ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Yeni dərs ilində 150 məktəbdə “Məktəblinin dostu” olacaq

9250    |   2019-07-25 11:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni tədris ilindən "Məktəblinin dostu” pilot layihəsinin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu layihənin rəhbəri Rüstəm Ağayev deyib.

Onun sözlərinə görə, "Məktəblinin dostu” pilot layihəsi hazırda 35 məktəbdə fəaliyyət göstərir:

"Məktəblinin dostu" layihəsi üzrə yeni əməkdaşlar seçilir. Bu gün Təhsil Nazirliyi ilə "ASAN xidmət”in birgə həyata keçirdiyi "Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların müsahibə mərhələsi başlayıb. İmtahanların keçirilməsində məqsəd 2019-2020-ci tədris ilindən əhatə dairəsi genişləndirilən "Məktəblinin dostu” pilot layihəsinə əməkdaşların seçilməsidir. İmtahanlarda iştirak etmək üçün 724 gənc müraciət edib və onlardan 400-dən çoxu test mərhələsində uğur qazanıb. İmtahanların test mərhələsində namizədlərə 50 sual (ümumi və psixoloji) təqdim edilib. Onların, əsasən Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiq sahələri üzrə bilikləri yoxlanılıb. Seçilmiş namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıblar. Müsahibə mərhələsində ictimai fəallığı ilə seçilən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə malik namizədlərə üstünlük veriləcək. Bu mərhələdən uğurla keçən namizədlər təlimlərə cəlb olunacaqlar. Təlimlərin sonunda qiymətləndirmənin nəticələrinə əsasən seçilmiş namizədlər "Məktəblinin dostu” olacaq".

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, ilk tibbi və psixoloji yardımın göstərilməsi, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə, diaqnostik işlərin aparılmasıdır.

Daha sonra layihə üzrə imtahanların müsahibə mərhələsinə başlanılıb.




İmza:

İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu

UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir

Bu gün keçirilən qəbul imtahanlarından 2 nəfər xaric olunub

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb

4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu qazanıb

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum

Onlayn müsahibələrin keçirilmə tarixi

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

SABAH təcrübəsi əsasında xüsusi istedadlı qruplar yaradılacaq

UNEC-ə qəbul olan abituriyentlər 4 ilə iki diplom əldə edə biləcəklər

Rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanılıb

SON XƏBƏRLƏR
2020-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK