hacklink Adalet.az | Məhkəmə Rüfət Axundov və Rəşad İlyasovla bağlı qərarını verdi Adalet.az | Məhkəmə Rüfət Axundov və Rəşad İlyasovla bağlı qərarını verdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Məhkəmə Rüfət Axundov və Rəşad İlyasovla bağlı qərarını verdi

46120    |   2019-07-15 11:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Apellyasiya Məhkəməsində "Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən,şikayət təmin olunmayıb, Yasamal Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il aprelin 5-də "Space TV"nin "Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ tərəfindən televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərəkR.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Yasamal Rayon Məhkəməsi isə "Space" televiziyasını 6 min manat məbləğində cərimələyib.

Daha sonra vətəndaş Rahim Sadıqlı Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanmasınıtələb edir.

Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, hər iki müğənniyə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız hesab edilib və məhkəmə icraatına qəbul olunmayıb. Qərardan narazı qalan xüsusi ittihamçı R.Sadıqlı apellyasiya şikayəti verib.




İmza:

Akif Çovdarovun məhkəməsinin vaxtı məlum oldu

“Məhkəmə - hüquq sistemi”ndə islahatların dərinləşməsi

Sərxoş halda 2 nəfərin ölümünə səbəb olan sürücü tutulub

Fədayə Laçın: Azadlığa buraxılmışam, anamgildəyəm

Azərbaycanda daha 245 namizəd vəkilliyə imtahan verəcək

“Polisə qarşı kampaniyanın arxasında böyük məqsədlər var” - Əliməmməd Nuriyev

Elina Hacıyevanın intiharında təqsirləndirilən məktəb direktoruna hökm oxundu

Rüşvətdə təqsirləndirilən sabiq nazirlik işçiləri azadlığa buraxıldı

Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb

Elinanın oxuduğu məktəbin direktoruna cəza istənildi

Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnik-leytenantı məhkəmə qarşısında

“İslahatlar keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət edir” - Baş Prokuror

SON XƏBƏRLƏR
2019-11-12


VİDEO