hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Turizm Bürosu: “Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb” Adalet.az | Turizm Bürosu: “Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Turizm Bürosu: “Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb”

16546    |   2019-06-27 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Rusiya həmişə Azərbaycan üçün ən perspektivli bazar olub. Eyni zamanda ordan gələn qonaqlar da bizim üçün əhəmiyyətlidir" .

Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqatşmid deyib. O bildirib ki, hazırda yaranan situasiyada Rusiya bazarını Azərbaycana çəkmək üçün müxtəlif təşviq kampaniyaları haqqında düşünülür:

"Hansısa bir şəxs Batumidə istirahət planlaşdırıbsa, bu o demək deyil ki, o mütləq Azərbaycana gələcək. Hazırda turizmdə beynəlxalq rəqabət mövcuddur. Turistlər həmçinin Türkiyəni , digər region ölkələrini seçə bilərlər. Bu baxımdan elə etməliyik ki, turistlər Azərbaycana üz tutsunlar". Direktorun sözlərinə görə, son baş verən hadisələrdən sonra Gürcüstana gedən azərbaycanlıların sayında azalma müşahidə edilmir:

"Azərbaycan Gürcüstan üçün əsas bazarlardan biridir. Bu baxımdan bizdən ora gedənlərin statistikasında dəyişiklik yoxdur. Bir daha qeyd etmək istəyirəm ki, bizim məqsədimiz onların Azərbaycana gəlişini təmin etməkdir".

  • Zenqatşmid həmçinin turistlər üçün tibbi sığortadan da söz açıb:
  • "Düşünmük ki, tibbi sığortanın mütləq şəkildə dövlət tərəfindən qarşılanması və turistlərdən tələb olunması önəmlidir. Çünki bu , məhdudlaşdırıcı faktor kimi qəbul oluna bilər. Biz əsas düşünür ki bu, yerli şirkətlər tərəfindən təmin olunmalıdır. Onlar gələn qonaqlarını sığortalamalıdırlar. Hələ ki, bu cür təşəbbüslə çıxış etmək fikrimiz yoxdur".




    İmza:
    SON XƏBƏRLƏR
    2020-01-26
    2020-01-25
    2020-01-24


    VİDEO



    ƏDALƏT BU GÜN
    Redaktor seçimi
    FOTOREPORTAJ
    GÜNÜN SİTATI
    SORĞU
    Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

    Pullu (90.32%)
    Pullsuz (9.68%)

    ÇOX OXUNAN
    GÜNÜN LƏTİFƏSİ

    Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

    - Denən Allah yoxdur.

    Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

    - Sən niyə demirsən?

    Vəli Xramçaylı:

    - Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





    digər lətifələr
    ARXİV
    FACEBOOK