Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakıda ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir Adalet.az | Bakıda ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Bakıda ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir

24610    |   2019-07-17 12:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda "Super Sun” yağı və "Azerçay” markalarının dəstəyiilə ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir. Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA)birgə təşkilatçılığı ilətəşkil edilmiş beynəlxalq layihədə Dünya İslam Kulinariya Birliyinin üzv ölkələrinin nümayəndələri iştirak edib.

 Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Dünya İslam Kulinariya Birliyinin qurucusu və rəhbəri Gökhan Tufan İslam ölkələrinin fərqli və çox geniş mətbəxə malik olduğunu bildirdi və təbliğat işlərində səylərin artırılmasının zəruri olduğunu qeyd etdi. Daha sonra çxış edən Azərbaycan Milli Kulinariya Assosiasiyasıın rəhbəri Tahir Əmiraslanov Azərbaycanda kulinariyanın keçdiyi yoldan danışaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbəxinin dünyada tandılması istiqamətində verdiyi qərarlar və atdığı addımlar barədə ətraflı məlumat verib, hazırda da bu istiqamətdə mühüm işlərin görüldüyünü söyləyib. O, ölkə başçısı cənab İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olan bu sahənin inkişafında müstəsna xidmətlərinin olduğunu qeyd edərək təşəkkürünü bildirib.Tahir Əmiraslanov Dünya İslam Kulinariya Birliyinin perspektivi barədə məlumat verərək təşkil edilmiş konqresin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İlk dəfə olaraq təşkil edilən Dünya İslam Kulinariya Konqresində daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək mətbəxin mədəniyyətin ən vacib sahələrindən biri olduğunu qeyd edib. Xanım deputat Dünya İslam Kulinariya Birliyinin bütün dünyada islam ölkələrinin mətbəxinin təbliğində mühüm rol oynayacağına inandığını söyləyərək konqres təşkilatçılarına uğurlar arzu etdi.

Dünya İslam Kulinariya Konqresində adılmış daha bir önəmli addım isə "Hilal Star” mükafatının təsisi və ilk dəfə təqdim edilməsi oldu. Bütün dünyada məşhur olan və restoranların yüksək keyfiyyətini bildirən "Mişlen ulduzu”nun İslam analoqu olan bu mükafat ilk dəfə olaraq Sumqayıtşəhərində fəaliyyət göstərən "Turan” restoranına təqdim edildi. 18 iyula qədər davam edəcək tədbir çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı da təşkil ediləcək. Aşpazlar həm fərdi, həm də komanda şəklində mükafat uğrunda mübarizə aparacaqlar

Qeyd edək ki, "Azerçay” və "Super Sun” markaları daim azərbaycanlı kulinarlara dəstək verərək onların dünyanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalq yarışlarda qələbələr qazanmasında mühüm rol oynayır. İştirak etdikləri beynəlxalq yarışlarda "Super Sun” yağından istifadə edən azərbaycanlı aşpazlar hər zaman ən yüksək mükafatlarla təltif edilirlər. Artıq ölkə hüdudlarını aşaraq dünyanın bir çox ölkəsində istehlakçılar tərəfindən böyük rəğbət qazanmış "Azerçay” markası da mütəmadi olaraq festivallarda kulinarlarımızın əsas dəstəkçilərindən olur üzərində daşıdığı "Made in Azerbaijan” yazısını layiqincə daşıyaraq ölkəmizi yüksək səviyyədə təmsil edir.




İmza:

Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur

Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı paylaşım

“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq

"Qodonun intizarında" fərqli səhnədə

Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi

“Yad gəlin” gəlir

“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA” filminin nümayişi - FOTO/VİDEO

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində daha fəal olmağa çağırdı - VİDEO

Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub

Novruz Novruzlu: Qafil Oyan - Video

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK