazir “Əsrin müqaviləsi”ndən yazdı: “O, dünyanı inandıra bildi”

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

Mehriban Əliyeva neftçiləri təbrik edib - FOTO

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK