Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | TARİXİMİZDƏKİ İMAMZADƏLƏR Adalet.az | TARİXİMİZDƏKİ İMAMZADƏLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / Layihə

TARİXİMİZDƏKİ İMAMZADƏLƏR

(əvvəli ötən sayımızda)

2595    |   2019-06-18 17:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Naxçıvan şərqin qapısı olmaqla yanaşı, həm də qədim mədəniyyət beşiyi, tarixi kitabələrin tapıldığı coğrafi ərazidir. Bax, bu mənada məsələyə yanaşanda məlum olur ki, bu gün tarixçilərin böyük maraqla təsdiq etdikləri və özündə minilliklərin sirlərini saxlayan abidələrimiz həqiqətən də çox böyük bir mədəniyyətin göstəricisidir. Həmin böyük mədəniyyətin göstəricilərindən sayılan imamzadələr barəsində fikirlərimizi davam etdirərkən vurğulamaq yerinə düşər ki, Naxçıvan ərazisində bu gün də müqəddəs ünvanlardan sayılan imamzadələrdən biri Muxtar Respublikanın Babək rayonunun Nehrəm kəndindədir.

Nehrəm imamzadəsi barəsində danışarkən öncədən vurğuladığımız araşdırmaya da diqqət yetirməli oluruq.

Yəni tarix üzrə fəlsəfə doktoru İlham Əliyevin verdiyi informasiyalara görə, bu tarixi abidə ilk öncə AMEA-nın müxbir üzvü F.Səfərlinin tədqiqatları nəticəsində daha geniş ictimai arenaya çıxmışdır.

Həmin araşdırmalardan məlum olmuşdu ki, Nehrəm imamzadəsi də Naxçıvanda mövcud olan inşa olunma tarixi səfəvi şahı II Təhmasibin dövrünə gedib çıxan bu tarixi abidələrlə həmyaşıddır. Yəni onların inşa olunma zamanı eynidir.

Mənbələrin verdiyi bilgidən çıxış edərək deyə bilərik ki, Nehrəm kənd qəbiristanlığındakı bu imamzadə kompleksi məzarlığın mərkəzində yerləşir və kompleksin əsas tikilisinin eni 8, uzunluğu 9,5 metrdir.

Bu kompleksin hündürlüyü isə 4,5 metr olan türbə və 6 metr hündürlüyü olan gümbəzlə hesablanır. Təqdim olunan ölçü vahidlərindən də göründüyü kimi, Nehrəm imamzadəsi çox möhtəşəmdir və bu imamzadənin içərisində də bir qəbir var. Doğrudur, bütün axtarışlara, araşdırmalara baxmayaraq, üzərində heç bir yazı və fərqləndirici işarələr olmayan bu qəbrin kimə məxsus olduğunu bu günədək müəyyən etmək mümkün olmayıb. Çünki vurğuladığımız və araşdırmaçıların gəldiyi nəticə bundan ibarətdir ki, bu qəbirlə bağlı hçe bir daş kitabə yoxdur. Yalnız bu qəbrin kimə aid olması ilə bağlı nehrəmlilərin bəziləri arasında mövcud olan bilgilərə istinad etmək mümkündür. Nehrəm sakinləri həmin imamzadə ilə bağlı belə bir fikir söyləyirlər ki, "bu məzar yeddincə imam Museyi-Kazımın oğlu seyid əqilə məxsusdur. O da Addasilərin zülmündən qaçaraq bölgənin bu iri yaşayış yerinə pənah gətirmiş, burada əhali arasında bir imam övladı kimi böyük hörmət qazanmış və ölümündən sonra qəbiri üzərində türbə inşa edilmişdir".

Tarix üzrə fəlsəfə doktoru İlham Əliyevin gəldiyi qənaətə görə, məhz türbənin kimə aid olduğunu yalnız bu cür təxmin etmək mümkündür. Ümumiyyətlə isə alimin sözlərinə görə, "Seyid Əqilin qardaş və bacıları da Azərbaycanda və qonşu ölkədə dəfn olunmuşdu.

Belə ki, onun qardaşları Səfi (Səffan) Ordubad rayonunun Düylün kəndində, İbrahim Şərur rayonunun Xanlıqlar kəndində, Əhməd Zəngəzur mahalının Mehri rayonunun Bufçar kəndində, Nasım Təbriz şəhəri yaxınlığındakı Sofyan qəsəbəsində, bacıları Hökumə xanım Abşeron rayonundakı Şıx kəndində, Rübabə xanım isə İraq ərazisində dəfn olunmuşdur".

Verilən məlumatlardan da göründüyü kimi, xalqın inancına görə, müqəddəslərdən sayılan bu seyid nəslinin bir nümayəndəsinin dəfn olunduğu Nehrəm imamzadəsi həm inanc baxımından, həm də arxitektura baxımından çox önəmlidir.

Ona görə də yerli əhali, eləcə də yaxın-uzaq bölgələrdən bu müqəddəs ünvana ziyarətə gəlirlər. Məhz bu səbəbdən də diqqət mərkəzində olan Nehrəm imamzadəsinin ümumi kompleksini araşdırmaq zərurətə çevrilmişdir.

Aparılan tədqiqat işləri zamanı məlum olmuşdur ki, İmamzadənin türbəsi və onun binaları, eləcə də məscid, təkyə və sairənin heç birinin kitabəsi bizim dövrümüzə gəlib çatmamışdı. Sadəcə, türbənin daxili divarlarında dini məzmunlu sözlər yazılmışdır. Həmin yazıları da əvvəldə söylədiyimiz kimi, AMEA-nın müxbir üzvü, professor F.Səfərli araşdırmış və belə nəticəyə gəlmişdir ki, imamzadənin divarlarına yazılmış həmin yazıda Hicri-qəməri tarixilə 1138-ci il (Miladi tarixilə 1725-ci il) Mehdi adlı xəttat tərəfindən qeydlər aparıldığı göstərilir.

Onu da qeyd etmək yerinə düşər ki, bu imamzadədən ötən əsrin 1951-1993-cü illərində, eləcə də içərisində yaşadığımız əsrin 2006-2007-ci illərində təmir-bərpa işləri aparılmışdır. Aparılan həmin təmir-bərpa işləri zamanı Nehrəm imamzadəsində müəyyən tikinti işləri görülmüşdür. Yəni imamzadənin eyvanı hörülərək dəhlizə çevrilmişdir. bu da ibadətə gələnlər üçün müəyyən şəraitin yaradılması deməkdir. Eləcə də binanın qərb tərəfindən düzbucaqlı formada məscid və qoşa minarə əlavə olunmuşudr. Məhz bu görülən təmir-bərpa işlərindən sonra bişmiş kərpiclə inşa olunmuş bina kompleks halına salınmışdır. Bunu xüsusi vurğulamaqda məqsədimiz odur ki, bugünkü Nehrəm imamzadəsinin görünüşü onun ilk görünüşüylə eynilik təşkil etmir. Naxçıvan ərazisində mövcud olan digər imamzadə isə Muxtar Respublikanın başqa bir bölgəsində, yəni Şərur rayonunun Xanlıqlar kəndində yerləşir. Ümumiyyətlə, Şərur rayonu ərasizi də Naxçıvanın digər bölgləri kimi qədim mədəniyyət, tarix nümunələrilə zəngindir.

Məhz bu zənginliyin bir göstəricisi də rayonun Xanlıqlar kəndindəki Parçı imamzadəsidir. Burada maraq doğuran məqamlardan biri də Parçı imamzadəsinin adıyla bağldır.

Çünki biz təqdim edəndə vurğuladıq ki, Parçı imamzadəsi Şərur rayonunun Xanlıqlar kəndində yerləşir. Deməli, onda məntiqlə məsələyə yanaşsaq, "Parçı" sözünün hardan qaynaqlandığına, nəyə işarə edildiyinə diqqət ayırmalıyıq. Məhz biz də məsələnin daha ətraflı təqditmatı üçün vurğuladığımız məqamı xüsusi qabartmağa çalışırıq.

Əldə etdiyimiz məlumatlara istinad edərək deyə bilərik ki, əslində bu imamzadə ötən əsrin əvvəllərində Xanlıqlar kəndilə Parçı kəndini birləşdirən bir ərazidə inşa olunub. Yəni coğrafi baxımdan iki kəndin birləşən nöqtəsində yerləşir Parçı imamzadəsi.

(Ardı var)

Əbülfət MƏDƏTOĞLU




İmza:
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK