nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Faiq QİSMƏTOĞLU: ATMOSFERƏ ZƏRƏRLİ QAZLAR ATILIR Adalet.az | Faiq QİSMƏTOĞLU: ATMOSFERƏ ZƏRƏRLİ QAZLAR ATILIR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ATMOSFERƏ ZƏRƏRLİ QAZLAR ATILIR

Respublika ərazisindən avqustun 1-dən 31-dək “Təmiz hava” aylığı keçirilir

6055    |   2019-08-28 16:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Artıq düz 29 gündür ki, respublika ərazisində "Təmiz hava” aylığına start verilib. Və bu 29 gündə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi reyd və yoxlamalarda atmosferə normadan artıq dəm qazı atan minlərlə nəqliyyat vasitəsinin sahibləri barəsində inzibati protokol tərtib edilib.

Ancaq ən böyük vəzifə əvvəllər olduğu kimi, bu "Təmiz hava” aylığında da nəqliyyat vasitələri sahiblərinin maarifləndirilməsi olub. Reydlər zamanı yüzlərlə avtomobil sürücüsü saxlanılıb, onlara avtomobillərin texniki nasazlığı nəzərlərinə çatdırılıb və mövcud problemi aradan qaldırmaq tövsiyə edilib. Aydındır ki, bu cür izahat, təbluğat və maarifləndirmə işləri sürücülər tərəfindən böyük hörmətlə qarşılanıb. Çünki sözün açığı elə sürücülər var ki, maddi imkanları aşağı səviyyədədir. Yəni onlar barəsində inzibati protokol tərtib edilsə, 50 manat civarında olan cəriməni çox çətinliklə ödəyərlər. Ona görə də məhz bu cür maarifləndirmə işlərinin aparılması ailə büdcəsi kasıb olan sürücülər tərəfindən birmənalı olaraq sevinclə qarşılanır. Və onların bir çoxu da yol polisinin güzəştlərini, tövsiyələrini nəzərə alıb avtomobillərində yaranmış texniki qüsurları aradan qaldırırlar.

Çox təəssüf ki, heç də bütün sürücülər yol polisinin təbliğat və təşviqat işlərini yetərincə dəyərləndirə bilmirlər. Yəni yol polisi sürücüyə güzəşt edir, göstərişlər verir, cərimə yazmır, bəziləri də bu mədəni münasibətlərdən sui-istifadə edirlər. Ona görə də ikinci, üçüncü dəfə saxlanılanda həmin sürücülər barəsində yol polisi məcbur olub inzibati protokol tərtib edir. Deməli, burda yenə məsuliyyət "Təmiz hava” aylığına diqqətlə yanaşmayan sürücülərin üzərinə düşür.


Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki Müfəttişlik şöbəsinin əməkdaşları "Təmiz hava” aylığı ilə əlaqədar olaraq respublikanın bir çox rayonlarında reyd və yoxlamalarda yaxından iştirak ediblər. Şöbənin əməkdaşları bu reydlər zamanı çoxlu sayda qanun pozuntusu aşkar edib və onlar barəsində inzibati protokol tərtib ediblər. Onu da qeyd edək ki, avtotexniki müfəttişlik şöbəsinə yeni bir gənc, polis mayoru Xalid Əzimov rəis təyin edilib. Əvvəllər olduğu kimi, yenə bu şöbədə yüksək nizam-intizam, sağlam mühit yaşanır. Təbii ki, sağlam mühitdə işləmək və fəaliyyət göstərmək hər bir əməkdaş üçün daha rahatdır. Gənclərin irəli çəkilməsi və dəyərləndirilməsi həm də məsuliyyət hissi deməkdir. İnanmaq istərdik ki, "Təmiz hava” aylığında bundan sonra da şöbənin əməkdaşları öz töhfələrini verməyə çalışacaq, sürücülərin maarifləndirilməsində önəmli addımlar atacaq.

"Təmiz hava” aylığının ilk günündən Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Bölüyü də qarşıya qoyulan vəzifəyə yüksək məsuliyyətlə yanaşır. Avqustun 1-dən 31-dək keçirilən tədbirlərdə biz də yaxından iştirak etmişik. Bəzi hallarda görmüşük ki, Ekoloji Bölükdə saxlanılıb avtomobili müayinədən keçirilən sürücülər yol polisi ilə aqressiv davranır. Başqa sözlə demiş olsaq, o sürücülər saxlanılanda əsəbləşir və yol polisinə kobudluq göstərirlər. Hətta bir dəfə bir sürücü o qədər əsəbləşmişdi ki, onun idarə etdiyi avtomobili Ekoloji Bölüyün stasionar postunda nə az, nə çox 3 dəfə müayinədən keçirdilər. Sürücünün təkidi ilə keçirilən hər üç müayinədə avtomobildən atmosferə normadan artıq dəm qazı atılırdı. Çox təəssüf ki, sürücü fakt qarşısında qalasa da, yenə inadından dönmürdü. Hər halda, əlahəzrət fakt hər şeydən güclüdür.

Ekoloji Bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov bizimlə söhbətində bildirir ki, "Təmiz hava” aylığının başa çatmasına 2 gün qalıb. Bu müddətdə əməkdaşlarımız çoxlu sayda sürücülər barəsində inzibati protokol tərtib ediblər. Və bu gün atmosferə ən çox zərərli qazlar Sovet və Rusiya istehsalı olan "VAZ” markalı avtomobillərdən, eləcə də "Kamaz” "Kraz”, "Şadman” markalı yük maşınlarından atılır. Qanunu pozmuş bu sürücülər barəsində əməkdaşlarımız inzibati tədbirlər görürlər. Fürsətdən istifadə edib bir daha sizin qəzetiniz vasitəsilə sürücülərə müraciət edərək tövsiyə edirik ki, avtomobillərinin mühərrik hissəsində yaranmış texniki qüsurları aradan qaldırsınlar. Çünki "Təmiz hava” aylığı başa çatandan sonra da bizim Ekoloji Bölüyün stasionar postunda nəqliyyat vasitələri saxlanılaraq müayinədən keçiriləcək, atmosferə normadam artıq zərərli qazlar atan sürücülərn idarə etdiyi nəqliyyat vasitələri barəsində inzibati protokol tərtib ediləcək.

Deməli, "Təmiz hava” aylığının ildə iki dəfə keçirilməsi atmosferə istehsalat sahələrindən və nəqliyyat vasitələrindən atılan zərərli qazların böyük hissəsinin qarşısını alır, bununla yanaşı, havamızın təmiz olmasını qoruyur. Bunun üçün isə birmənalı olaraq həm istehsalat sahələrinin rəhbərləri, həm də avtomobilləri idarə edənlər məsuliyyətli və diqqətli olmalıdılar ki, atmosferi zərərli qazlarla çirkləndirməsinlər.



İmza:

Əmək Müfəttişliyi işəgötürənlərə xəbərdarlıq etdi

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Azərbaycanda daha bir aqrar layihənin təqdimatı keçirildi

Faiq QİSMƏTOĞLU: PİYADANI MAŞIN VURURSA...

Ölümdə həkim səhlənkarlığı varsa, bu cəza tədbirləri seçilir - RƏSMİ

Bakı metrosunda problem yarandı - Sərnişin sıxlığı səbəbindən

Baş prokuror Zakir Qaralov Şirvan və Sabirabad sakinlərini qəbul edəcək

Yol Polisi məktəblilərə mükafat verdi - FOTO

Gəncədə keçirilən kütləvi reyd zamanı 160-dan artıq sürücü cərimələnib

Azərbaycan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri sırasında 10-cu yeri tutur

Gəncənin Baş planı hazırlanır

Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib

SON XƏBƏRLƏR
2020-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.47%)
Pullsuz (10.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK