viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Sarışın oğlan Adalet.az | Sarışın oğlan Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Sarışın oğlan

15669    |   2019-07-25 10:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Böyük Britaniyanın baş naziri seçilən Boris Consonun artıq dörd ildən çoxdur ki, bu ölkənin başında bir kabus kimi dolaşan və indiyə kimi artıq iki baş nazirin və xeyli kabinet üzvünün başını yeyən Brexitin növbəti qurbanı olub-olmayacağı oktaybra kimi aydınlaşacaq. Hələ 2015-ci ildə o vaxtkı baş nazir Devid Kemeronun Avropa Birliyini bir növ şantaj eləmək məqsədilə ortaya atdığı bu ideya ölkəni çıxış yolu heç kimə məlum olmayan bir dalana soxub. Əslində, D. Kemeronun referendum keçirməkdə məqsədi heç də Böyük Britaniyanı AB-dən çıxartmaq yox, ondan bir sıra sahələrdə, konkret desək, maliyyə bazarında Avronun üstün mövqeyinə son qoymaq, biznesə bürokratik müdaxilələrin qarşısını almaq, milli suverenliyə təhdid yaratdığı üçün daha sıx siyasi inteqrasiyadan imtina eləmək, Avropa ölkələrindən İngiltərəyə gələn əmək mühacirlərinin mənzil, eləcə də digər sosial müavinətlərlə bağlı güzəştlərinə korrektələr etmək və s. bu kimi məsələləri əhatə eləyirdi. Kemeron bu dörd şərtdən birinci üçü barədə razılıq əldə etdiyi üçün referendumda AB-də qalmaq tərəfdarı kimi çıxış etsə də artıq gec idi, cin şüşədən çıxmışdı. Onun bu demarşı nəinki ingilis cəmiyyətini, hətta rəhbəri oduğu Mühafizəkarlar partiyasını da Brexit tərəfdarları və əleyhdarları deyə tam iki yerə parçaladı. Üstəlik, artıq dörd ildir ki, bütün Avropa siyasi elitası bu müşkülün əlində giriftar günə qalıb. Görünür, vaxtilə Şarl de Qoll İngiltərənin bugünkü AB-nin sələflərindən olan Avropa İqtisadi Birliyinə üzvülüyünə düz iki dəfə veto qoymaqda haqlı olub.

Referendumda Brexit tərəfdarları cəmi bir faizlik üstünlüklə qələbə çalmışdı. Bu bir faizlik fərqi Brexitin əleyhinə olan böyük biznesin mövqeyi də qapada bilmədi. D. Kemeronun AB-nin biznes mühitində yaratdığı bürokratik əngəllərə etiraz etməsinə rəğmən bütün böyük şirkətlər Brexitə qarşıydı. Unutmaq lazım deyil ki, söhbət əsrlər boyu silah gücünə dünyanı idarə eləyən bir krallığın azalmaq bilməyən imperiya iştahlarını bu gün pul gücünə doyduran qüdrətli şirkətlərdən gedir. Sonra da deyirlər ki, pul hər şeyi həll edir. Azad təfəkkürün qarşısında yeri gələndə pul da silah kimi acizdir, o yalnız kölə şüurunun hökm sürdüyü ölkələrdə hər şeyə qadir ola bilər.

Bəs, yeni baş nazir ölkəni bu ağır böhrandan çıxarda biləcəkmi? Əslində, bunun elə Tereza Meyə də məlum olan çox asan bir yolu var. Qurumla heç bir saziş imzalamadan, necə deyərlər, ağına-bozuna baxmadan şələ-şüləni yığışdırıb getmək. Amma İngiltərə nə qədər güclü dövlət olsa da bu cür boşanmanın fəsadlarından çox əziyyət çəkəcək. Yuxarıda da qeyd etdiyimiz kimi referendum avantürasının müəllifi olan D. Kemeronun məqsədi heç də birlikdən çıxmaq olmadığı, belə bir nəticəyə inanmadığı üçün bütün bunları nəzər almamışdı. Yükün ağırlığı AB kimi ciddi bir qurumdan halallaşaraq çıxmaq istəyən, ancaq bu ağır döyüşdə nəinki siyasi opponentlərindən, heç partiyadaşlarından da gözlədiyi dəstəyi ala bilməyən, nəticədə öz postunu göz yaşları içində tərk eləməyə məcbur olan Tereza Meyin üzərinə düşdü.

İngilslərin və Avropanın Boris Consondan əsas gözləntisi artıq bütün dünyanın zəhləsini tökmüş bu Brexit məsələsinə, nəhayət, son qoyulmasıyla bağlıdır və böyük ehtimalla o bu problem həll edəcək. Yəni, uzağı heç bir şərtsiz-filansız xalqın iradəsini gerçəkləşdirəcək. Ancaq bu sarışın oğlanla bağlı bizim tərəflərdə başqa gözləntilər var.

Onun türk əsilli bir ingilis olması hələ Xarici işlər naziri olduğu vaxtlarda gündəmə gəlmişdi. Əli Kamal (əslində Əli Rza, türk şairi Namik Kamala sevgisindən sonradan bu adı götürür) adlı bir türk jurnalist və diplomat İngiltərədə işləyərkən bir ingilis xanımla evlənir. Həmin xanımdan Əsma adlı bir qızı, Osman adlı oğlu dünyaya gəlir. Elə Osman doğularkən də anası vəfat eləyir. Sonralar bu Əli Kamal İstanbula qayıdır, böyük vəzifələrdə işləyir, hətta Osmanlının Təhsil və Daxiliyyə naziri olur. Atatürkün başçılığı ilə gedən Türk İstiqlal Savaşının əleyhdarı, yəni, Türkiyənin elə həmin ingilislərin əliylə üç-dörd dövlətə parçalanmasının tərəfdarı olur. Atatürkün öldürülməsi əmrini verir. Oturub-durduğu dostlarıda ki, ermənilər. Sonralar istiqlal savaşının əsgərləri tərəfindən tutulur və linc edilərək öldürülür. Onun bu aqibətindən qorxuya düşən oğlu Osman İngiltərəyə qaçır, adını dıyişib Vilfrid qoyur, ana nənəsinin soyadını götürərək birdəfəlik dönüb olur tam ingilis. İndiki baş nazir də məhz həmin Osmanın, yəni Vilfridin oğlu Stenli Consonun övladıdır.

Şübhəsiz, Boris Consonun bu əhvalatlardan, özü də mətbuatda yazılanlardan da qat-qat çox məlumatı var. Birincisi, çox uzaq tarix deyil, ikincisi də bizim tərəflərdən fərqli olaraq oralarda insanlar, özü də təkcə əsilzadələr deyil, adi insanlar da öz şəcərəsi haqqında dəqiq bilgilərə malik olurlar. Həm də rəvayətlərə söykənən mücərrəd və şişirdilmiş bilgilərə yox, necə deyərlər, sənədli-sübutlu bilgilərə. Babasının, xüsusilə ulu babasının faciəli həyat tarixçəsi də şox güman ki, balaca Borisin qəlbində onun mənsub olduğu ölkəyə qarşı heç bir hüsnü-rəğbət doğurmayıb. Üstəlik, bu "blondin”in zahiri görkəmində də türk və şərq adına kiçik bir nişanə yoxdur. Deyəsən, belə bir yarıelmi, yarımistik nəzəriyyədə var ki, insanların genetikasında bioloji amillərlə yanaşı onların xəyalları, fantaziyaları da hansısa rol oynayır. Görünür, Boris Consonun da ata və babası hətta cütləşmə məqamında da bu xəyallarından yaxa qurtara bilməyiblər. Odur ki, yersiz illüziyalara qapılmaq lazım deyil. Yeni nazirin genetik yaddaşı nə qədər zəif olsa bizə bir o qədər xeyir verər.

M. Məmmədov



İmza:
SON XƏBƏRLƏR
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK