hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: ŞİPŞİRİN ADAMLAR Adalet.az | Faiq QİSMƏTOĞLU: ŞİPŞİRİN ADAMLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ŞİPŞİRİN ADAMLAR

5453    |   2019-06-21 17:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Və bu şipşirin adamlar o qədər isti, o qədər səmimi və o qədər də sadə olurlar ki, bəzən ürəyini çıxarıb onlara vermək istəyirsən. O adamların heç vaxt kimdənsə təmənnası olmaz. Və o adamlar bir yaxşılıq eləyəndə, birinə əl tutanda, birini yerindən qaldıranda kiminsə boynuna minnət qoymaz. Əksinə, deyər ki, bunlar hamısı öz axirətim üçündür. Yəni bu yaxşılıqları Allahıma görə eləyirəm və əməli-saleh işlərimə yazılmasını istəyirəm...

Bu gün kimi dindirsən çoxları deyəcək ki, ya bəy nəslindənəm, ya xan nəslindən, ya da varlı bir kökdənəm. Heç onları da qınamalı deyil. İndi bəy nəslindən olmaq çox dəbdədir. Və hətta heç bir kökü, heç bir tarixi olmayanlar da deyirlər ki, bəs filan bəyin törəmələridir. Hətta bir çoxları gedib Gürcüstandan arxivlərdən sənəd də tapdırırlar. Bununla işimiz yoxdur. Ola bilər həqiqətən də kiminsə dədə-babası bəy olub. Heç əsl bəyə nə arxiv sənədi lazımdır, nə də arayış. Çünki əsl bəy öz əxlaqı, namusu, ağayanalığı ilə seçilir. Oturuşundan-duruşundan görürsən ki, kişinin oğlu doğurdan da bəydir. Ancaq bizdə bəzi adamlar var ki, bayaq dediyimiz kimi, kimlər tərəfindənsə düzəldilmiş və verilmiş bəylik kağızları da əldə ediblər.

Səhv eləmiriksə bunu hansısa cəmiyyət eləyirdi. Onunla da işimiz yoxdur. Bəlkə də Sovet dönəmində qorxusundan tərcümeyi-halında bəy nəslindən olmağını gizlədən bəzi adamlar həqiqətən də o nəsildəndilər. Belə çıxır ki, bir çoxları sovet dönəmində tərcümeyi-hallarını saxtalaşdırıblar və əsl həqiqəti gizlədiblər. Bunu da özləri bilər, bir də Allahları!

Yazımın mövzusu gah arana gedir, gah da dağa. Sükanı itirən sürücü kimi mövzunu yığıb yığışdıra bilmirəm. Sanki altımdakı avtomobil sözümə baxmır və idarəetmədən çıxır. Hər halda, yenə özümü toplayıb şipşirin adamlarla bağlı açdığım söhbətə qayıdıram. Bir həftə öncə bir mövzu qələmə almışdım: "Duzlu adam”. Və elə bu yazı da hardasa həmin mövzuya oxşardır və daha doğrusu, elə ona bənzəyir.

Bizim eldə, bizim obada, daha doğrusu, Bəhmənlidə şipşirin adamlar çoxdur. Deyilənlərə görə, elə bu adamlar Şuşanın əsasını qoymuş Pənahəli xanın qohumlarıdır. Əgər bəhmənlilər Pənahəli xanın qohumları isə, demək elə mən də o böyük kişi ilə qan bir qohumam. Və bu Bəhmənlinin çox qədim bir tarixi də var. Tarixçi olmadığıma görə, həmin qədim yurda qayıdıb nəyisə yada salmaq istəmirəm. Yada salmaq istədiyim, gördüyüm, tanıdığım, eşitdiyim şipşirin adamlardı. Xalaoğlu Tərxan şipşirin adamıydı... Camal kişi şipşirin adamıydı... traktorist Mürşüd şipşirin adamıydı... Musa kişi şipşirin adamıydı... Yüsür kişi şipşirin adamıydı...

... Və bu şipşirin adamlar olduqları yerdə həmişə yumor, duz, gülüş vardı. Ən çox biz uşaq olanda onları görmüşük. Və onlar da böyüklərdən çox elə bizimlə söhbət eləyirdilər. Adını çəkdiyim o şipşirin insanların hamısı Allahın dərgahına qovuşub. Özləri olmasa da, lətifələri, sözləri, yumorları bu gün Bəhmənlidə dildən-dilə, ağızdan-ağıza keçib...

Camal kişinin söhbətindən doymaq olmazdı. Başına çox qəribə bir papaq qoyardı. Və o papaqdan bizim kənddə bir Camal kişidə vardı. Və bu Camal kişi də papağı başına elə qoyardı ki, papağa baxan kimi gülmək səni tutardı. Papaq elə-belə papaq deyildi. Papağın da bir hikməti, bir mənası, bir yozumu vardı...

... Bir gün Camal kişi o papaq başında mamaoğlu Təbrizi, Tehranı, əmioğlu Zülfüqarı, Əsgəri, Dilavəri, Yavəri başına yığıb həyat yoldaşı Aftab xalayla bağlı söhbət eləyirdi. Deyirdi ki, balam, sizin nənənizin (yəni ananızın) hər biri mənim qohumumdur. Amma heç biri ətdə, qanda Aftaba çatmaz. Aftab yeriyəndə yer silkələnir. Biz uşaqlar da onun bu söhbətinə qulaq asır, gülməkdən uğunub gedərdik. Görürdü ki, hamımız gülürük, deyərdi ki, a köpək uşağı, bəlkə Aftab xalanızdan "kəsirsiniz”. Mən söhbət eləyirəm, siz də bic-bic gülürsünüz...

... Bizim evin yaxınlığında rəhmətlik Yüsür kişinin qoruduğu bir tut bağı vardı. Biz o yerə "çəkillik” deyirdik. Hər il barama mövsümü gələndə qurd saxladığımıza görə, o bağdan gedib yarpaq yığardıq. Gərək bağa da yarpaq yığmağa gedəndə Yüsür kişiyə deyəydin. Bir dəfə mamaoğlu Tehranla Yüsür kişiyə deməmiş xəlvətcə "çəkilliyə” getdik. Torbamızı yarpaqla doldurduq. Elə çıxmaq istəyəndə Yüsür kişi qabağımızı kəsdi:

- A köpək uşağı, məndən xəlvət bağdan yarpaq yığmısınız? – deyib əlindəki çubuqla mamaoğlu Tehrana bir neçəsini ilişdirdi.

Mən qaçıb aradan çıxdım. Sonra fikirləşdim ki, mən qaçıb getsəm, Yüsür kişi mamaoğlu Tehranı çubuqla birtəhər eləyəcək. Geri qayıdıb onun 5-6 addımlığında dayandım. Gördüm ki, Tehrandan əl çəkmir.

"Yüsür əmi, Yüsür əmi” deyib onu çağırdım. O qanrılıb geri baxdı və mənə tərəf addımlamağa başladı:

- Bu dəqiqə sənin dərsini verəcəm. Onda bilərsən ki, "çəkillikdən” yarpaq yığmaq nə deməkdir.

O mənə yaxınlaşdı, mən də bir addım ona tərəf irəlilədim. Artıq mamaoğlu Tehran ordan uzaqlaşmışdı. Çubuğu qaldırıb məni vuranda qolundan yapışdım və onu geri itələdim. O da yıxıldı kənardakı arxın içinə. Nə yaxşı arxda su yox idi. Yıxılandan sonra başladı mənə yeddi mərtəbəli söyüş söyməyə. Mən də Tehran mamaoğlunu götürüb ordan uzaqlaşdıq. Mamaoğlu Tehran dedi ki, heç bu Yüsür kişinin insafı yoxmuş. Sən qayıtmasaydın, o yaş çubuqla mənim canımı almışdı. Köynəyini qaldırıb mamaoğlu Tehranın belinə baxdım. Gördüm ki, o yaş çubuğun zərbələrinin hamısının belində izi var. Ağrısı azalmışdı.

Heç Yüsür kişini də qınamalı deyildi. Çünki dəhrə ilə budaqları qıranda camaat gəlib əliylə onu yığdığına görə, yarpaq az qalırdı. Buna görə də kolxoz sədri Yüsür kişini danlayar və bəzən də yarpaq almağa gələnlər əliboş geri dönəndə hətta onu əməlli-başlı silkələyərdi. Və Yüsür kişi də kolxoz sədrinin bu sifətini görməmək üçün bağa icazəsiz giran adamları o yaş çubuqla döyərdi ki, bir də kimsə yenidən bağa girib ondan xəbərsiz yarpaq yığmasın.

... İndi nə Yüsür kişi var... nə Xalaoğlu Tərxan var... nə traktorist Mürşüd var... nə də Musa kişi... Heç indi Bəhmənlidə Yüsür kişinin qoruduğu o tut bağı da yoxdur. O tut bağı həyətyanı sahə kimi camaata paylanıb. Ancaq Yüsür kişi olmasa da... Xalaoğlu Tərxan olmasa da... traktorist Mürşüd olmasa da... Musa kişi olmasa da... bizim onlarla bağlı o qədər şipşirin xatirələrimiz var ki, danışmaqla bitmək bilmir. Burda hələ ki, həmin xatirələrə üç nöqtə qoyuruq... Çünki üç nöqtə qoyuruq ki, nə vaxtsa yenə o şipşirin kişilərlə bağlı yad ımıza düşən lətifələri, yumorları, zarafatları yenidən qələmə alacağıq...



İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO