nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Qəşəm İsabəyli: Nikbinlik zəngi Adalet.az | Qəşəm İsabəyli: Nikbinlik zəngi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qəşəm İsabəyli: Nikbinlik zəngi

Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

21576    |   2019-08-22 15:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şair Oqtay Rzanın xatirəsinə


1992-nin sonlarıydı,"Şur” nəşriyyatına
Direktor təyin etmişdi məni
Mədəniyyət Naziri Polad Bülbüloğlu.
.Allah var adamın başının üstündə,
Özü də rüşvətsiz-filansız!
Əlində 50 min olanı yaxına qoymayıb:
–Mənə naşir lazımdı! – Demişdi!
Mən də "Yazıçı”dan gəlmişdim,
"İşıq”da işləmişdim,
Özünütərif olmasın –
Cikini-bikini bilirdim nəşriyyat işinin.
Nazim İbrahimovun idarəçilik məktəbi,
Əjdər Xanbabyevin naşirlik təcrübəsi
Tutmuşdu əlimdən.
Əmrimi alan günü – dar axşamçağı
Üç yerə böldüm sevincimi –
Oqtay Rzaydı, Şəmistan Nəzirliydi,
Bir də mən – "Neftçilər” metrosunun
Çölə çıxışında durmuşduq,
Üçümüz də sevinirdik.
Oqtay Rza hamımızdan çox sevinirdi.
Yerimi qızdırmamış
"Vətən, yas saxlama” kitabını
Nəşr elədik ustadın,
Verdik ki, satıb, xərcini ödəsin.
Onda təzə-təzə dəb olurdu
Müəllifin öz kitabını satması.
Oqtay müəllim də kitabları
Götürüb sevinə-sevinə getdi.
Uzaqdan-yaxından zəng eləyirdi hərdən:
–Qohum (yoldaşı Kürdəmirliydi,
Məni də qohum bilirdi özünə),–
Balaca vətənə gəlmişəm – Salyana,
Yerin məlum – rahatam.
Sənə bir nikbinlik zəngi çalacam
Bu yaxınlarda, darıxma.
Həftənin başı getmişdi, ayağı qayıtdı,
Qapı açıldı, danışa-danışa girdi otağa.
Yerimdən durub qabağına yeridim,
Hiss elədim ki, kefi yoxdu.
–Ustad, soyuqlayıb-eləyibsən nədi?!
–Kaş elə olaydı!
–Sözlü adama oxşayırsan?!
–Adı mənə düşmədi kitabın!
Vətənə təsəlli verirdim, yas saxlama,
İndi özümə təsəlli verən gəzirəm.–
(Üzünə baxa-baxa qalmışdım.)
–İki bağlama kitabdan
Birini də alan olmadı Salyanda...
Balaca bir düzəliş verdim:
–Kiçik vətəndə...
Məzəmmətlə üzümə baxdı:
–Görünür kürü çox olanda,
Kitabdan tox olurlar, – dedi!




İmza:
SON XƏBƏRLƏR
2020-02-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK